Alternative content

11:27 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
03:04 01.06.2020 “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 72-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 21 avqust tarixli 814 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 25 dekabr tarixli 902 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
03:01 01.06.2020 “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 71-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 25 dekabr tarixli 206 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xalqın iradəsini əks etdirən siyasət
Xalqın iradəsini əks etdirən siyasət
ANA SƏHİFƏ / SİYASƏT
00:39 01.05.2020


İnsanın ömrü kimi, dövlətlərin də tarixi əlamətdar məqamlarla zənginləşib böyüyür. İnsan yaşadığı ayları, illəri, elin sevincli, kədərli günləri ilə bağlı anları keçmişdə buraxdıqca, yaşa dolur, müdrikləşir, kamillik məqamına yetişir. Ölkələr də milli dövlətçilik tarixi ilə bağlı olan hər əlamətdar anları yaşadıqca, tarixin hüdudları daha da genişlənir. Dövlətçilik ənənələri püxtələşir, möhkəmlənir, qayım-qədim olur.

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasını əks etdirən kadrları seyr etdikcə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin toplantıdakı çıxışını xatırladıqca düşüncələrim ən çox "Altıncı çağırış” ifadəsinə yönəlirdi.

Düşünürdüm ki, bir qərinəyə yaxın tarixə malik parlamentə sahib olmağımız müstəqilliyini yeni qazanmış ölkəmiz üçün taleyin çox böyük bir lütfüdür. Bu çağırışların hər biri Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin parlaq səhifəsidir. Xalqımızın Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf kursunun yeni zirvələrə yüksəlməsidir. Azərbaycan xalqının öz taleyinə sahibliyinin, qloballaşan dünyamızda bir çox cəmiyyətlər üçün hər cəhətdən nümunəvi olan bir dövlət qura bilmək əzminin göstəricisidir. Ölkəmizdə demokratik seçki ənənələrinin, parlamentarizm təcrübəsinin yeni inkişaf mərhələləridir.

Ötən əsrin əvvəllərində müsəlman Şərqinin ilk demokratik, parlamentli respublikasını elan etmiş islahatçı babalarımızın arzuladığı dövlətin də, Cümhuriyyətin ilk parlamentinin də ömrü bəlli səbəblərdən çox qısa müddət davam etmişdi. Heydər Əliyevin Cümhuriyyət ənənələri, dəyərləri üzərində qurduğu və bu gün cənab İlham Əliyevin böyük nailiyyətlər işığında gələcəyə doğru apardığı Azərbaycan dövləti isə artıq VI çağırış Milli Məclisin formalaşması tarixinin təntənəsini yaşayır.

Bütün bunlar ümumilikdə Azərbaycanımızın inkişafıdır. Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin möhtəşəm gələcəyi üçün sarsılmaz təməllərin yaradılmasıdır.


Strateji baxış


Cənab İlham Əliyevin VI çağırış parlamentin ilk iclasında proqram xarakterli çıxışı zəmanəsinin ən parlaq liderlərindən olan dövlət rəhbərinin öz ölkəsinin bu günü və gələcəyinə strateji baxışının, aydın təsəvvürünün əksi idi. Dövlət rəhbərinin çıxışının ilk tezislərini beşinci çağırış Milli Məclis deputatlarına, onların göstərdikləri fəaliyyətə təşəkkür məzmununda qurulması, parlamentin əvvəlki tərkibinin ölkəmizin uğurlu inkişafında, bu inkişafın hüquqi bazasının gücləndirilməsi istiqamətində böyük rol oynadığının qeyd edilməsi siyasi mədəniyyətin göstəricisi, dövlətçiliyimizdə irs və varislik münasibətlərinin danılmaz təzahürü idi. Dövlət rəhbərimiz VI çağırış Milli Məclisin də uğurla fəaliyyət göstərəcəyinə inamını ifadə etdi. Ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfələrini verməyi onlar qarşısında ümdə vəzifə kimi aktuallaşdırdı.

Azərbaycan Prezidenti cənab İlham Əliyev milli dövlətçilik tariximizdəki bir çox mütərəqqi ənənələrin müəllifidir. Fevralın 9-da ölkəmizdə növbədənkənar parlament seçkisinin uğurla keçirilməsi də yeni ənənələrdən biri oldu. Ölkə həyatı üçün, təbii ki, hər bir seçki böyük əhəmiyyət daşıyır. 9 fevralda keçirilən seçkinin növbədənkənar xarakter daşıması isə bir yenilik idi. Növbədənkənar parlament seçkisinin ölkəmizdə ilk belə təcrübə olması ona hazırlıq prosesinin məsuliyyətini xeyli artırırdı. Amma həm hazırlıq işinin təşkili, həm seçkilərə kifayət sayda namizədin qatılmasına şərait yaradılması, həm də seçim prosesinin demokratikliyi ölkəmizdəki ictimai-siyasi sabitliyin, cəmiyyətdə oturuşmuş sivil ənənələrin, eləcə də zəngin seçki təcrübəsinin istənilən zamanda, zəruri şəraitdə, heç bir problem, gərginlik yaşanmadan keçirilməsinin gerçəkliyini təsdiq etdi.


Yüksək etimad


Cənab İlham Əliyevin qeyd etdiyi kimi, seçkilərin fevral ayında keçirilməsinin əsas məqsədi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdən ibarət idi. Qarşıya qoyulmuş məqsədə nail olundu. Növbədənkənar seçki qərarı cəmiyyətdə böyük maraqla, yüksək siyasi fəallıqla qarşılandı. Seçkidə 1300-dən çox namizədin iştirakı bunun əyani sübutu idi. Bu, növbədənkənar parlament seçkilərinə insanların yüksək etimadından xəbər verirdi.

Hər bir namizədlə yerlərdə görüşlər keçirilərək, seçicilərlə intensiv iş aparılaraq namizədlərin öz fikirlərini, baxışlarını, ideyalarını azad şəkildə çatdırmaqdan ötrü şərait yaradıldı. Bütün namizədlər üçün bərabər imkanlar təmin edildi. Heç bir ayrı-seçkiliyə yol verilmədi. VI çağırış Milli Məclisə seçilmiş deputatların əksəriyyətinin cəmiyyətdə tanınmış, hər birinin öz sahəsində yetərincə uğur qazanmış insanlardan ibarət olması seçicilərin öz qəlblərinin səsi ilə seçim etdiklərini, beş il müddətində ali qanunverici orqandakı təmsilçiləri kimi bu insanlara şans verdiklərini göstərir. Milli Məclisə xeyli sayda gənc namizədlərin seçilməsi də xalqın gəncliyə etimadının, onların inkişafına, istedadına dəstək verməsinin, eyni zamanda, gəncliyin potensialından, enerjisindən, parlament həyatına gətirəcəkləri yeni ab-havadan gözləntilərin ifadəsidir. Həmin gənclər ki, qısa müddətdə öz təhsil və iş həyatlarında yetərincə nailiyyətlər əldə ediblər, indi onların Milli Məclisdə təmsilçiliyi həm ali qanunverici orqanımızın fəaliyyəti, həm gənc namizədlərə səs vermiş seçicilər, həm də ümumən cəmiyyətimiz üçün faydalı olacaq.

Azərbaycan dövləti seçkiləri müşahidə etmək üçün bir çox beynəlxalq təşkilatlardan müşahidəçilər dəvət etmişdi. Seçki prosesində kifayət sayda yerli və xarici müşahidəçilər iştirak etdi. Onların mütləq əksəriyyəti seçkilərin həm hazırlıq, həm kampaniya dövründə, həm də seçkilər günündə müşahidə apardılar. Müşahidəçilərin əksər hissəsi seçkiləri demokratiyanın inkişafında növbəti uğurlu addım kimi qiymətləndirdilər. Azərbaycan xalqının öz seçki hüququndan azad şəkildə istifadə etdiyini və seçkilərin nəticələrinin real mənzərəni əks etdirdiyini rəylərində göstərdilər.

Seçki elə bir siyasi hadisədir ki, onun nəticələrinin hamını razı sala bilməməsi təbii görünür. Hər kəs özünün, yaxud qalib olmasını istədiyi başqa namizədin seçilmədiyi seçkinin nəticələrini müəyyən qədər ədalətsiz sayır, burada hansısa qeyri-obyektivlik axtarmağa başlayır. Bu, insan xarakterindən irəli gələn psixoloji məqamdır. Seçkidə müəyyən qüsurlara yol verilməsi də gözlənilən haldır. Çünki milyonlarla vətəndaşın iştirak etdiyi belə kütləvi prosesdə heç bir qüsura yol verilməməsi praktik olaraq qeyri-mümkündür. Hətta dünyanın ABŞ kimi uzunmüddətli demokratik seçki ənənələrinə, formalaşmış seçki təcrübəsinə malik ölkəsində də seçki zamanı qüsurlara yol verilir. Bu xüsusda iddialar irəli sürülür, araşdırmalar aparılır. Təbii ki, dövlətin də vəzifəsi bu halları araşdırmaq və lazımi tədbirləri həyata keçirməkdir.

9 fevral parlament seçkisindən sonra ölkəmizdə 4 seçki dairəsi üzrə nəticələrin ləğvi qüsurlara yol verilməməsində, ilk növbədə, Azərbaycan dövlətinin maraqlı olduğunu göstərdi. "...Bizim əsas niyyətimiz ondan ibarət idi ki, Azərbaycan xalqı öz seçki hüququndan azad şəkildə istifadə etsin, bəyəndiyi namizədə səs versin, beləliklə, öz fikrini və öz siyasi iradəsini ifadə etsin. Bütövlükdə biz buna nail olmuşuq və seçkilərdən sonra artıq müşahidə olunan mənzərə onu göstərir ki, Azərbaycan xalqı seçkilərin nəticələri ilə razılaşıb. Bizim üçün əsas məsələ bundan ibarətdir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin parlamentdəki çıxışı zamanı səsləndirdiyi bu fikirlər real mənzərəni əks etdirir. Həyata keçirilən dövlət siyasətinin, məqsədyönlü inkişaf kursunun xalq tərəfindən yüksək səviyyədə dəstəkləndiyini bir daha təsdiq edir.


Siyasi mədəniyyət nümunəsi


VI çağırış Milli Məclisin çoxpartiyalı məclis olması da seçkinin nəticələrinin müsbət məqamlarından biridir. Azərbaycan Prezidenti də ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisdən çox böyük gözləntilərinin olduğunu ifadə etdi. Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlamentin formalaşmasını demokratiyanın inkişafında önəmli addım kimi dəyərləndirdi.

Xalqın dəstəyi ilə parlamentdəki yerlərin əksəriyyətini qazanmış Yeni Azərbaycan Partiyasından başqa digər partiyaların təmsilçilərinin də Milli Məclis və komitə rəhbərliklərində təmsil olunması bir ilkdir. Bu mütərəqqi ilk də Yeni Azərbaycan Partiyasının lideri cənab İlham Əliyevin hakim partiyanın parlamentdəki təmsilçilərinə tövsiyəsi əsasında baş tutub. Hər zaman xalqın, dövlətin maraqlarını üstün tutan Yeni Azərbaycan Partiyası da ümumi maraqlar naminə önəmli addımlar ataraq müxalifət nümayəndələrinin parlament rəhbərliyində təmsil olunmasına şərait yaradıb.

Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində gücləndirilməsi baxımından bu cür mütərəqqi yeniliklər çox önəmlidir. Ümumiyyətlə, buna paralel olaraq ölkədəki müxalifət partiyalarına ünvanlanan dialoq çağırışları, Prezident Administrasiyasında siyasi partiyalarla və qanunverici orqanla iş üzrə ayrıca şöbənin yaradılması, müxtəlif müxalifət partiyaları təmsilçilərinin Prezident Administrasiyasına dəvət edilməsi, onlarla müzakirələrin keçirilməsi, fikir və rəylərinin dinlənilməsi onu göstərir ki, ölkəmizdə aparılan ardıcıl islahatlar hakimiyyət və müxalifət arasındakı siyasi münasibətlərə də sirayət edir. Hakimiyyət cəmiyyətdə siyasi mədəniyyətin güclənməsində, milli maraqlar ətrafında konsensusun əldə olunmasında, müxalif düşüncəli insanların da öz konstruktiv təklifləri ilə ölkəmizin yenilənməsinə fayda verməsində maraqlıdır.

Bu siyasi mədəniyyətin ən parlaq nümunəsini cənab İlham Əliyev və rəhbəri olduğu Yeni Azərbaycan Partiyası yaradır.


Milli maraqlar naminə dialoq


Hamımız eyni bir vətənin övladlarıyıq. Azərbaycan hamımızın doğma yurdudur. Bu yurdun təəssübü, milli maraqları hər birimizə aiddir. Söhbət Azərbaycandan gedəndə bütün firqə maraqları arxa plana keçməlidir. İnsanlar arasında siyasi mövqe fərqinin, əks düşüncələrin olması normal bir haldır. Həqiqət əks fikirlərin qarşılaşması, polemikası zəminində ortaya çıxır. İnkişaf imkanları fərqli təşəbbüslər, müxtəlif baxışlar əsasında meydana gəlir. Hər hansı nöqsan və çatışmazlıqlar, görülən işin kəm-kəsiri sağlam tənqid əsasında aradan qalxır. Bütün bunlar tərəqqi üçün çox vacibdir. Amma dövlətin, xalqın maraqları elə bir dəyərdir ki, burada heç bir əks fikrə, müxalif düşüncəyə yer yoxdur.

Tənqid xatirinə tənqid, fərqli fikir əvəzinə görülən hər bir işə qara yaxmaq, qeyri-sağlam mövqe də əsla müxalifətçilik deyil! Belə davranışlar cəmiyyəti tərəqqidən saxlayır. Siyasi mədəniyyətin yüksəlişinə mane olur. Qaragüruh düşüncəyə meydan verir. Ona görə də mənfi təzahürlərin aradan qalxmasına böyük ehtiyac var.

Hakimiyyət siyasi islahatlara şərait yaradaraq konfliktlərin hər bir sivil cəmiyyətdə olduğu kimi, diskussiya məcrasına yönəlməsinə çalışır. Azərbaycan Prezidenti parlamentdəki çıxışında VI çağırış Milli Məclisin də bu sahədə öz sözünü deyəcəyini qeyd etdi. Eyni zamanda Prezident Administrasiyasının nümayəndələrinində son vaxtlar demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirdiklərini diqqətə çatdırdı. "Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. Bütövlükdə ilkin rəy müsbətdir. Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya - hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir”.

Dövlət rəhbəri qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılacağını bildirdi və Azərbaycanda çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulacağını bəyan etdi. Cənab İlham Əliyevin fikrincə, hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyarın tələb olunmaması praktikasına da son qoyulmalıdır. "Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdir edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır”.


Qeyri-sağlam ünsürlərin gülünc "boykot”u


Cəmiyyət tərəfindən dəstəklənməyən, radikal mövqeyinə görə artıq tam marginallaşmış və bütün dayaqlarını itirərək dərnək tipli qruplaşmaya çevrilmiş qeyri-sağlam ünsürlər, hakimiyyətin sağlam niyyətlə irəli sürdüyü dialoq təşəbbüsünü də, əfsus ki, gözdən salmağa çalışırlar. Hakimiyyət nümayəndələri ilə görüşlərdən, dialoqlardan imtina edirlər. Azərbaycanın yeni siyasi konfiqurasiyasının formalaşması prosesindən özlərini kənarda qoymağın ziyanını, təbii ki, onlar çəkəcəklər.

Bu ünsürlərin ölkədəki bütün siyasi qüvvələrdən fərqli olaraq seçkiləri boykot etmək yolu tutması da onların qeyri-sağlam mahiyyətindən, xalq arasında heç bir ciddi dayağa malik olmadıqlarından və bunu da çox gözəl bilmələrindən irəli gəlir. Belə bir durumda onların boykot sözünü dilə gətirmələrinin özü belə gülməlidir. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, Azərbaycan xalqı bu rüsvayçı qurumu çoxdan boykot edib. 27 ildir ki, onlar tarixin zibilxanasındadırlar. Belə olan halda boykot elan etmək həm gülməli, həm də təəccüblüdür.


Yeni mərhələ


Milli Məclisin ilk iclasındakı çıxışında Azərbaycan Prezidenti həyata keçirilən siyasətin ilkin mərhələsinin anonsunu vermiş oldu. Həm seçkilərin, həm də seçkilərdən sonrakı dövrdə iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımların mövcud siyasətin yeni mərhələsini əks etdirdiyini bəyan etdi. Bu, dövlət rəhbərimizin həyata keçirdiyi islahatçı kursun mahiyyətini göstərdi.

"Bildiyiniz kimi, islahatların yeni mərhələsi 2018-ci ilin Prezident seçkilərindən sonra başlamışdır. Bu islahatları mən andiçmə mərasimində, bax, bu salonda bəyan etmişdim. Biz onları ardıcıl olaraq icra edirik və bu, həyatda öz əksini tapır. Bir də onu göstərir ki, həmişə olduğu kimi, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur” - deyən Azərbaycan Prezidentinin bu qətiyyəti, əminliyi, verdiyi sözü hər zaman mötəbər tutması islahatlar kursunun yeni mərhələsinin də xalqımıza, dövlətimizə gətirəcəyi nailiyyətlərdən, faydalardan, milli dövlətçilik tariximizdə açılacaq daha parlaq səhifələrdən xəbər verir.

Azərbaycanda aparılan islahatlar kursunun ən önəmli məqamlarından biri də bu kursun reallaşdırılmasında Azərbaycan qadınlarının iştirak imkanlarının daha da genişləndirilməsidir. Bu da tamamilə məntiqidir. Eyni zamanda qadınlarımızın yüksək potensialına, bilik və bacarıqlarına, vətən sevgisinə, fədakarlığına, işgüzarlığına, yüksək qabiliyyətinə və məsuliyyət hissinə inamdan irəli gəlir. Təsadüfi deyil ki, irəli sürülmüş islahatlar kursunun uğurla həyata keçirilməsində, öz məqsədlərinə çatmasında, insanların baş verən müsbət dəyişikliklərdən faydalana bilməsində Prezidentimizin ən yaxın silahdaşı da məhz Azərbaycan qadınıdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan qadını həyata keçirilən islahatlar kursuna, inkişaf strategiyasına öz layiqli töhfələrini verir. Azərbaycan insanı üçün yeni dəyərlər yaradır. Dövlətin öz vətəndaşlarının rifahı naminə reallaşdırdığı sosial proqramların faydalarının hər bir vətəndaşımıza çatması üçün böyük təşkilatçılıq məharəti nümayiş etdirir. Milli-mənəvi dəyərlərimizi göz bəbəyi kimi qoruyur, bütün dünyada tanıdır, onlara əbədi həyat bəxş edir.

Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadını ən çətin, məsuliyyətli işlərdə nə qədər yüksək bacarığa sahib olduğunu göstərir, Azərbaycan qadınını layiq olduğu mövqelərə yüksəldir. Eyni zamanda qadınlara tarixdə ilk dəfə səsvermə hüququ verilmiş ölkə olaraq, Azərbaycanda qadın fəallığı ənənələrinin güclü olduğunu bütün dünyaya nümayiş etdirir. Qadınlarımızın ölkə həyatında fəal iştirakını göstərir. Bu fəallıq getdikcə artır. Xanımlarımız ictimai-siyasi fəaliyyətə daha geniş şəkildə cəlb olunur. Mehriban xanım Əliyevanın yaratdığı nümunə Azərbaycan qadını üçün yeni bir tarix yaradır. Bu, cəmiyyətin inkişafına, bugünümüzə və gələcəyimizə misilsiz töhfələr verən qürur duyulası bir tarixdir. Azərbaycan ailələrində böyüyüb boya-başa çatan qız balalarımızın inkişafı, cəmiyyətdə öz layiqli yerlərini tutmaları, böyük uğurları üçün indi Mehriban xanım Əliyeva kimi parlaq qadın lideri və istinadgahı var.

VI çağırış Milli Məclisin ilk iclası da bu baxımdan tariximiz üçün çox maraqlı bir yeniliklə başlandı. Milli Məclisin Sədri vəzifəsinə Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər üzrə prorektoru, professor, filologiya elmləri doktoru Sahibə Qafarova seçildi. Ali qanunverici orqan rəhbərliyinə bu seçimin daha bir önəmli məqamı ondan ibarətdir ki, Sahibə xanımın elmi araşdırmalarında gender məsələləri xüsusi yer tutur. O, gender sahəsinin tanınmış mütəxəssislərindən biri kimi Azərbaycanı müxtəlif beynəlxalq platformalarda təmsil edib. Bu sahədə zəngin təcrübəyə malikdir. Belə bir şəxsin Azərbaycan Respublikası Milli Məclisinə rəhbərlik etməsi ölkəmizdə parlamentarizm ənənələrinin inkişafı prosesində xanımlarımızın fəal iştirakına, gender bərabərliyi ilə bağlı qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə, cəmiyyətdə qadın fəallığı ənənələrinin güclənməsinə böyük fayda verəcək. Eyni zamanda belə nümunələr islahatlar kursunun yeni mərhələsində, ölkəmizdə çoxpartiyalı sistemin inkişafında xanımlarımızın fəal, səmərəli iştirakı baxımından əhəmiyyətli rol oynayacaq.


Adın şərəfi


"Azərbaycan qadını” ifadəsinin özündə bir dəyər yaşayır. Bu dəyər aid olduğu hər yerdə bütövlüyün, saflığın, yüksək mənəviyyatın, etibar, vəfa və sadiqlik hissinin rəmzi kimi çıxış edir. Ona görə də xanımlarımız ictimai-siyasi proseslərə, hakimiyyətin ayrı-ayrı qollarının fəaliyyətinə nə qədər cəlb olunsalar, bu, ümumiyyətlə, Azərbaycan cəmiyyətinin tərəqqisinə təkandır.

"Azərbaycan qadını” adı, eyni zamanda, bir şərəfdir, qürurdur. Bu adın şərəfinin, ucalığının bugünümüzə qədər gəlib çıxması öz isməti, tərbiyəsi, təmiz adı, el-obanın başını həmişə uca etməsi naminə misilsiz fədakarlıqlar göstərmiş milyonlarla qadınımızın fədakarlıqları, min bir məşəqqətləri, mənəvi gücü sayəsində mümkün olub. Bütün bunlara ən azı sayğı duymaq, "Azərbaycan qadını” adını öz ucalığında gələcək nəsillərə ötürmək bu adı daşıyan hər bir qadının müqəddəs borcu, ali missiyası olmalıdır.

8 Mart münasibətilə feminizm təəssübkeşliyi adı altında Bakının mərkəzində bir qrup gəncin keçirdiyi aksiyanı hamı kimi mən də internetdən izlədim. Və açığı gördüyüm mənzərəyə çox utandım. Utanc hissi keçirməyimin səbəbi təkcə onların "Azərbaycan qadını” adının müqəddəsliyi ilə bir araya sığmayan biabırçı davranışları, qaldırdıqları biədəb şüarlar deyildi! Eyni zamanda ona utandım ki, bu gənclər Azərbaycana qarşı indi də bu səmtdən hərəkətə başlayan xarici qüvvələrin əlində ucuz alətə çevriliblər?!

Biz - bu gənclərin müəllimləri, valideynləri onların tərbiyəsində, yetişməsində görəsən hansı yanlışlara yol vermişik, nələri diqqətdən kənarda qoymuşuq ki, onların əməllərindən bu gün bu qədər xəcalət çəkirik?!

Guya Azərbaycan qadını üçün küçələrə çıxan bu gənclər fərqində deyildilər ki, bununla ən böyük zərbəni elə qadınlarımıza, analarımıza vururlar. Azərbaycanda qadın fəallığı ənənələrinin genişlənməsi, bir müsəlman ölkəsinin gender məsələlərində, demokratik inkişafda bu qədər irəli gedib başqaları üçün də nümunə yaratması, eyni zamanda tarixən cəmiyyətimizdə möhkəmliyi qorunan ailə institutunun mövcudluğu görünür hansısa xarici qara qüvvələri narahat etməyə başlayıb. Milli-mənəvi dəyərlərimizi məhv edib sıradan çıxarmaq, tədricən inkişaf proseslərini yanlış səmtlərə yönəldib öz əsas məqsədindən uzaq salmaq üçün qrant bulağının gözünü açıblar.

Və davranışlarının məsuliyyətini, mahiyyətini dərk edəcək qədər yüksək amal və dünyagörüşünə malik olmayan bir qrup gənci, əfsus ki, təsir altına sala biliblər. Bunun da arzuolunmaz nəticəsi 8 Mart günü şəhərin mərkəzində yaranan, sosial şəbəkələrdə ayrı-ayrı görüntüləri yayılan xoşagəlməz mənzərədir.


Gender siyasəti


Amma o mənzərəyə nə qədər üzülmüşdümsə, cəmiyyətimizin buna verdiyi düzgün qiymətdən, o gənclərin qeyri-adekvat davranışlarına ictimai qınaqdan min qat qürurlandım. Ona qürurlandım ki, qadın azadlığını qadın hüquqlarının qorunmasının bütün dəyərlərinin sıradan çıxarılmasında, qadın adının, zərifliyinin, onun ismətinin ayaqlar altına atılmasında görən bu "feminist”lərdən çox-çox fərqli olaraq cəmiyyətimizdə qadın azadlığının mahiyyəti barədə düzgün təsəvvürə, dərin bilgilərə malik vətəndaşlarımız, gənclərimiz qat-qat çox və təəssübkeşdirlər. Bu gün Azərbaycan qadını qarşısında duran əsas problemlər çoxları üçün aydındır. Bu problemin həlli yolları haqqında insanlarda yekdil mövqe var. Ən önəmlisi isə, bu yekdil mövqe Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətlə üst-üstə düşür. Daha dəqiq ifadə etsəm, cəmiyyətin yeni tarixi dövrdə qadınlarla bağlı gözləntilərini, arzularını, təşəbbüslərini Azərbaycan hökuməti sosial siyasətin mühüm bir hissəsi kimi həyata keçirir.

Bu gün Azərbaycan qadını ilə bağlı problemlərin həlli qızların təhsil alıb peşəyə, sənətə yiyələnməsindən, çalışıb öz iqtisadi müstəqilliyini təmin etməsindən, maddi baxımdan heç kimdən asılı olmamasından, sağlamlığından, fərdi inkişafından, cəmiyyət həyatının bütün sahələrində həm qadınlara, həm kişilərə bərabər imkanlar mühitinin yaradılmasından asılıdır. Azərbaycan dövlətinin son illər ölkəmizdə təhsilin inkişafı, sahibkarlara, o cümlədən qadın sahibkarlara biznes qurma imkanlarının yaradılması, qadınların məşğulluğu, ictimai fəaliyyətə cəlb olunması istiqamətində həyata keçirilən tədbirlər məhz bu məqsədi daşıyır. Bu, ən düzgün siyasətdir və cəmiyyət də bu siyasətin müsbət nəticələrini zaman-zaman hiss etməkdədir.


Müstəqil siyasətin uğurları


Azərbaycan dövləti cəmiyyət həyatının bütün sahələri üzrə aydın, əsaslandırılmış, məqsədyönlü inkişaf strategiyasına malikdir. Milli Məclisə seçkilərin nəticələri də bu strategiyanın alternativsizliyini bir daha diqqət mərkəzinə çəkdi. Ölkə yeni bir inkişaf mərhələsinə keçid dövründədir. Bu mərhələnin əsas prinsipləri şəffaflıq, məsuliyyət, niyyətin də, əməllərin də təmizliyi, nəticəyönümlü fəaliyyətdir. Bu məsələdə, təbii ki, yeni çağırış Milli Məclisimizin üzərinə böyük vəzifələr düşür.

"Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Əminəm ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik. Əminəm ki, Azərbaycan parlamenti bu işdə fəal olacaq”.

Azərbaycan cəmiyyəti parlamentin dövlət rəhbərimizin bu ümidlərini doğruldacağına inanır və Milli Məclisdən həyata keçirilən inkişaf siyasətinə, islahatlar kursuna layiqli töhfələr gözləyir.

Nurlana ƏLİYEVA,

YAP Qadınlar Şurasının sədri, professor




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM