Alternative content

01:18 14 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:50 14.07.2020 BİLDİRİŞ
00:47 14.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Poçt şöbələrində birdəfəlik ödənişlərin verilməsi gündəlik davam edir
Poçt şöbələrində birdəfəlik ödənişlərin verilməsi gündəlik davam edir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:29 01.05.2020

İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər üçün birdəfəlik ödəmənin (190 manat) verilməsi prosesi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt” MMC-nin poçt şöbələrində də gündəlik davam edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, birdəfəlik ödəmə vəsaiti köçürülərkən vətəndaşlara bu barədə SMS göndərilir. Onlar mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq mesajda "Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərilibsə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini əldə edirlər.

Qeyd edək ki, Azərbaycan hökuməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, eləcə də işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi prosesində operativliyin təmin olunması məqsədilə Bakıda və regionlarda yerləşən poçt şöbələri bazar günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək vətəndaşlara xidmət göstərir.

Paytaxtla yanaşı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşdakı "Şəbəkə” xidmət mərkəzləri də eyni iş rejimində çalışır.

Kənd poçt şöbələri isə əvvəlki iş rejiminə uyğun olaraq saat 09:00-dan 17:00-dək işləyir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM