Alternative content

12:30 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
03:04 01.06.2020 “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 72-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 21 avqust tarixli 814 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 25 dekabr tarixli 902 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
03:01 01.06.2020 “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 71-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 25 dekabr tarixli 206 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sosial layihələrin icrası davam edir
Sosial layihələrin icrası davam edir
ANA SƏHİFƏ / SİYASƏT
00:50 28.04.2020


Koronavirus pandemiyası mahiyyətinə görə planetdə nəinki əsrimizin, hətta ötən yüzilliyin böhranlarını kölgədə qoyan müdhiş və müəmmalı böhrana çevrilir. Heç kim nə baş verdiyini anlamır, yaxın qonşularımızda və uzaq ölkələrdə iqtisadiyyat çökür. ABŞ-da işsizlərin sayı 15 milyonu keçir, digər ölkələrdə də bu rəqəmlər vahiməli həddə çatır. Bir sıra regionlarda kütlələrin narazılıqları artır, milyonlarla insan iş yerlərinin bərpa olunmasını, karantinin tələblərinin yumşaldılmasını tələb edirlər.

Dünyanın məşhur KİV-nin demokratik imici sabun köpüyü kimi partlayır və ruhdan düşən insanlar ümidlərini itirir, pandemiya psixozu bütün ümidləri məhv edir. Artıq dünya iqtisadiyyatına dəyən ziyanın bu il 6 trilyona yaxınlaşacağı, meqoiqtisadiyyatın dirçəlməsinin bir necə il uzanacağı ehtimal olunur. Dünyanın nəhəng avtomobil zavodlarının və sərnişin təyyarələrinin istehsalı dayandırılmışdır. Ən güclü dövlətlərin belə liderlərinin siyasi mövqeləri ləngərləyir, qaranlıq və müəmmalı görünən reallıqlar çıxış yollarını tapmağa imkan vermir.

Azərbaycan da dünyanın ayrılmaz bir hissəsi olduğu üçün baş verənlərdən təcrid deyil. Lakin dövlət başçısının praqmatik zəruri addımları vaxtında atmaq və təhlükələrin qarşısını qətiyyətlə almaq, hər bir kəsin dərdini anlamaq və dayaq durmaq bacarığı bizə ölkəmizdə dünyadan fərqli reallıqları müşahidə etməyə imkan verir.

Gözə görünən odur ki, Prezident İlham Əliyev hər zaman hadisələrin önündədir, onun idarə etdiyi Azərbaycan adlı gəminin sükanı etibarlı əllərdədir. İslahatlar pandemiyadan əvvəlki dövrdə olduğu kimi davam edir, vacib iqtisadi və sosialyönümlü layihələrin icrası təxirə salınmır. Dünyada mövcud olan siyasi və iqtisadi gərginliyə rəğmən ölkəmizdə, demək olar ki, heç bir sahədə fəaliyyət zənciri qırılmır. Karantin rejiminin yumşaldılması, bəzi təşkilat və müəssisələrin, ticarət şəbəkələrinin yenidən fəaliyyətə başlaması, karantin günlərində verilən icazələrin müddətinin iki saatdan üç saata kimi uzadılması insanlarda əminlik yaradır, onların dövlətə olan inamını artırır.

Bu baxımdan aprelin 24-də Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında dövlət başçısının iştirak etməsi mühüm əhəmiyyət kəsb edir. Prezident yenə də çətin günlərdə sadə insanlarla birlikdədir, onların qayğılarına şərik çıxır və planeti kabus kimi bürüyən pandemiyaya baxmayaraq, islahatları qətiyyətlə davam etdirir, sosial məsələlərin həllinin dövlət üçün bir nömrəli məsələ olduğunu növbəti dəfə təsdiqləyir.

60 kilometrlik yeni Ağdərə-Sumqayıt qaz xəttinin çəkilişinin vaxtından əvvəl başa çatması və şəhərin dairəvi qaz xəttinin təmin edilməsi mühüm hadisədir. Tədbirdə çıxış edən Prezident İlham Əliyev kəmərin çəkilişini əhalini təbii qazla təmin etmək işində önəmli addım kimi qiymətləndirmiş və Sumqayıt Texnologiyalar Parkında 10-dan çox zavodun fəaliyyət göstərdiyini, Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin tikintisinin davam etdirildiyini bildirmişdir: "Onların arasında əyirici boya fabrikinin tikintisini xüsusi qeyd etməliyəm. Çünki bu, bizim xalçaçılıq sənayemizin inkişafı üçün çox önəmli layihədir. Eyni zamanda şüşə zavodu da inşa edilir. Biz şüşələri xaricdən idxal edirik və bu zavod işə düşəndən sonra artıq idxaldan asılılığı aradan götürəcəyik”.

Dövlət başçısı Sumqayıtda Azərbaycan sənayesinin flaqmanları sayılan iki nəhəng polimer və karbamid zavodlarının inşası sayəsində qeyri-neft sektorunda böyük ixrac imkanlarının yarandığını vurğulamışdır: "Bildirməliyəm ki, indi dünyada böhranlı vəziyyətdir, demək olar, ölkələr arasındakı iqtisadi əlaqələr müəyyən dərəcədə zədələnib və iqtisadi fəallıq bütün dünyada aşağı düşüb. Buna baxmayaraq üç ayda Azərbaycanda qeyri-neft sənaye sahəsində artım 23 faizdir. Bunun böyük hissəsi yeni yaradılmış sənaye müəssisələrinin hesabınadır. Beləliklə, biz bu müəssisələri yaratmaqla həm daxili tələbatı ödəyirik, idxaldan asılılığı aradan götürürük, həm də vətəndaşları işlə təmin edirik. Artıq Sumqayıtda minlərlə yeni iş yeri yaradılıb. Son illər ərzində Sumqayıtda bütün sənaye və infrastruktur obyektlərinin açılışlarında mən şəxsən iştirak etmişəm. Son 16 il ərzində bəlkə də 30 dəfəyə yaxın Sumqayıtda olmuşam və şəhərin inkişafı ilə bağlı şəxsən maraqlanıram, bütün məsələləri nəzarətdə saxlayıram”.

Dünyada koronavirus pandemiyasının tüğyan etdiyi, yüz minlərlə müəssisənin çökdüyü bir vaxtda Sumqayıtın inamla Cənubi Qafqazın ikinci böyük və müasir sənaye şəhəri kimi inkişaf etməsi ölkədə islahatların ruhunun tərəqqiyə kökləndiyini göstərir. Vaxt var idi ki, hətta maşınla bu şəhərin kənarından keçib gedəndə belə tullantı qazların iyindən adam boğulurdu və nəfəs almaq mümkün deyildi. Sovet İttifaqında ekoloji baxımdan ən çirkli şəhərlərdən biri olan Sumqayıt indi ən təmiz şəhərlərdəndir. Çünki burada istifadəyə verilən bütün yeni müəssisələr ekoloji normalara tam cavab verir.

Prezident İlham Əliyev şəhərin necə müasirləşdiyini belə qiymətləndirmişdir: "Sumqayıt doğrudan da bu bölgənin, regionun çox müasir sənaye şəhərlərindən biridir. Eyni zamanda, əlbəttə, şəhərin infrastrukturu yenilənir, şəhər abadlaşır, insanlar üçün gözəl imkanlar yaradılır. Təkcə Sumqayıt bulvarını qeyd etmək kifayətdir, qısa müddət ərzində gözəl bir istirahət zonası yaradılmışdır. Bu gün Sumqayıt parklar, bağlar şəhəridir. Eyni zamanda burada məskunlaşmış köçkünlər üçün də yeni layihələr icra edilir. Hazırda burada - yaxınlıqda məcburi köçkünlər üçün yeni şəhərcik salınır və orada 3 mindən çox köçkün ailəsi yerləşdiriləcək. Beləliklə, Sumqayıt şəhərinin köçkün problemi böyük dərəcədə öz həllini tapacaq. Bu gün hələ də ağır vəziyyətdə yaşayan köçkünlər bilməlidirlər ki, növbə onlara da çatacaq. Biz hər bir köçkünü yerləşdirəcəyik, onlar üçün ən müasir şərait yaradılır”.

Bu mürəkkəb günlərdə dövlət başçısının atdığı addımlar milyonlarla insana nikbinlik bəxş edir, ümid verir. Reallıq odur ki, Azərbaycanda heç kimə gələcək müəmmalı görünmür və hamımız tədricən koronavirusun vahiməsindən uzaqlaşdığımızı hiss edirik. Azərbaycan Prezidenti hamını əmin edir ki, heç bir sosial layihənin icrası dayandırılmayacaq, heç bir sosial proqram ixtisar edilməyəcək: "Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün koronavirus dövründə bizim əsas amalımız Azərbaycan xalqını bu bəladan qorumaqdır”.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM