28 Aprel 2020 19:51
1292
PARLAMENT
A- A+

Milli Məclisin komitə iclasında Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklərlə bağlı ictimai müzakirələr keçirilib


Aprelin 28-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli bugünkü iclasın Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunmuş Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklərlə bağlı ictimai müzakirələrə həsr olunduğunu bildirib.

Bildirilib ki, bu dəyişikliklər "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə əlaqədardır, ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə hazırlanıb. Dəyişikliklər birinci və ikinci oxunuşda Milli Məclisin iclasında ətraflı müzakirə olunub, deputatlar, xüsusilə də məruzəçi Kamal Cəfərov dəyişikliklərin mahiyyəti barədə fikirlərini bildiriblər. Ona görə də bu ictimai müzakirələr zamanı işçi qrupu ilə birlikdə əsasən üzərində israr olunan məqamlar barədə danışacağıq və bir sıra suallara aydınlıq gətiriləcək.

Əvvəlcə iclasda deputatlar Rəşad Mahmudov və Aydın Hüseynov təcili tibbi yardımda çalışan tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi və büdcə vəsaitlərinin qorunması ilə bağlı fikirlərini bildiriblər. Sonra Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Ceyhun Kazımov qanun layihəsinin ötən oxunuşları zamanı deputatların plenar iclasda səsləndirdikləri fikirlərə münasibət bildirib, bir sıra məsələlərə aydınlıq gətirib.

İclasda komitə üzvləri Qüdrət Həsənquliyev, Erkin Qədirli, Tahir Kərimli, Əminə Ağazadə, Bəhruz Məhərrəmov, Sabir Hacıyev, Nurlan Həsənov, hüquq mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri Cinayət və İnzibati Xətalar Məcəllələrinə təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bildiriblər, ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.

Bununla da Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihələri ilə bağlı ictimai müzakirələr başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video