Alternative content

13:20 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
03:04 01.06.2020 “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 72-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 21 avqust tarixli 814 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 25 dekabr tarixli 902 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ulu Öndər Heydər Əliyevin idarəçilik meyarları: təcrübəyə söykənən müasirlik və gələcəyə aparan təşəbbüskarlıq
Ulu Öndər Heydər Əliyevin idarəçilik meyarları: təcrübəyə söykənən müasirlik və gələcəyə aparan təşəbbüskarlıq
ANA SƏHİFƏ / SİYASƏT
00:52 05.05.2020


Ulu Öndər Heydər Əliyevin çoxşaxəli və zəngin irsinin öyrənilməsi zaman keçdikcə daha da aktuallaşır. Bu böyük şəxsiyyətin dövlət idarəçiliyində zəngin tarixi təcrübəyə, müasirliyə söykənən və gələcəyə aparan təşəbbüskarlıq meyarları ayrıca təhlil olunmağa layiqdir. Çünki mükəmməl dövlət idarəçiliyi bütün dövrlər və bütün cəmiyyətlər üçün, xüsusilə müstəqilliyini və dövlətçiliyini uzun illərdən sonra bərpa edən, gənc və sürətli inkişaf yoluna qədəm qoyan dövlətlər üçün həmişə vacib məsələlərdən biri olmuşdur.
Heydər Əliyev özünün keçdiyi bənzərsiz həyat yolunda qazandığı misilsiz təcrübəni, tarixi prosesləri dərindən dərk edərək onlardan əldə etdiyi nəticələri xalqının və millətinin inkişafına, qurduğu dövlətin tərəqqisinə yönəltməyi bacaran müdrik siyasi xadim və rəhbər idi. Çox güclü şəxsiyyət və müdrik siyasətçi olan Heydər Əliyevin zamanın sınağından çıxmış ümumi prinsip və meyarlarla yanaşı, dövlət idarəetməsində tətbiq etdiyi öz prinsipləri və meyarları var idi. Bu meyarlar təcrübədə özünü doğrultmuş meyarlar idi və bütövlükdə onları işgüzarlıq, prinsipiallılıq, cəsarətlilik, vətənə, dövlətə, xalqa sədaqət, milli-mənəvi dəyərlərə dərin hörmət, ümumi mənafeləri hər şeydən üstün tutmaq meyarları kimi səciyyələndirmək olar.
Ümummilli Lider özünün yüksək qiymətləndirdiyi, dəqiqliklə əməl etdiyi, vacib hesab etdiyi və hər bir insanda görmək istədiyi bu cəhətlərin onunla çalışan dövlət adamlarında da olmasını istəyir və onlarla bu prinsiplər əsasında münasibət qururdu.
Ulu Öndər üçün ən başlıca prinsip isə hər kəsin tutduğu mövqedən və vəzifədən, maddi və digər imkanlarından, istedad və qabiliyyətindən asılı olmayaraq ümummilli mənafelərə sadiqliyi, bu mənafeləri qoruması və yaşatması idi. Keçmiş sovet idarəetmə sisteminin ən mühüm strukturlarında çalışmış, bu sistemin incəliklərini dərindən bilən müdrik və görkəmli dövlət xadiminin keçdiyi həyat yoluna, bu yolda xalqı və milləti üçün gördüyü işlərə nəzər saldıqda onun nə qədər realist və uzaqgörən bir siyasi xadim olmasını bir daha görür və bu insanın xalqına nə qədər fədakarlıqla xidmət etdiyinə heyran qalırsan.
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün illər ərzində heç vaxt öz prinsiplərindən geri çəkilmədiyinin, xalqın və millətin mənafeyini hər şeydən üstün tutmasının, öz müdrik siyasəti ilə Azərbaycanın müstəqilliyinin yaradılmasına və əbədiləşdirilməsinə misilsiz xidmətlər göstərdiyinin şahidi olursan.
Onun cismən aramızda olmadığı son 17 ildə Heydər Əliyev ideyalarının yaşadığını və Azərbaycanın inkişafına xidmət etdiyini bir daha əyani şəkildə görürsən.
Nadir təşkilatçılıq istedadına sahib olan Heydər Əliyev Azərbaycan tarixində öz ölkəsini və dövlətini daim yeniliyə və tərəqqiyə aparan müdrik, uzaqgörən siyasi lider kimi qalmış və qalacaqdır. Yaşadığı dövrün və zamanın nəbzini daim həssaslıqla tutan bu müdrik rəhbər hər bir ölkənin və dövlətin inkişafının mütəmadi olaraq həyata keçirilən islahatlardan, bu islahatları həyata keçirməyə qadir kadr potensialının yaradılmasından və yetişdirilməsindən asılı olduğunu, bunun ən mühüm amillərdən biri sayıldığını yaxşı bilir və bu məsələ heç vaxt onun diqqətindən yayınmırdı.
Ulu Öndər, ilk növbədə, cəmiyyətin hər bir üzvünün bir vətəndaş kimi öz borcunu dərk etməsini vacib hesab edir, dövlətin gücünün onun vətəndaşlarının vətənpərvərlik hissindən, bilik və bacarığından və bunların ümumi mənafe naminə səfərbər edilməsindən asılı olduğunu qeyd edirdi. Xüsusilə dövlət orqanları qarşısında ciddi tələblər qoyan Heydər Əliyev konkret olaraq bildirirdi: "...bütün dövlət orqanlarında tələb olunan prinsiplər: mənəvi saflıq, dövlətin qanunlarına riayət etmək, öz işinə sədaqətdir”.
Heydər Əliyev hər bir insandan, ilk növbədə, mövqe aydınlığı, prinsipiallıq tələb edirdi. Respublika rəhbərliyinə yenidən qayıdışından sonra ölkədə baş verən siyasi proseslərə nəzər saldıqda bir çox hallarda respublikanın, xalqın taleyi üçün cavabdeh olan bəzi vəzifəli şəxslərin yanlış mövqe tutması müşahidə olunurdu. Bu dövrdə də tərəddüd edənlər, hadisələrin gedişindən öz xeyrinə bəhrələnmək istəyənlər, gözləmə mövqeyi tutanlar çox idi. Heydər Əliyev qətiyyətlə bildirirdi ki, taleyüklü məsələlərdə kimliyindən asılı olmayaraq gərək hər kəs öz vətəndaş mövqeyini bildirsin. O dövrdə Azərbaycan dövlətinin zəifləməsinə və sarsılmasına səbəb olan bəzi hadisələrin məhz mövqesizlikdən, prinsipsizlikdən irəli gəldiyini göstərərək bunun bir səbəbinin də bəzi ziyalılarımızın, hörmətli adamlarımızın mövqesizliyi ilə əlaqələndirir və onların öz şəxsi mənafelərini qoruduqlarını, xalqa qayğı göstərmədiklərini, bəzi hallarda hətta qorxaqlıq nümayiş etdirdiklərini kəskin surətdə pisləyirdi.
Heydər Əliyevin özü bütün həyatı boyu prinsipial mövqe tutan rəhbər şəxs kimi tanınmış, xüsusilə ümummilli məsələlərdə, Azərbaycanın mənafeyinin qorunması lazım gəldikdə heç nədən çəkinməmiş, hətta öz həyatını təhlükə qarşısında qoysa da, mövqeyini cəsarətlə bildirmişdir. Bu baxımdan Ulu Öndərin 1990-cı ilin yanvar hadisələrinə münasibətini xüsusi qeyd etmək lazımdır. Sonrakı çıxışlarında qeyd edirdi ki, 1943-cü ildən, yəni 20 yaşından üzvü olduğu Kommunist Partiyasının sıralarından çıxmasına səbəb məhz Azərbaycan xalqına qarşı törədilən ədalətsizlik, Azərbaycan xalqının hüquqlarının tapdalanması olmuş və Kommunist Partiyasının sıralarını məhz buna görə tərk etmişdir.
Heydər Əliyev Azərbaycanı öz canından artıq sevən və bütün mənalı ömrünü onun tərəqqisinə həsr edən bir vətəndaş kimi öz çıxışlarında daim vurğulayırdı ki, Azərbaycanın müstəqilliyi əbədidir və onu qorumaq Azərbaycan xalqının ən böyük vəzifəsidir. O, deyirdi: "Bizim ən böyük vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu əbədi etməkdən ibarətdir”.
Ulu Öndər 1993-cü ildə Azərbaycanın düşdüyü ağır vəziyyəti, müstəqilliyimiz üçün yaradılan təhlükələri sonradan ürək ağrısı ilə xatırlayırdı. O illərdə vaxtilə onun öz əlləri ilə qurduğu respublikadan əsər-əlamət qalmamışdı və ölkəmizin taleyi sual altında idi. Heydər Əliyev həmin təhlükələri aradan qaldırmaq üçün elə cəsarətli addımlar atırdı ki, bu addımlar olmasaydı, bugünkü Azərbaycan da olmazdı. O, həmin illərdə dövlət çevrilişinə cəhdlərin qarşısını almaq üçün görülən tədbirlərin Azərbaycanın mənafeyi naminə həyata keçirildiyini bildirir və deyirdi: "Bizə 1993-cü ildə elə bir miras qoyublar ki, cəmiyyətimizin belə cinayətkarlardan təmizlənməsi üçün, bunları aradan qaldırmaq üçün neçə illər lazımdır”.
Həyatı mübarizələrlə zəngin olan Ulu Öndər Azərbaycanın müstəqilliyinin bərpası və qorunması yolunda çox böyük təhlükələrlə üzləşmiş, lakin bunların öhdəsindən məhz qətiyyəti, uzaqgörənliyi sayəsində gələ bilmişdir. Bu sözlər onun prinsiplərini və mövqeyini çox yaxşı səciyyələndirir: "Bunların heç biri bizi, şəxsən məni bir Azərbaycan Prezidenti kimi nə qorxutdu, nə də çəkindirdi. Müstəqillik yolu getmişik, gedirik. Və o qədər də biz ağlımızı itirmiş adam da deyilik ki, bilməyək ki, bu müstəqillik yolu ilə gedəndə bizim qarşımıza nə kimi fəlakətlər çıxacaqdır, nə kimi fəlakətlərlə qarşılaşacağıq. Bunu mən həmişə görmüşəm və bu gün də görürəm. Ancaq bunların heç biri bizi müstəqillik yolundan çəkindirməyəcəkdir”.
Ümummilli Lider böyük sürətlə və cəsarətlə həyata keçirdiyi siyasi, iqtisadi və hüquqi islahatlarla yeni Azərbaycanı qura bilmiş, onu Azərbaycan xalqına ən böyük miras kimi qoyub getmişdir. Heydər Əliyevin güclü iqtisadi baza, demokratiya, insan hüquqları, milli-mənəvi dəyərlər kimi sarsılmaz sütunlar üzərində qurduğu dövlətin mahiyyətinə nəzər salarkən ölkəmizdə belə bir güclü dövlətin varlığı bu gün hər bir azərbaycanlını sevindirir.
Uzaqgörən dövlət başçısı Heydər Əliyev Azərbaycanın gələcəyini düşünərək elə bir sağlam cəmiyyət qurmuşdur ki, bu cəmiyyətdə görülən hər bir iş, atılan hər bir addım ümumi mənafeyə tabe edilmişdir. Böyük vətənpərvər və demokrat olan Heydər Əliyev cəmiyyətdə plüralizmi, eyni məsələyə müxtəlif prizmalardan yanaşmanı da istisna etmirdi. Lakin o, anarxiyanı, xaosu qəti yolverilməz hesab edirdi.
Ulu Öndər hesab edirdi ki, cəmiyyətdə müxtəlif problemlər, fikir ayrılıqları ola bilər və bunlar ümumi mənafeyə xələl gətirməməlidir və Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi hər bir vətəndaşın ümdə vəzifəsinə çevrilməlidir. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əsas şərtini Azərbaycan xalqının birliyində, həmrəyliyində görürdü və müstəqilliyimizi qorumaq üçün hamının buna səy göstərməli olduğunu deyirdi. Ulu Öndər bildirirdi ki, "...dövlətçilik haqqında düşünən adam - həm adi vətəndaş, həm və dövlət işində işləyən, xüsusən dövlətə başçılıq edən insanlar heç vaxt öz canı haqqında düşünməməlidir. Öz canı haqqında düşünən və xırda bir çətinlikdə ancaq qaçmaqla canını qurtarmaq istəyən insanlar - bunlar heç vaxt xalqın hörmətini, xalqın etimadını qazana bilməzlər”.
Çox təəssüf ki, Heydər Əliyevdən əvvəl Azərbaycana rəhbərlik etmiş şəxslər öz səriştəsizlikləri və bacarıqsızlıqları ucbatından xalqı dar ayaqda qoyub qaçmış, yaxud məsuliyyəti boyunlarından ataraq fəaliyyətlərini "dondurmuşdular”. Tarixin belə çox çətin anlarında Azərbaycana rəhbərlik etməyə razılıq verən Heydər Əliyevin Azərbaycan dövləti, Azərbaycan xalqı üçün gördüyü işləri sadalamaqla qurtarmaz. Hələ Sovet İttifaqı dövründə bütün maneələrə və çətinliklərə baxmayaraq, Azərbaycanın sonrakı müstəqilliyi üçün iqtisadi baza yaratmış xalqın mənəvi sərvətlərinin qorunmasını, mənəvi-tarixi yaddaşının bərpa edilməsini, keçmişini unutmamasını təmin etməklə yanaşı, hərtərəfli inkişaf üçün zəmin yaradaraq, Azərbaycan iqtisadiyyatını keçmiş SSRİ respublikaları arasında ön sıraya çıxarmasını xüsusi qeyd etmək lazımdır.
Heydər Əliyevin böyük təşkilatçılıq istedadı sayəsində zəngin təbii resursları, iqtisadi, elmi və insan potensialı olan Azərbaycan Respublikası qısa müddət ərzində böyük nailiyyətlər qazanmış, onun şöhrəti keçmiş Sovetlər İttifaqının hüdudlarından xeyli kənara yayılmışdı. Bu nailiyyətlərin əldə edilməsində respublikanın rəhbəri Heydər Əliyevin yeritdiyi düzgün kadr siyasəti mühüm rol oynayırdı. Onun kadr siyasətinin əsas cəhətlərindən biri də o idi ki, təcrübəli insanların bilik və bacarığını yeni və müasir düşüncəli gənclərin enerjisi və təşəbbüskarlığı ilə birləşdirə bilir, təcrübə ilə gənclik enerjisinin vəhdətini təmin edərək bunların hamısını ümumi bir məqsədə, ümumi bir istiqamətə yönəltməyi bacarırdı. Ulu Öndər öz çıxışlarında həmişə dövlət idarəçiliyində təcrübənin olmasını vacib amillərdən biri hesab edir, eyni zamanda gənc kadrların, hazırlıqlı mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət yetirirdi.
Ölkəyə rəhbərlik etdiyi 1969-1982-ci illərdə keçmiş SSRİ-nin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına şərait yaratmışdı. Həmin mütəxəssislər sonradan Azərbaycanın inkişafında mühüm rol oynamış və bu gün də həmin missiyanı davam etdirirlər. Ulu Öndər müxtəlif çıxışlarında bunu o vaxtlar Azərbaycanın gələcəyi üçün etdiyini və layiqli kadrlar hazırlamaq məqsədi daşıdığını bildirir və bundan böyük qürur duyurdu.
Heydər Əliyev Azərbaycanın gələcəyini yüksək təhsil almış gənclərin, mütəxəssislərin simasında görür, ona görə də bu məsələlərə xüsusi əhəmiyyət verirdi. 1993-cü ildə xalqın tələbi ilə yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra tanıdığı, bacarığına, qabiliyyətinə, dövlətçiliyə sədaqətinə inandığı təcrübəli kadrlarla yanaşı, gənc kadrlara da böyük etimad göstərirdi. Ümumiyyətlə, gənclər siyasətinə xüsusi əhəmiyyət verərək bu sahəyə rəhbərlik edən xüsusi nazirlik - Gənclər və İdman Nazirliyini yaratmış, Gənclər gününü təsis etmişdi.
Ulu Öndər Azərbaycanda gənclər siyasətini formalaşdıraraq Sovet dövründə Azərbaycanın rəhbəri kimi keçmiş SSRİ-nin ali məktəblərinə oxumağa göndərilən gənclərlə görüşürdüsə, müstəqillik illərində xarici ölkələrə təhsil almağa gedən, habelə respublikanın ali məktəblərinə qəbul zamanı yüksək nəticələr əldə etmiş tələbələrlə görüşlərini davam etdirirdi. Heydər Əliyev Azərbaycanın gələcəyini, onun müstəqil və qüdrətli bir dövlətə çevrilməsini, müasirləşməsini və daim inkişaf etməsini gənclərin daha geniş fəaliyyətində və onların hər bir sahəyə daha yaxından cəlb edilməsində görürdü. Sevindirici hal odur ki, bu siyasət Azərbaycan dövlətinin çox diqqət yetirdiyi prioritet sahələrdən biri olmuş, indi də belədir və Heydər Əliyevin gənclər siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin səyləri ilə daha geniş vüsət almış, gənc kadrlar ölkədə bütün sahələrdə aparılan uğurlu islahatların aparıcı qüvvəsinə çevrilmişlər.
Heydər Əliyevin dövlət idarəçiliyində təcrübə ilə gənclik enerjisinin vəhdətini yaratmaq və bundan ümumi maraqlar naminə istifadə etmək ənənəsi bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident seçkilərindən sonrakı dövrdə dövlət idarəetmə sistemində inqilabi islahatlar aparan və onları gündən-günə genişləndirən Azərbaycan Prezidenti bizim cəmiyyətin ənənəvi dəyərlər üzərində qurulmuş bir cəmiyyət olduğunu vurğulayaraq, islahatları yanlış başa düşənlərə xatırladır ki, "yaşlıların təcrübəsi, gənclərin müasirliyi və bunun vəhdəti bizə ancaq xeyir gətirəcəkdir”.
Heydər Əliyevin həyat yolunda çətinliklər və maneələr çox olmuş və bu böyük şəxsiyyət öz bacarığı, istedadı və müdrikliyi sayəsində onları dəf edə bilmişdir. Bəzi hallarda isə onun qarşısına çəkilən sədləri Azərbaycan xalqı öz qətiyyəti ilə aradan qaldırmış, öz xilaskarına yol açmış və onun zəkasından bəhrələnmişdir. Heydər Əliyevin qarşısına çəkilən belə sədlərdən biri də onun SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra respublikaya gəlişinə və xalqın ona olan böyük inam və etimadını ifadə etməsinə mane olmaq üçün Azərbaycan Konstitusiyasına dəyişiklik edilərək yaş senzinin ortaya atılması idi. Öz bacarıqsızlığını, daha doğrusu, cılızlığını büruzə verən ozamankı respublika rəhbərliyi elə hesab edirdi ki, bununla xalqın Heydər Əliyev məhəbbətinin qarşısını ala biləcəkdir. Lakin belə olmadı.
Konstitusiyaya edilmiş bu dəyişiklik Azərbaycan xalqının böyük qəzəbinə səbəb olmuşdu. 1992-ci ilin aprel ayında xalqın iradəsinə zidd olan bu addıma qarşı müxtəlif aksiyalar, imzatoplama kampaniyaları keçirilirdi. Respublika Ali Sovetinin qarşısında 13 gün davam edən mitinqlərdə insanlar bu maddənin çıxarılmasını, Heydər Əliyevin namizədliyinin qeydə alınmasını və onun respublika rəhbərliyinə gətirilməsini tələb edirdilər. 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanda yeni bir dövr başladı və cəmi 7 aydan sonra bu partiyanın lideri Heydər Əliyev hakimiyyətə gəldi.
Heydər Əliyev yenidən respublika rəhbərliyinə qayıtdıqdan dərhal sonra Azərbaycan dövlətçiliyinə və Heydər Əliyevin siyasi xəttinə - müstəqillik, tərəqqi və inkişaf xəttinə sadiq olan siyasətçiləri, mütərəqqi ziyalıları, cəmiyyətdə öz saflığı və əqidəliliyi ilə seçilən insanları özünün rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ətrafında bir məqsəd, bir amal uğrunda birləşdirərək yeni bir dövlət qurmağa başladı. Ölkəni son dərəcə çətin durumdan çıxarmaq üçün Heydər Əliyev yenidən qurulan dövlət orqanlarına və idarəetmə strukturlarına böyük təşkilatçılıq qabiliyyəti olan kadrları gətirməklə yanaşı, cəsarətlə irəli çəkdiyi gənc kadrlara da böyük enerji və güc tələb edən çətin vəzifələri həvalə etdi və qısa bir müddətdə Azərbaycanda əsl dövlətçilik prinsiplərini bərpa edə bildi.
Təbiətən yenilikçi və islahatçı olan Heydər Əliyev ölkə həyatının bütün sahələrində, istər siyasi, istər hüquqi sahələrdə, qanunvericilik sahəsində, həmçinin iqtisadi münasibətlərdə misli görünməmiş dərin islahatlar apararaq qısa bir müddətdə keçid dövrünü arxada qoydu, hədəfləri məlum olan, beynəlxalq aləmdə öz düzgün və obyektiv siyasi mövqeyi ilə seçilən, demokratik dəyərləri və beynəlxalq hüquq normalarını rəhbər tutan və bu normaları, o cümlədən insan hüquq və azadlıqlarını ardıcıl həyata keçirən bir dövlətin əsasını qoydu.
Məhz Heydər Əliyevin konsepsiyası əsasında Azərbaycanda dövlət idarəetmə sistemində aparılan islahatlar öz müsbət nəticələrini vermiş, demək olar ki, tamamilə yeni bir idarəetmə sistemi yaradılmış və onun ölkəyə rəhbərlik etdiyi dövrdə başlanan islahatlar sonrakı 17 il ərzində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl və fasiləsiz davam etdirilmiş və Azərbaycanın bugünkü iqtisadi, siyasi və hərbi qüdrəti təmin edilmişdir.
Heydər Əliyev özü bu islahatlar haqqında danışarkən deyirdi: "Keçid dövrünü yaşayan bir neçə başqa ölkələrlə Azərbaycanı müqayisə edəndə bizim gördüyümüz işlər daha da dərin xarakter daşıyır. Biz bütün tədbirləri ölçüb-biçib, düşünüb həyata keçiririk... Təbiidir ki, on illərlə yaranmış sistemi dağıdıb özəl sektor, bazar iqtisadiyyatı prinsipi əsasında yeni bir iş yeri yaratmaq asan deyildir”.
Ulu Öndər yaxşı bilirdi ki, aparılan hər bir islahatın dəyəri onun nəticələri ilə ölçülür və bu islahatların məqsədindən danışarkən qeyd edirdi ki, aparılan işlərin hamısı iqtisadiyyatı inkişaf etdirmək, vətəndaşların rifahını yaxşılaşdırmaq, sosial problemləri həll etmək məqsədi daşıyır. Heydər Əliyev ölkə iqtisadiyyatını, onun siyasi və hüquqi sistemini beynəlxalq təcrübəyə əsaslanaraq təkmilləşdirir, beynəlxalq təşkilatlar, o cümlədən iqtisadi qurumlarla sıx əməkdaşlıq əsasında həyata keçirirdi və bildirirdi: "Biz Azərbaycanda apardığımız bütün işlərdə dünya təcrübəsindən, ayrı-ayrı ölkələrdə islahatların həyata keçirilməsi sahəsində əldə olunmuş təcrübədən istifadə edirik. Biz müsbət təcrübələri ölkəmizin xüsusiyyətinə uyğun olaraq tətbiq etməyə çalışırıq. Ancaq mənfi nəticələri, təcrübəni, nöqsanları da öyrənib nəzərə alırıq ki, onlara yol verməyək... Yenə də deyirəm, biz dünyanın harasında olmasından asılı olmayaraq əldə edilmiş təcrübələrdən ölkəmizdə istifadə edilməsinə çalışırıq”. Ulu Öndər bu sözləri 1999-cu il martın 16-da Azərbaycan Respublikasında dövlət idarəetmə sistemində islahatların həyata keçirilməsi üzrə beynəlxalq konfransda demişdi.
Ulu Öndərin layiqli varisi və onun siyasi xəttini əzmlə davam etdirən və artıq 17 ildir ki, respublikaya rəhbərlik edən, onu böyük qələbələrə çatdıran, Azərbaycanın mövqeyini dünyada yüksək səviyyəyə, o cümlədən iqtisadi inkişaf rəqabətliliyi indeksi üzrə 141 ölkə arasında 58-ci pilləyə qaldıran Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin 1993-2003-cü illərdəki fəaliyyəti haqqında danışarkən haqlı olaraq qeyd edir: "1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olmuşdur. Məhz o illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmişdir. O illərdə Azərbaycan dünya birliyinə qovuşmuşdur, özünü tanıtdıra bilmişdir. Çox ciddi islahatlar aparılmışdır. Bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil etmişdir. Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması məhz o illərə təsadüf edir. Müstəqil dövlətin Konstitusiyası qəbul edilmişdir. Siyasi sistem möhkəmləndirilmişdir və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır”.
Ulu Öndərin apardığı islahatlardan danışarkən onun gördüyü ən böyük işlərdən birini - Azərbaycanın bugünkü və gələcək inkişafını, bir sözlə, müstəqil dövlət kimi qurulmasını və yaşamasını təmin edən yeni Azərbaycan Konstitusiyasının qəbul edilməsini və bunun əsasında dövlətin hüquqi bazasının yaradılmasını xüsusi qeyd etməliyik. Məhz onun səyləri ilə dövlətin idarə olunmasını həyata keçirməkdə mühüm vasitə olan dövlət qulluğunun əsas prinsiplərini formalaşdıran "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunmuş və bu mühüm aktdan sonra onlarla vacib normativ hüquqi akt hazırlanıb təsdiq edilmiş, bu sahənin çevik və işlək mexanizmi yaradılmışdır.
Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıdışından və 1993-cü ildə Ali Sovetin sədri kimi fəaliyyətə başlamasından sonrakı 4 aylıq müddətdə Milli Məclisə siyasi mədəniyyət nümunəsi gətirdi və həmin dövr Milli Məclisin ən intensiv fəaliyyət dövrünə çevrildi. Ümumən 1993-cü il dekabrın 10-dan 2002-ci il dekabrın 30-dək Milli Məclisdə cəmi 1715 qanun və qərar qəbul edilmişdir ki, bunun da 975-i bilavasitə Heydər Əliyevin təşəbbüsü ilə olmuşdur.
Belə bir faktı qeyd edək ki, Heydər Əliyevin 10 il ərzində gördüyü işlərin həcmi, əslində, 100 ildə görülən işlərə bərabərdir və həmin dövr ərzində yaradılmış möhkəm bünövrə bugünkü qələbələrimizin əsasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, 1993-2003-cü illərdə ölkə qarşısında duran vəzifələr uğurla icra edilmiş, ordu quruculuğu və digər sahələrdə böyük nailiyyətlər əldə edilmiş, dövlət quruculuğu işində çox böyük addımlar atılmışdır ki, bu addımlar bu gün Azərbaycanın uğurlu siyasətini şərtləndirir. Məhz Heydər Əliyevin prinsipləri əsasında formalaşmış Azərbaycan artıq dünya miqyasında böyük nüfuza malik olan bir ölkəyə çevrilmişdir. Bir çox ölkələrlə bərabərhüquqlu konstruktiv münasibətlər qurmuş Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində nümunəvi ölkəyə çevrilmiş, tolerantlıq nümunəsi kimi özünü təsdiq etmişdir.
Heydər Əliyev olduqca müdrik və uzaqgörən bir siyasətçi kimi Azərbaycanın gələcəkdə müstəqilliyinə xələl gətirə biləcək maneələri əvvəlcədən sanki görür və belə maneələrin qarşısını almaq üçün, ilk növbədə, respublikanın qanunvericilik bazasında mükəmməl hüquqi normalar yaradılmasına böyük diqqət yetirirdi.
Heydər Əliyev öz keçdiyi həyat yolunda və Azərbaycan tarixinin bütün mərhələlərini dərindən bildiyinə görə 1991-1993-cü illərdə Azərbaycanın düşdüyü ağır vəziyyətin bir səbəbinin də səriştəsiz rəhbərliyin və peşəkar kadrların olmamasından irəli gəldiyini yaxşı bilirdi. O, dünya tarixində ayrı-ayrı xalqların öz millətinin, dövlətinin xilaskarlıq missiyasını üzərinə götürən böyük şəxsiyyətlərinin həyat yolunu, mübarizə metodlarını da mükəmməl bilirdi və özü də belə şəxsiyyətlərdən biri olduğuna görə Azərbaycanın xilaskarlıq missiyasını öz üzərinə götürmüşdü.
Ulu Öndər Azərbaycanın bir dövlət kimi yaşamasına, inkişafına və tərəqqisinə zəmin yaratmış, onu qoruyub saxlamış və bugünkü inkişafı üçün möhkəm iqtisadi və siyasi bünövrə qurmuşdur. Ona görə də Heydər Əliyev xalqının Ümummilli Liderinə çevrilmiş və bu şərəfli missiyanı ömrünün son dəqiqəsinədək əzmlə yerinə yetirmişdir.
Heydər Əliyevin Azərbaycan dövləti qarşısında açdığı yolun doğruluğu, düzgünlüyü ildən-ilə öz təsdiqini tapır, çünki özünün dediyi kimi: "Bizim tutduğumuz yol doğru yoldur, düzgün yoldur, ədalətli yoldur, bu yolla biz bundan sonra da gedəcəyik, müstəqil Azərbaycanın dövlətçiliyini möhkəmləndirəcəyik, inkişaf etdirəcəyik və kim bu yolda bizimlə bərabərdirsə, o, öz xalqına xidmət etmiş olacaqdır. Kim bu yolda bizə mane olacaqsa, o maneələri biz aradan götürməyə qadirik”.
Heç kəs şübhə etməsin ki, Ulu Öndərin layiqli varisləri və davamçıları - Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva rəhbərlik etdikləri Yeni Azərbaycan Partiyası ilə birlikdə Ulu Öndərin qurduğu Azərbaycanın dövlət müstəqilliyini inkişaf etdirmək və əbədiləşdirmək arzularını bundan sonra da uğurla həyata keçirəcəklər.

Süleyman İSMAYILOV,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, YAP Siyasi Şurasının üzvü



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM