Alternative content

01:22 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:36 02.06.2020 Qədim türk inancları
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sosial-iqtisadi inkişafa gedən 50 illik şərəfli yol
Sosial-iqtisadi inkişafa gedən 50 illik şərəfli yol
ANA SƏHİFƏ / Mədəniyyət
00:32 03.05.2020


AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Şahbaz Muradovun "Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri” adlı fundamental əsərinin nəşr olunması elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Kitab Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuşdur.

Artıq neçə illərdir ki, Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunan çoxsaylı məqalələr, kitablar, monoqrafiyalar və s. yazılmışdır. Bu kitabı digərlərindən fərqləndirən cəhət isə onun Ulu Öndərin inkişaf strategiyasının sosial-iqtisadi və demoqrafik aspektlərini əks etdirməsidir. Nəşrdə Ümummilli Liderə həsr olunan dəyərli yazılar öz əksini tapmışdır. Bu yazılarda Ş.Muradov Ulu Öndərin sosial-iqtisadi inkişaf strategiyasını dərindən təhlil etmişdir.

Kitab müəllifin ön sözü ilə başlayır. Burada Azərbaycan xalqının tarixi şəxsiyyətlərinin adları sadalanır və dahi şəxsiyyət Heydər Əliyevin XX yüzillikdə yaşamış Corc Vaşinqton, Franklin Ruzvelt, Şarl De Qoll, Cəvahirləl Nehru, Mustafa Kamal Atatürk kimi şəxsiyyətlərlə bir sırada dayandığı qeyd edilir. Şahbaz Muradov girişdə Ulu Öndərin həyat fəlsəfəsini onun öz sözləri ilə oxucuya çatdırır: "Mənim həyatım xalqa məxsusdur... Həyatımın mənasını xalqa xidmət etməkdə görürəm... Mənim üçün ən yüksək mükafat... xalqın etimadını qazanmaqdan ibarətdir”.

Müəllif kitabda Ümummilli Liderin Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrü mərhələlərlə araşdırır və onu yüksək qiymətləndirir. Bu, Azərbaycan dövlətinin yaxın tarixinin elmi-nəzəri, fəlsəfi metodologiya işığında, həm də sosial-iqtisadi aspektdə öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığına dəlalət edir. O, qeyd edir ki, Heydər Əliyev ölkənin ən ağır və böhranlı vəziyyət keçirdiyi illərdə Azərbaycana rəhbərlik etmişdir. Birinci - 1969-1982-ci illər, ölkə iqtisadiyyatının bərpası və dinamik inkişafı dövrü, ikinci - 1993-2003-cü illər isə Azərbaycanın "ölüm, ya olum” dilemmasından xilas edilməsi və onun qurtuluş dövrü kimi tarixin yaddaşına həkk olunub. Daha sonra müəllif yazır ki, Heydər Əliyev hər iki halda Azərbaycan xalqının və dövlətinin maraqlarını, mənafeyini müdafiə və təmin edən düzgün siyasi qərarlar qəbul edib həyata keçirməklə onu düşdüyü ağır vəziyyətdən çıxara bilib.

Kitabda müəllif son 50 ildə ölkə iqtisadiyyatında baş verən dəyişiklikləri dolğun statistik məlumatlar əsasında təhlil edib və qiymətləndirib. Burada göstərilir ki, 1971-1985-ci illərdə Azərbaycanın xalq təsərrüfatına 42,2 milyard manat vəsait qoyulmuşdur ki, bu da 1920-1970-ci illəri əhatə edən 50 ildəki vəsaitdən 2,1 dəfə çox olmuşdur. Nəticədə 249 iri sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir.

Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində xalq təsərrüfatı planlarının artıqlaması ilə yerinə yetirilməsi nəticəsində 108 nəfər "Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüş, 1007 nəfər "Lenin”, 10 min nəfərdən çox işçi "Qırmızı Əmək Bayrağı”, 1422 nəfər "Oktyabr İnqilabı”, 1153 nəfər isə "Xalqlar Dostluğu” ordenləri ilə təltif edilmişdir.

1993-cü ildə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə iqtisadi islahatların yeni mərhələsi başlayır. Bu islahatlara inflyasiya ilə mübarizə, milli valyuta kursunun sabitləşdirilməsi, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi və s. daxil idi.

Aparılan islahatlar qısa müddətdə müsbət nəticələrini verdi. Beləliklə də, əsas makroiqtisadi göstərici - ümumi daxil məhsul 1996-cı ildən yüksəlməyə başladı və 1995-ci illə müqayisədə 2003-cü ildə 1,9 dəfə artdı. Müvafiq dövrdə xarici ticarət dövriyyəsi 4 dəfə, dövlət büdcəsinin gəlirləri isə 3,9 dəfə yüksəldi. 1993-2003-cü illərdə isə ölkədə 3 minə qədər yeni sənaye müəssisəsi açıldı. "Əsrin müqaviləsi”nin imzalanması ilə iqtisadi inkişafda yeni bir mərhələ başladı. "Əsrin müqaviləsi” nəinki neft sektorunun inkişafına təkan verdi, həmçinin qeyri-neft sektorunun inkişafı üçün də zəmin yaratdı.

Aparılan islahatlar vətəndaşların sosial vəziyyətinə də müsbət təsirini göstərdi. 1993-2003-cü illərdə əhalinin pul gəlirləri 17,9 dəfə artdı. Ümumiyyətlə, kitabda demoqrafik dəyişikliklər, məşğulluğun təmin olunması, işsizlik səviyyəsinin azaldılması, elmin, təhsilin, səhiyyənin inkişaf etdirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi və digər sosial məsələlərdə Ümummilli Liderin rolu ətraflı öyrənilmişdir.

Kitabda həmçinin müəllifin müxtəlif mətbu orqanlarında dərc olunmuş "Heydər Əliyev müstəqilliyimizin banisi və Azərbaycan xalqının əbədiyaşar lideridir”, "Heydər Əliyev təcrübəsinə söykənən iqtisadiyyat”, "Azərbaycan Elmlər Akademiyasının inkişafında Heydər Əliyev mərhələsi”, "Türk dünyasının müdrik ağsaqqalı”, "Böyük mütəfəkkir və Azərbaycan elminin hamisi” və digər yazılar da yer almışdır.

Şahbaz Muradov kitabda Ulu Öndərin elmə, elm adamlarına verdiyi dəyərdən də söhbət açır. Azərbaycan Milli Elmlər Akademiyasının tanınmış elm xadimləri ilə tarixi görüşündə Ulu Öndərin dediyi fikirləri oxucuların diqqətinə bir daha çatdırır: "Şəxsən mən elm xadimlərinə həmişə böyük hörmətlə yanaşmışam... Ona görə ki, elm adamları müstəsna adamlardır. Onlar insana əməksevərliklə, fədakarlıqla və bütün digər keyfiyyətlərlə yanaşı, cəmiyyətdə bu və digər yeri tutmağa imkan verirlər. Elm adamları istedada, məharətə, xüsusi bacarığa malik olmalıdır... Bu insanlar ən böyük hörmətə layiqdirlər”.

Kitabı daha da oxunaqlı edən professor Ş.Muradovun Ulu Öndərlə olan görüşləri haqqındakı qeydləri və fikirləridir. O, yazır ki, tale ona Heydər Əliyevlə dəfələrlə görüşmək şansı verib və bu görüşləri həyatının ən gözəl anları hesab edir.

Kitabın müəllifi görkəmli iqtisadçı-alim, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Ş.Muradovun böyük elmi fəaliyyətinə kiçik bir nəzər salmaq istərdik. Bu da təsadüfi deyil. Şahbaz Muradov 60 illik yaradıcılığının böyük bir hissəsini Ümummilli Lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının öyrənilməsinə həsr etmişdir. Alimin ən məhsuldar elmi fəaliyyəti dahi insanın hakimiyyəti dövrünə təsadüf edir. Belə ki, Ş.Muradov 1970-ci ildə "Fədakar əməyə görə” medalı ilə təltif olunub. Elə həmin ildə fəxri fərman alıb. 1972-ci ildə 32 yaşında iqtisad elmləri doktoru elmi dərəcəsini, 1977-ci ildə professor elmi adını alıb. 1995-ci ildə Mərkəzi Seçki Komissiyasının, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib. 1999-cu ildə AMEA İqtisadiyyat İnstitutunun direktoru təyin edilib.

Şahbaz Muradov bir sıra mühüm dövlət sənədlərinin hazırlanmasında bilavasitə iştirak edib. O, Heydər Əliyevin 28 dekabr 1998-ci il tarixli sərəncamı ilə iki mühüm dövlət sənədinin - "Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası”nın və "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı (2004-2008)”nın hazırlanmasına rəhbərlik edib.

Ş.Muradovun bu xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə 2004-cü ildə "Şöhrət ordeni”nə, 2015-ci ildə "Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Bu qeyd olunanlar bir elm adamının gərgin əməyinin nəticələrinə verilən qiymətdir, dəyərdir. Lakin Ş.Muradov üçün çox əziz olan bir dəyər də var. Bu, Ulu Öndərin onun haqqında dediyi xoş sözlərdir: "...1988-ci ildə Əbdürrəhman Vəzirov Azərbaycana rəhbərliyə göndərildikdən sonra gəlib burada mənim fəaliyyətimə qara yaxmağa başladığı vaxt Moskvada nəşr olunan "Voprosı ekonomiki” adlı çox nüfuzlu jurnalın 6-cı nömrəsində Şahbaz Muradovun məqaləsi çap edilmişdi və həmin məqalədə mənim respublikadakı fəaliyyətim haqqında çox müsbət fikirlər yazmışdı. Görünür ki, ədalətli adamlar da var imiş”.

Şahbaz Muradovun "Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri” adlı kitabı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərinin məna və mahiyyətini göstərən, onun fenomenal xüsusiyyətləri barədə oxucuya geniş material verən kamil bir əsərdir. Yeni nəşr sosial-iqtisadi proseslərin geniş təhlili baxımından müstəsna əhəmiyyət kəsb edir.

Rəsmiyyə ABDULLAYEVA,

AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM