01 May 2020 00:32
562
İQTİSADİYYAT
A- A+

Qüvvələr nailiyyətlər üçün səfərbər edilib


Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən uğurlu islahat strategiyası böyük sosial-iqtisadi potensiala malik Yevlax rayonunda da gözlənilən nəticələri reallaşdırmaqdadır. Dövlət başçısının müvafiq sərəncamı ilə Yevlax şəhərinə gənc icra başçısının təyin edilməsi rayonda hər kəsi narahat edən bir sıra ciddi neqativ halların aradan qaldırılması istiqamətində görülən mühüm tədbirlər kimi məmur-vətəndaş münasibətlərinin yeni müstəvidə formalaşmasına, rayonda sağlam mənəvi-psixoloji mühitin yaradılmasına əhəmiyyətli təsir göstərir, xalq-dövlət birliyinin sarsılmazlığını təmin edir.

Bu günlərdə ölkəmizin bütün bölgələrində olduğu kimi, Yevlaxda da gözəgörünməz təhlükəli düşmən olan koronavirusa qarşı mübarizə tədbirləri müvəffəqiyyətlə həyata keçirilir. Nazirlər Kabinetində fəaliyyət göstərən Operativ Qərargahın tapşırıq və tövsiyələrinin yüksək məsuliyyətlə icra edilməsi təmin olunur. Küçə və meydanların, yaşayış məhəllələrinin, bir sıra ictimai yerlərin dezinfeksiyası təkrar-təkrar aparılmışdır. Aztəminatlı ailələrə ərzaq yardımları edilmiş, onlar zəruri qayğı ilə əhatə olunmuşlar. Bu istiqamətdə həyata keçirilən tədbirlər günümüzün prioritet vəzifəsi olaraq qalmaqdadır.

Qayğıların, təxirəsalınmaz vəzifələrinin bolluğu sırasında bu gün zərbəçi ahənglə davam edən yaz-tarla işlərinin xüsusi yeri vardır. Rayonun təsərrüfatlarında çiyid səpini yüksək aqrotexniki qaydalar əsasında davam etdirilir. Taxıl zəmilərində məhsuldarlığı artırmaq üçün zəruri aqrotexniki tədbirlər görülür. Gəlirli təsərrüfat sahəsi olan baramaçılıqda yeni mövsüm başlayır. İpəkqurduların zoobaytar qaydaları əsasında sağlam şəraitdə dirildilməsinə, kümxanaların dezinfeksiya edilib yeni mövsüm üçün hazır vəziyyətə gətirilməsinə böyük önəm verilir.

Rayonda qabaqcıl fermerlər çoxdur. Onlardan biri də Dağıstan Nəbiyevdir. Taleyini torpağa bağlayan, dövlətin qayğısından güc alıb öz halal zəhmətinə, alın tərinə güvənən Dağıstan Nəbiyev rayonun Kövər kəndində fəaliyyət göstərir. Bu hünərvər əmək adamı keçən il 27,5 hektarda pambıq əkib-becərmiş, hər hektardan 39 sentner "ağ qızıl” götürərək rayonun fermerləri arasında qabaqcıllıq nümunəsi göstərmişdir. Dağıstan bu il pamdıq əkini sahələrini daha da genişləndirmək, hər hektardan 40 sentnerdən çox məhsul götürmək, nailiyyətləri daha da artırmaq əzmindədir.

İndi rayonun təsərrüfatlarında çiyid səpininin qızğın çağıdır. Cari ilin bol məhsuluna etibarlı bünövrə qoymaq üçün səpinin hər yerdə aqrotexniki qaydalar əsasında aparılmasına xüsusi fikir verilir. Hazırda sahələrdə 13 ədəd səpin aqreqatı işləyir. 9 ədəd malaçəkən sahələri hamarlayıb çiyid səpini üçün hazır vəziyyətə gətirilir.

Kənd təsərrüfatında ənənəvi sahə olan pambıqçılığı inkişaf etdirmək üçün rayonda mövcud imkan və ehtiyat mənbələri bacarıqla səfərbər edilmişdir. Yevlax pambıqçılarının builki hədəfi 7 min ton "ağ qızıl”dır.

Bu gün uğurlarla müşayiət olunan dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri ölkədə qeyri-neft sektorunun dinamik inkişafını təmin etməkdir. Bu yöndə dövlət təbii olaraq aqrar sektorun inkişafına böyük önəm verir, kənd təsərrüfatında innovativ üsulların, mütərəqqi texnologiyaların, qabaqcıl təcrübənin səmərəli tətbiqinə nail olmaq üçün böyük həcmdə sərmayə qoyur, məhsul istehsalçılarına istehsal etdikləri məhsulların dəyərindən əlavə subsidiyalar ödəyir. Dövlətin məmnunluq doğuran bu davamlı qayğısı Yevlax kəndlisini torpağa daha möhkəm tellərlə bağlayır, onların çox məhsul istehsal etməyə marağını müqayisəedilməz dərəcədə artırır. Keçən il 37,427 ton taxıl, 6,348 ton pambıq, 7,6 ton barama, 9,002 ton ət, 37,187 ton süd, 17,890 min ədəd yumurta, nəzərdə tutulduğundan xeyli çox meyvə-tərəvəz, bostan məhsulları istehsal edən Yevlax zəhmətkeşləri cari ildə nailiyyətlərini daha da artırmaq üçün həvəslə çalışır, mövcud imkan və ehtiyat mənbələrindən səmərəli istifadə edirlər.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video