Alternative content

11:10 03 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlham Əliyevin təşəbbüsü iləbu dəfə Qoşulmama Hərəkatının üzvləri toplanır
İlham Əliyevin təşəbbüsü iləbu dəfə Qoşulmama Hərəkatının üzvləri toplanır
ANA SƏHİFƏ / SİYASƏT
00:59 28.04.2020


Mayın 4-də Hərəkatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyikmövzusunda Zirvə görüşü keçiriləcək


Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş ilk beynəlxalq tədbir kimi tarixə düşdü. Mayın 4-də isə İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçiriləcək.


Dünyanın ikinci ən böyük təsisatına rəhbərliyi Azərbaycan edir


Məlum olduğu kimi, Qoşulmama Hərəkatı (QH) üzvlərinin sayına görə BMT Baş Assambleyasından sonra dünyada ikinci ən böyük siyasi təsisatdır. Bu fakt həm də onu təsdiq edir ki, Hərəkat müasir beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm platformadır. Dünyadakı mövcud dövlətlərin üçdəikisini əhatə edən bir təsisatın mühüm toplantılarında müzakirə edilən məsələlər şübhəsiz ki, BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına böyük təsir göstərir. Bu həm də onu göstərir ki, əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirməyib və bu qurum beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən biridir.

Respublikamız isə bu təşkilata ən son qoşulan üzvlərdəndir. Cəmi 9 il əvvəl Azərbaycan bu qlobal Hərəkatın üzvlüyünə qəbul olunub. Lakin bu qısa dövrdə ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməklə Hərəkat daxilində böyük nüfuz qazanıb. Bu baxımdan 120 üzv və 17 müşahidəçi dövləti, eyni zamanda 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən QH-nin XVIII Zirvə Görüşünün ötən il Bakıda keçirilməsi Azərbaycanın olduqca mühüm beynəlxalq siyasi uğuru kimi tarixə düşdü. Çünki bu Zirvə görüşü ölkəmizdə müstəqillik illərində keçirilən ən böyük siyasi tədbir olmaqla yanaşı, həm də Azərbaycanın milli maraqlarının qlobal miqyasda dəstəklənməsi ilə yadda qaldı.

Bu Zirvə görüşündən sonra 2022-ci ilədək QH-na rəhbərliyi Azərbaycan həyata keçirəcək. Hərəkatın sədri isə Prezident İlham Əliyevdir.


Azərbaycan Prezidentinin təşəbbüsü pandemiya ilə mübarizədə əməkdaşlığı dərinləşdirəcək


QH-nin fəaliyyətinin əsaslarını təşkil edən "Bandunq Prinsipləri” Azərbaycanın xarici siyasətinin ana xətti ilə uzlaşır. Bu mənada çoxtərəfli diplomatiyanın təşviq edilməsi, Qoşulmama Hərəkatına üzv dövlətlər arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin prioritetlərindən biri kimi müəyyən edilib. Eyni zamanda Azərbaycan Hərəkata sədrliyini bütün üzv ölkələr üçün kritik bir dövrdə qəbul edib və bu, müasir dünyanın çağırışlarına uyğun və effektiv reaksiyalar tələb edir.

Dünyanı çənginə alan COVID-19 pandemiyası QH-yə üzv olan ölkələrdə ciddi problemlər yaradıb. Ona görə Hərəkatın bu problemə həsr olunmuş videokonfransının keçirilməsi olduqca vacibdir. Koronavirus pandemiyası şəraitində isə beynəlxalq həmrəyliyin gücləndirilməsi, dövlətlərin və beynəlxalq təşkilatların səylərinin səfərbər edilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi bunu təsdiq etdi.

Mayın 4-də Hərəkatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi təşəbbüsü isə Azərbaycanın bu qurumun indiki şəraitdə daha effektiv fəaliyyətini təmin etmək, üzv dövlətlər arasındakı əməkdaşlığa töhfə vermək niyyətindən irəli gəlir. Bu, həm də yuxarıda qeyd olunduğu kimi, müasir dünyanın çağırışlarına Azərbaycanın reaksiyasının göstəricisidir. Bu reallığı düzgün dəyərləndirən Prezident İlham Əliyev həm də ölkəmizin koronavirusla mübarizədə qazandığı müsbət təcrübəni tərəfdaş dövlətlərlə bölüşməyin tərəfdarıdır.

Onu da qeyd edək ki, Qoşulmama Hərəkatının üzv dövlətləri tərəfindən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü yekdilliklə dəstəklənib. Eyni zamanda BMT, Afrika İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatların rəhbərliyi də bu Zirvə görüşündə iştirak edəcək. Üzv dövlətlərlə yanaşı mötəbər təşkilatların da iştirakı Azərbaycan Prezidentinin təşəbbüsünə verilən qlobal dəstəyin növbəti bariz təcəssümüdür.

Bu Zirvə görüşünü keçirməklə Azərbaycan öz rəhbərliyi dövründə Qoşulmama Hərəkatının səmərəli fəaliyyətinə layiqli töhfəsini vermiş olacaq. Nəticə etibarilə Prezident İlham Əliyevin təşəbbüsü üzv dövlətlərin pandemiya ilə mübarizə sahəsində əməkdaşlığını daha da dərinləşdirəcək.

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM