Alternative content

03:43 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:36 02.06.2020 Qədim türk inancları
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 1200-dən çox vətəndaşa onlayn formada pulsuz hüquqi yardım göstərilib
1200-dən çox vətəndaşa onlayn formada pulsuz hüquqi yardım göstərilib
ANA SƏHİFƏ / Elm və texnika
18:54 02.05.2020
 
Pulsuz hüquqi yardım xidməti dünyada yayılmış koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını rəhbər tutaraq vətəndaşların qəbulunu və telefon zənglərinin cavablandırılmasını müəyyən müddətə qədər dayandırıb.

Layihənin koordinatoru Samir Osmanlı AZƏRTAC-a bildirib ki, pulsuz hüquqi yardım xidmətindən "facebook” səhifəsinə və [email protected] elektron ünvanına yazmaqla onlayn yararlanmaq olar. O məlumat verib ki, aprel ayında 1205 nəfərə onlayn formada pulsuz hüquqi yardım göstərilib.

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq hüquq şöbəsi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən hüquqi yardım xidmətləri göstərilməsi layihəsinə 2018-ci ilin mart ayından başlanılıb. Layihənin məqsədi hüquqi yardıma ehtiyacı olan həssas qrup vətəndaşlara, xüsusilə qadınlar, yetkinlik yaşına çatmayanlar, qaçqın və məcburi köçkünlər, milli azlıqlar, aztəminatlı ailələr üçün ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi, habelə əhalinin maarifləndirilməsi üçün hüququn müxtəlif sahələri üzrə məlumat xarakterli broşürlərin hazırlanmasından ibarətdir. Vətəndaşlara ailə, inzibati, əmək, əmlak, borc, miras, təqaüd, sosial yardım, istehlakçı hüquqları, cinayət və s. sahələrdə yaranan problemlərə dair məsləhətlər verilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM