Alternative content

01:58 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
16:10 31.05.2020 Roma Papası Fransiskdən
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri
“Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri
ANA SƏHİFƏ / Qanunlar
00:33 03.05.2020


Azərbaycan Respublikasının 2020-ci il 17 aprel tarixli 49-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir


Maddə 1. Medalın ümumi təsviri

"Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 42 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində, qoşa xətlərlə konturlanmış səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələr ilə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.

2.2. Xarici və daxili konturların arasında yuxarı qövs boyunca "QƏLƏBƏ” sözü yazılmışdır, aşağı hissədə qövs boyunca sol tərəfdə palıd, sağ tərəfdə dəfnə çələngi təsvir olunmuşdur.

2.3. Yazı ilə çələnglərin arasında, sol tərəfdə "1945”, sağ tərəfdə "2020” rəqəmləri yazılmışdır.

2.4. "QƏLƏBƏ” sözü ilə rəqəmlərin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

2.5. Daxili çevrənin içərisində, mərkəzdə, bütün dairə boyu dəfnə çələngi ilə əhatə olunmuş "75 il” sözləri həkk olunmuşdur.

2.6. Bütün yazılar və elementlər relyefli olaraq qabarıqdırlar.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfi hamar səthlidir, üzərində "BÖYÜK VƏTƏN MÜHARİBƏSİNDƏ QƏLƏBƏNİN 75 İLLİYİ (1945-2020)” sözləri yazılmışdır.

3.2. Arxa tərəfin aşağı hissəsində, mərkəzdən sol və sağ tərəflərə doğru sünbül çələngləri təsvir olunmuşdur.

3.3. Medalın arxa tərəfində medalın seriyası və nömrəsi həkk edilir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün 26 mm x 50 mm ölçülü beşbucaqlı elementi vardır. Elementin üzərinə yuxarıdan aşağı sol və sağ tərəflərə doğru Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərini əks etdirən 25 mm enində xara lent çəkilmişdir.

4.2. Medal elementə 2 halqa və ilgək vasitəsilə birləşdirilir.

4.3 Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 25 mm x 9 mm ölçülü qəlib əlavə edilir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM