Alternative content

11:37 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
03:04 01.06.2020 “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 72-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 21 avqust tarixli 814 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 25 dekabr tarixli 902 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
03:01 01.06.2020 “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 71-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 25 dekabr tarixli 206 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı
Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı
ANA SƏHİFƏ / Mədəniyyət
00:21 28.04.2020


Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası bildirir ki, 2020-ci ilin dövlət mükafatlarına aşağıdakı işlər təqdim edilmişdir:

Elm sahəsi üzrə:

1. Əsgər Zeynalov - "Fransız ədəbiyyatına

aid silsilə əsərlər”

Azərbaycan Dillər Universiteti təqdim etmişdir.

2. Ramazanova, Vasif Əliyev, İbrahim Həbibov -

"Təbii və səmt qazların energetik halı”

(Almaniyada nəşr olunmuş kitab).

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu təqdim etmişdir.

3. Mehman Süleymanov - "Azərbaycan Ordusunun tarixi” (beşcildlik).

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyası təqdim etmişdir.

4. İradə Ələsgərova - "Azərbaycan kitabının bədii və texniki tərtibatı tarixi”.

Odlar Yurdu Universiteti təqdim etmişdir.

5. Fəxrəddin Qədirov, Dadaş Hüseynov, Pərviz Məmmədov, Arif İsmayılzadə, Tələt Kəngərli, Qurban Yetirmişli, Cəbrayıl Azadəliyev, Muxtar Rüstəmov, Rahid Rəhmanov, Solmaz Vəlizadə - "Azərbaycan ərazisinin geologiyası və faydalı qazıntıları” (silsilə əsərlər).

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu təqdim etmişdir.

6. Vasif Babazadə, Şəhla Abdullayeva - "Azərbaycanın mineral-xammal resurslarının kompleks tədqiqinə həsr olunmuş silsilə əsərlər”.

Bakı Dövlət Universiteti təqdim etmişdir.

7. Şahbaz Muradov - "Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri”.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu təqdim etmişdir.

8. Qüdrət Kəlbəliyev, Dilqəm Tağıyev, Sakit Rəsulov - "Dispers sistemlər sahəsində fundamental tədqiqatlar və ingilis dilində nəşr olunmuş "Dispers mühitlərdə daşınma fenomenləri” adlı monoqrafiya.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu təqdim etmişdir.

9. Nəsir Əhmədli - "Jurnalistin nitq mədəniyyətinin əsasları” (dərslik).

Azərbaycan Mətbuat Şurası təqdim etmişdir.

10. İdris Abbasov - "Mirzə Kazımbəyin "Türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiqat və şərhi”.

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu təqdim etmişdir.

11. Nazim Məmmədov, Məhəmməd Babanlı, İmaməddin Əmiraslanov, Nadir Abdullayev, Ziya Əliyev -

"Materiyanın yeni kvant halı - antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri”.

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu təqdim etmişdir.

12. Nağdəli Zamanov - "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” - dördcildlik.

Azərbaycan Tibb Universiteti təqdim etmişdir.

13. Hacı Qulamhüseyn Sultanlı - "Azərbaycan arıçılıq ensiklopediyası”.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu təqdim etmişdir.

14. Qəzənfər Kazımov - "Azərbaycan dilinin tarixi

(ən qədim dövrlərdən XIII əsrə qədər)”.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu təqdim etmişdir.

Texnika sahəsi üzrə:

1. Vaqif Abbasov, Elmar Abdullayev, Cəlal Məmmədov, Vüqar Fərəcov, Teyyub İsmayılov, Rəna Əsədova, Nəcla Nəbiyeva - "İki və üç qida elementli yeni gübrələr və bitkilərin boy stimullaşdırıcıları: araşdırmalar, sınaqlar, tətbiq”.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu təqdim etmişdir.

2. Ayaz Abdullayev, Əli Nəcəfov, Ramiz Qasımov, Bəyalı Əhmədov, Anar Hacıyev - "Ştanqlı quyu nasoslarının innovativ mexaniki intiqalı”.

Azərbaycan Texniki Universiteti təqdim etmişdir.

Memarlıq sahəsi üzrə:

1. Ömər Eldarov, Elbay Qasımzadə - "Maestro Niyazinin Bakı şəhərində ucaldılan abidəsi”.

Azərbaycan Respublikasının Memarlar İttifaqı təqdim etmişdir.

Mədəniyyət sahəsi üzrə:

1. Eldar İskəndərzadə, Vasif Məmmədzadə, Rafiq Quliyev - "Fədakar” ikihissəli bədii-sənədli film.

PSG Production MMC təqdim etmişdir.

2. Vasif Allahverdiyev - "Heydər Əliyev - ömür yolu” (simfonik poema).

Azərbaycan Milli Konservatoriyası təqdim etmişdir.

3. İlqar Fəhmi, Mehriban Ələkbərzadə - "Mənəm, mən...” tamaşası.

"YUĞ” Dövlət Teatrı təqdim etmişdir.

4. Firəngiz Əlizadə - "Nasimi-Passion” vokal-simfonik əsəri və Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində xidmətləri”.

Yaradıcı Qadınlar İctimai Birliyi təqdim etmişdir.

Ədəbiyyat sahəsi üzrə:

1. Yunus Oğuz (Əliyev)- "Ovçu”(roman).

Azərbaycanda Atatürk Mərkəzi təqdim etmişdir.

2. İsa Həbibbəyli - "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri”.

Azərbaycan Yazıçılar Birliyi təqdim etmişdir.

3. Teymur Əhmədov - "Nəriman Nərimanov (həyatı, mühiti, yaradıcılığı)”.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Gəncəvi adına Ədəbiyyat İnstitutu təqdim etmişdir.

Dövlət mükafatlarına irəli sürülmüş işlərlə ictimaiyyətin geniş tanış olması və müvafiq rəylərin bildirilməsi məqsədilə idarə və təşkilatlardan, ictimai və yaradıcı birliklərdən xahiş olunur ki, yuxarıda göstərilən işlərin müzakirəsini təşkil etsinlər.

Komissiyanın ünvanı:

AZ1066, Bakı şəhəri, Lermontov küçəsi, 68.

Azərbaycan Respublikasının Nazirlər Kabineti.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM