Alternative content

12:41 30 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yaqub Mahmudov: Tarix İnstitutu yeni kitablar hazırlayır
Yaqub Mahmudov: Tarix İnstitutu yeni kitablar hazırlayır
ANA SƏHİFƏ / Elm və texnika
16:48 27.04.2020

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun normal iş ahəngi pozulmayıb. İnstitutun əməkdaşları hazırda elmi tədqiqatları evdə davam etdirirlər. Tarixçi alimlər yeni kitablar üzərində işləyirlər. Bunu Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov AZƏRTAC-a açıqlamasında bildirib.

Yaqub Mahmudov deyib ki, institutun Elmi Şurasının onlayn iclası keçirilib. İclasda elmi müəssisənin fəaliyyəti müzakirə olunub və elmi işlər üzrə direktor müavinlərinə, elmi katibə, şöbə müdirlərinə tapşırıqlar verilib.

O qeyd edib ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin "AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncamına əsasən akademiyada tədris onlayn şəkildə təşkil olunub: "Hazırda Tarix İnstitutunda 5 magistrant distant təhsil alır. Tarixçi alimlər onlara "Mixi yazılar”, "Tarix elminin müasir problemləri”, "Azərbaycan Atropatena və Albaniya dövlətləri”, "Tarixin tədrisi metodologiyası və metodikası”, "Azərbaycan dövlətlərinin beynəlxalq əlaqələri (XV-XVII əsrlər)”, "Osmanlı xətləri”, "Əski əlifba”, "Abbasqulu Ağa Bakıxanov və Mirzə Kazımbəyin tarixi görüşləri”, "XIX əsrdə Azərbaycanda tarixi fikrin inkişafı”, "Azərbaycan tarixində neft amili (XIX-XXI əsrin əvvəlləri)” və "XX əsrdə erməni daşnaklarının Azərbaycanda türk-müsəlman əhaliyə qarşı soyqırımları” elmi problemlərini tədris edirlər”.

Akademik deyib ki, Tarix İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Lamiyə Qafarzadə Avropanın görkəmli alimləri Edmund Hertsiq, Peter Qud, Cerri Brotton, Kuroş Meşkat, Elio Brankaforte və başqaları ilə elektron poçt vasitəsilə əlaqə yaradıb və onlarla fikir mübadiləsi aparıb. İnstitutun aparıcı elmi işçisi, Polşadakı Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri Nərgiz Axundova isə Varşava Universitetinin tələbələrinə Azərbaycan tarixini onlayn rejimdə tədris edir.

"Tarix İnstitutunun əməkdaşları ilə elektron poçt və sosial şəbəkə vasitəsilə əlaqə saxlayır və görülən işlərlə maraqlanıram. Hazırda institut akademiyanın Rəyasət Heyətinin qərarına əsasən Azərbaycanın müstəqillik dövrü tarixini araşdırır. Tarixçi alimlər "Səfəvi dövlətinin idarəetməsində Azərbaycan-türk əyanlarının rolu”, "Azərbaycan tarixi Osmanlı sənədlərində”, "Daşnaksütyun” partiyası və türk-müsəlman xalqlarına qarşı soyqırımları (XIX əsrin sonu – XX əsrin əvvəlləri)”, "Sovet hakimiyyətinin ilk illərində böyük dövlətlərin Qafqaz siyasəti və Azərbaycan”, "Azərbaycan SSR Elmlər Akademiyasının formalaşması və yaranması (1920-1945-ci illər)”, "Ermənistanın Azərbaycana qarşı təcavüzü qlobal güc mərkəzlərinin siyasəti fonunda (1991-1994)” və başqa mövzular üzərində tədqiqat aparırlar. İnstitutun alimləri onlayn konfrans və seminarlarda da iştirak edirlər. Mən "Zəngəzur tarixi (I hissə)”, "Şəki tarixi” kitabları və Azərbaycan tarixinə dair illüstrasiyalı broşürlər üzərində işləyirəm. Broşürlər institutun "Tariximizə sahib çıxaq” layihəsi çərçivəsində hazırlanır. Müvafiq mütəxəssislər tərəfindən hazırlanacaq kitabçalarda Azərbaycan ərazisində mövcud olmuş dövlətlər, ölkəmizin tarixi şəxsiyyətləri və mədəniyyəti yer alacaq”, - deyə tarixçi alim bildirib.

Yaqub Mahmudov qeyd edib ki, Prezident İlham Əliyev Tarix İnstitutunun fəaliyyətinə yüksək qiymət verməklə yanaşı, həm də institut qarşısında uzun müddət üçün proqram xarakterli vəzifələr qoyub: "Hazırda institut Prezidentin tövsiyə, çağırış və tapşırıqlarını əsas tutaraq öz fəaliyyətini uğurla davam etdirir”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM