Alternative content

02:52 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:36 02.06.2020 Qədim türk inancları
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Bacarıqlı əllər ailəsi”nin yaratdığı bədii nümunələr
“Bacarıqlı əllər ailəsi”nin yaratdığı bədii nümunələr
ANA SƏHİFƏ / Mədəniyyət
00:27 01.05.2020


Onlar çox deyillər. Bəlkə də bir ailənin uşaqları hesab etmək olar. Çoxuşaqlı bir ailənin balaları kimi də mehribandırlar bir-birilərinə. Hərəsinin özünəməxsus qabiliyyəti, həm də dərdləri var. Əslində, müəyyən formada fiziki məhdudiyyətləri olan bu uşaq-gənclər özlərinə bunu heç də dərd etmirlər ki, tay-tuşları kimi istədikləri yerə sərbəst gedib-gəlmir, qüsurlu danışır, ürəklərindən keçənləri ifadə etməkdə çətinlik çəkirlər.

Onların bir qisminin haqqında, istedadları barədə dəfələrlə söz açılıb. Lakin bu gün belə uşaq və gənclərin yaratdıqları nümunəvi sənət incilərindən söz açmaq çox vacibdir. "Bacarıqlı Əllər Dünyası” İctimai Birliyində tanış olduğum belə istedad sahiblərindən biri Rahim Rzayevdir.


Əsaya söykənib hərəkət etsə də...


O, 1986-cı il mart ayının 18-də anadan olub. Elə dünyaya göz açandan fiziki qüsurlu, 1-ci qrup əlildir. Əsaya dirənib hərəkət etsə də, tay-tuşlarından geri qalmağı xoşlamır. 1993-cü ildə orta məktəbə gedib. 9-cu sinfi bitirdikdən sonra bir müddət işləməyə başlayıb. 1992-ci ildən 2019-cu ilədək bir neçə dəfə sağ ayağı dizdən aşağı ağır əməliyyata məruz qalıb. Sonrakı taleyini belə dilə gətirdi Rahim: "2015-ci ilin avqust ayında 1 saylı Sağlamlıq İmkanı Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində kompüter kursuna qoşuldum. Beş aya bu kursu bitirdim. 2016-cı ilin yanvarından mart ayınadək "Bacarıqlı Əllər Dünyası” İctimai Birliyi nəzdində Türkiyə İşbirliyi Koordinasiya Agentliyinin mozaika kursunda oxudum. Burada həmin peşə üzrə kamilləşmək üçün əlavə üç ay da kurs keçdim. "Bacarıqlı Əllər Dünyası” İB-nin təşkil etdiyi kurslarda iştirak edərək, tələbəlikdən müəllimliyə kimi yol keçdim. 2017-ci ildə bu birliyin təşkilatçılığı və "Azərsun” Holdinqin dəstəyi ilə "Mənim dünyam” adlı şəxsi sərgim keçirildi. 2019-cu ildə yenə də "Bacarıqlı Əllər Dünyası” və "Bank Respublika”nın dəstəyi ilə "Mən də bacararam” adlı layihədə müəllim kimi iştirak etdim. Bundan sonra bir çox layihələrə təlimçi və sənətkar kimi qoşuldum. 2018-ci ildə keçirilən Ümumrespublika Əlillər sərgisində III yeri tutaraq diplomla təltif olundum. Ötən ilin sentyabrından

BP-nin əlillər üçün təşkil etdiyi "British Council” kurslarında iştirak edirəm. Bilmirəm sabah nələr olacaq, amma həyata pozitiv baxışlarım məni irəliyə aparır. Uğurlarımı gördükcə həyata daha da bağlanır və nəsə yaratmaq istəyirəm...”


Mustafa Abdullayev də "bacarıqlı əllər ailəsi”nin üzvlərindən biridir


1995-ci ilin may ayı doğulduğu ailəni sevindirsə də, bu sevincin ömrü uzun olmayıb. Bakı şəhərində anadan olduğu üçün Mustafa 268 nömrəli xüsusi orta məktəbə gedib. Həkimlərin diaqnozu belə olub: inkişafın ləngiməsi. O, Ramanada yerləşən 1 saylı Sağlamlıq İmkanı Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində rəssamlıq kurslarına gedib.

"Bacarıqlı Əllər Dünyası”nda da az şey öyrənməyib. Birliyin təşkil etdiyi "Şəhidlər ölmür "adlı layihədə daha da mükəmməl işlər öyrənməyə başlayıb və bir çox layihələrdə yaxından iştirak edib.

Mustafa problemli olsa da, çox zəhmətkeş gəncdir. Gözəl rəsm çəkmək qabiliyyəti ilə yanaşı, muncuqlarla da işləməyi bacarır. Bir çox sərgilərdə əl işləri nümayiş etdirilib. Şəkər xəstəliyindən illərdir ki, əziyyət çəkən anasının tək övladıdır. Ona görə də çəkdiyi rəsmlərini satmaqla anasının gözünü əməliyyat etdirib...

Fiziki məhdudiyyətli uşaqların arasında elə istedadlılar var ki, onlar artıq püxtələşmiş sənətkar kimi tanınırlar. "Azərbaycanı dünyaya tanıdaq” layihəsi ilə respublikanın müxtəlif bölgələrinə (İsmayıllı, Şəki, Şamaxı, Quba və s.) səfərlər edib, orada sərgilər keçiriblər. Belə layihələrin təşkili bacarıqlı əllər sahiblərinin üzə çıxarılmasında, xüsusən onların ictimaiyyətə, cəmiyyətə inteqrasiyasında mühüm vasitələrdən biri hesab edilir.


"Evdə qal, sənət öyrən”


Qısa zaman ərzində 40-dək belə uşağın toplanmasına və nümunəvi əl işləri yaratmalarına səbəb olan Zəhra Xələfova, Rahim Rzayev, Sevinc Məsimova, Adil Şıxəliyev yeniyetmələrin sevimli müəllimləridir.

"Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin sədri Azadə Məmmədova deyir ki,

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Real TV” ilə birlikdə koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə keçirdiyi "Evdə qal, cəmiyyəti qoru” adlı kampaniyasına qoşularaq "Evdə qal, sənət öyrən” devizi ilə evdə qalan insanlarla virtual təlimlərə başlamışıq: "Zoom” proqramı vasitəsilə maraqlanan şəxslərə əl işləri öyrədəcəyik. Məqsədimiz budur ki, insanlar asudə vaxtlarından səmərəli istifadə etsinlər. Bu çətin günlərdən, karantin dövründən sağ-salamat çıxacağıq. Axı biz birlikdə güclüyük. Müraciətimiz isə belədir: dəyərli dostlar, bizə qoşulun, həftədə 3 gün sizə əl işləri öyrədək. Təki siz evdə qalın. Biz sizi darıxmağa qoymarıq!”

M.NƏRİMANOĞLU,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM