02 May 2020 00:56
793
İQTİSADİYYAT
A- A+

Muxtar respublikada nümunəvi təsərrüfat sahiblərinə ödənişsiz texnikalar verilib


"Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən muxtar respublikaya bu il tələbata uyğun olaraq 5 ədəd südsağan qurğu gətirilib.

Texnikalar 1200 manata lizinq, nağd və köçürmə yolu ilə sahibkarlara təklif edilir. Alınan texnikalar dünyanın qabaqcıl ölkələrinin istehsalıdır.

Kiçik ailə təsərrüfatları üçün nəzərdə tutulan avadanlıqlardan bir neçəsi nağd ödəmə yolu ilə satılıb. O cümlədən bu texnikalar Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına cəlb edilən nümunəvi təsərrüfat sahiblərinə də ödənişsiz olaraq verilir.

Südsağan qurğu ilə təmin edilən ailə təsərrüfatçısı Həsən Cəfərov dövlətimizə minnətdarlığını bildirərək qeyd edib ki, südsağan avadanlıqların istifadəsindən sonra sağılan südün miqdarı da artıb.

Kənd təsərrüfatı texnikaları lizinqə verilərkən dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Həyata keçirilən bu tədbirlər aqrar sahənin, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir nümunəsidir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri bu il martın 18-də "Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınan yeni kənd təsərrüfatı texnikalarına baxış keçirən zaman kənd təsərrüfatında yeni innovasiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb, texnikalarla təminat və texniki qulluq işinin diqqətdə saxlanılması, sahibkarların tələbatına uyğun kənd təsərrüfatı texnikalarının və onların ehtiyat hissələrinin alınıb gətirilməsi, eləcə də maarifləndirmə işlərinin aparılması barədə tapşırıqlar verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video