Alternative content

02:49 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
02:25 01.06.2020 BİLDİRİŞ
02:25 01.06.2020 BİLDİRİŞ
02:24 01.06.2020 ELAN
02:23 01.06.2020 BİLDİRİŞ
02:23 01.06.2020 E L A N
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
15:47 04.05.2020

Mayın 4-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komitənin sədri gündəlikdə iki məsələnin olduğunu qeyd edib. Birinci məsələ "Təhsil haqqında” və "Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsidir. Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi Prezident İlham Əliyevin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanına uyğun olaraq hazırlanıb. Həmin Fərmana əsasən, Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılıb və onun nizamnaməsi təsdiq edilib. "Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər də bununla bağlıdır. "Dövlət rüsumu haqqında” Qanuna təklif olunan dəyişikliklər isə "Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması bir xidmət növü kimi müəyyən edildiyindən və həmin xidmətə görə xidmət haqqı tutulduğundan, "Dövlət rüsumu haqqında” Qanunda müvafiq dəyişiklik edilir və xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə dövlət rüsumu ləğv edilir.

Komitə sədri bildirib ki, ikinci qanun layihəsi isə "Hərbi qulluqçuların statusu haqqında”, "İnzibati icraat haqqında”, "Təhsil haqqında” və "Elm haqqında” qanunlarda, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi (üçüncü oxunuş) barədədir. Qeyd olunub ki, ölkəmizdə elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək, elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədilə Prezident İlham Əliyevin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə "Elmi dərəcələr verilməsi qaydası haqqında” və "Elmi adlar verilməsi qaydası haqqında” əsasnamələr təsdiq edilib. Həmin əsasnamələrdə elmi dərəcələr və adların verilmə qaydası, xarici ölkələrdə verilmiş elmi dərəcə və adların nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə kimi məsələlər və şikayətlərə baxılma proseduru öz əksini tapıb. Mövcud layihə yuxarıda qeyd olunan Fərmanla əlaqədar və müvafiq qanunvericiliyə uyğunlaşdırmaq məqsədilə hazırlanıb.

Onlayn iclasda çıxış edən komitə üzvləri İsa Həbibbəyli, Ceyhun Məmmədov və Aqiyə Naxçıvanlı müzakirə olunan məsələlərə münasibət bildiriblər, layihələri yüksək qiymətləndiriblər. İclasda komitə üzləri Musa Qasımlı, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Etibar Əliyev, Kamilə Əliyeva, Afət Həsənova, Rafael Hüseynov, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Müşfiq Məmmədli, Şahin Seyidzadə və Fatma Yıldırım iştirak ediblər.

İclasın sonunda gündəlikdəki hər iki məsələ yekdilliklə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM