05 May 2020 18:21
705
Təhsil
A- A+

UNEC Dissertasiya şurası fəaliyyətini onlayn davam etdirir


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dissertasiya şurasının onlayn iclası keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, iclasda universitetin rektoru, Dissertasiya şurasının sədri professor Ədalət Muradov, şuranın üzvləri və müvafiq struktur rəhbərləri gündəlikdə olan cari məsələləri müzakirə ediblər. Dissertasiya şurasına fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri almaq üçün müraciət edən iddiaçıların dissertasiya işlərinin qəbul edilməsi və elmi seminara göndərilməsi ilə bağlı müsbət fikirlər səsləndirilib. Həmçinin elmlər doktoru elmi dərəcəsinin alınması məqsədilə işçi komissiya yaradılması barədə müzakirələr aparılıb.

Professor Ədalət Muradov şurada səsləndirilən məsələlərin operativ həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video