02 May 2020 00:55
1321
İQTİSADİYYAT
A- A+

Şəmkirdə istixanalarda becərilən pomidor Rusiya bazarlarına ixrac edilir


Xüsusi karantin rejimi dövründə əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatı prioritet məsələlərdən biridir.

Buna görə də fermerlərin becərdikləri məhsulların karantin rejimi dövründə bazarlara çıxarılmasında hər hansı bir məhdudiyyət yoxdur.

Şəmkirdən gündəlik olaraq istər ölkə, istərsə də xarici bazarlara müxtəlif tərəvəz məhsulları, o cümlədən pomidor göndərilir. Fermer Elmir Hüseynov bildirib ki, istixanada çalışan işçilərin gündəlik iş yerlərinə gəlməsində çətinlik yoxdur. "Məhsuldarlıq da pis deyil. Əsas satışımız Rusiya bazarlarınadır. Satış zamanı bir problem yaşanmır. Alıcılar məhsulu gəlib birbaşa istixanadan götürürlər. Biz isə heç yerə getmirik və öz işimizlə məşğuluq. Yəni satışa vaxt sərf etmirik”, - deyə şəmkirli fermer qeyd edib.

O ki qaldı satışa, Şəmkir istixanalarında becərilən pomidora Rusiya bazarlarında geniş tələbat olduğundan bu ölkəyə ixrac edilir. Rayonun bir neçə tədarük məntəqəsində toplanan tərəvəz TIR-lara yığılaraq göndərilir. Hər gün təxminən 400 tona yaxın, yəni 20-dək TIR yola salınır. Ölkəmizin tərəvəz məhsulları ilə təminatında Şəmkir rayonunun böyük payı var. Burada əksər kəndlərdə demək olar ki, istixana təsərrüfatları salınıb. Hər gün paytaxt Bakıya, eləcə də digər şəhər və rayonlara Şəmkirdən tərəvəz məhsulları daşınır.

Qeyd edək ki, Şəmkirdə istixana şəraitində 950 hektar sahədə pomidor becərilib. Koronavirus pandemiyası bu tərəvəzin qiymətinə də təsirsiz ötüşməyib. Müqayisə üçün deyək ki, ötən il aprel-may aylarında bir kiloqramı 3-4 manata satılan pomidor, indi 1 manat 50 qəpiyə - 2 manata təklif edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video