Alternative content

13:43 30 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
19:26 04.05.2020

Mayın 4-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komitə sədri Ziyafət Əsgərov gündəliyə üçüncü oxunuşda iki qanun layihəsinin daxil edildiyini diqqətə çatdırıb.

Birinci məsələ - "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsi ilə bağlı komitə sədri diqqətə çatdırıb ki, sənədin ikinci oxunuşu zamanı verilən təkliflər nəzərə alınıb və redaktə xarakterli bəzi düzəlişlər edilib.

Sonra Ziyafət Əsgərov vurğulayıb ki, ölkədə elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək və elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə "Elmi dərəcələr verilməsi qaydası haqqında” və "Elmi adlar verilməsi qaydası haqqında” əsasnamələr təsdiq edilib. Gündəlikdəki ikinci məsələ - "Hərbi qulluqçuların statusu haqqında”, "İnzibati icraat haqqında”, "Təhsil haqqında”, "Elm haqqında” qanunlarda, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsi həmin Fərmanda nəzərdə tutulmuş məsələlərlə əlaqədardır.

İclasda çıxış edən deputatlar Hikmət Məmmədov və Aydın Mirzəzadə təqdim olunan məsələlər barədə fikirlərini bildiriblər.

Onlayn müzakirələrdə komitə üzvləri Aqil Abbas, Əminə Ağazadə, Kamal Cəfərov, Elşad Mirbəşir oğlu, Oqtay Əsədov, Nurlan Həsənov, Erkin Qədirli, Elman Məmmədov, Arzu Nağıyev, Bəxtiyar Sadıqov, Nizami Səfərov iştirak ediblər.

İclasın sonunda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM