27 Aprel 2020 19:28
719
Təhsil
A- A+

Dövlət Komitəsi və KOICA məcburi köçkünlərə dəstək üçün birgə əməkdaşlıq haqqında razılıq əldə edib


Aprelin 27-də məcburi köçkünlər arasında COVID-19 virusunun yayılmasının mənfi sosial-iqtisadi təsirini azaltmaq üçün onların gigiyenik və tibbi ləvazimatlar və gündəlik tələbat malları ilə təchiz edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi arasında Memorandum imzalanıb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Anlaşma Memorandumuna əsasən, KOICA-nın maliyyə dəstəyi ilə Bakı şəhərində məskunlaşmış bir qisim məcburi köçkünlərə - yaşı 65-dən yuxarı olan ahıl, tənha şəxslər və şəhid ailələrinə müxtəlif ərzaq və tibbi məhsullardan ibarət 300 ədəd bağlama paylanılacaq.

Bildirilib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən hərtərəfli qayğı göstərilir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin sosial problemlərinin həllinə həssaslıqla yanaşır.

Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 1 milyondan çox vətəndaşımız öz vətənlərində qaçqın və məcburi köçkünə çevrilib. Belə bir vaxtda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin çağırışı ilə beynəlxalq humanitar təşkilatların Azərbaycana gəlməsi yaşana biləcək humanitar fəlakətin qarşısını aldı.

Bu istiqamətdə, qaçqın və məcburi köçkünlərə dəstək məqsədilə Koreya hökuməti tərəfindən bir sıra layihələr həyata keçirilib. Bu layihələr arasında KOICA ilə birgə həyata keçirilən "Kəhriz su təchizatı sisteminin yenidən qurulması ilə Azərbaycanda məcburi köçkün icmalarına inteqrasiya edilmiş kənd inkişafı”, "Beyləqan rayonundakı Xocavənd qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması” xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, məcburi köçkün icmaları ilə keçirilən görüşlər və tədbirlər də onlar üçün çox böyük mənəvi dəstəkdir.

Bildirilib ki, Koreya hökuməti tərəfindən Azərbaycanda məcburi köçkünlərə yardım məqsədilə həyata keçirilən layihələr bundan sonra da davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video