05 May 2020 12:56
803
Təhsil
A- A+

Bakı Ali Neft Məktəbinin 6 tələbəsi işə diplomsuz qəbul olunub


Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri qlobal neft-qaz şirkəti olan "Technip FMC”də işə qəbul olunub.
BANM-dən AZƏRTAC-a bildirilib ki, ali məktəbin kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Cavid Məmmədli, Fidan Quliyeva, Cavid Məcidov, Faiq Hacıbalayev, Arzu Abdullayeva və neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Elgün Yusifov sözügedən şirkətdə kiçik proses mühəndisi kimi işə başlayıblar.
Bu tələbələr Heydər Əliyev Fondu və qlobal neft-qaz şirkəti - "Technip FMC” arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən "Neft, qaz və neft-kimya sahəsində təhsil alan tələbələr üçün texnoloji biliklərin ötürülməsi üzrə magistr proqramı" layihəsinin qaliblərindəndir.

Layihə çərçivəsində tələbələrdən Faiq Hacıbalayev, Fidan Quliyeva, Cavid Məcidov İtaliyanın Roma, Cavid Məmmədli, Arzu Abdullayeva Fransanın Lion, Elgün Yusifov isə Norveçin Bergen şəhərlərində ixtisasartırma kursunda iştirak ediblər.

İki aylıq nəzərdə tutulmuş kursu tələbələr koronavirus pandemiyasına görə bir ay davam etdirməli olublar. Buna baxmayaraq, Lion şəhərində ixtisasartırma kursunda iştirak edən Cavid Məmmədli və Arzu Abdullayeva yaşıl texnologiyalar, Romadakı tələbələr Faiq Hacıbalayev, Fidan Quliyeva və Cavid Məcidov neft emalı sənayesi, Bergen şəhərindəki Elgün Yusifov isə sualtı texnologiyalar sahəsi üzrə mentorların tapşırıqlarını uğurla yerinə yetirib, yeni biliklər və təcrübə qazanıblar.

Kursun yekununda BANM tələbələri mentorlar tərəfindən yüksək qiymətləndirilib və nəticədə şirkətin rəhbərliyi uğurlu fəaliyyətlərinə görə onları işə qəbul edib.
Qeyd edək ki, "Technip FMC”in London, Paris və Hyuston şəhərlərində qərargahları yerləşir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video