27 Aprel 2020 16:40
564
SİYASƏT
A- A+

BERNAMA agentliyi: Azərbaycan Prezidentinin təşəbbüsü Qoşulmama Hərəkatının üzv dövlətləri tərəfindən dəstəklənib


Malayziyanın BERNAMA rəsmi informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Təmas Qrupu formatında koronavirusa qarşı mübarizəyə həsr olunmuş Zirvə görüşünün keçirilməsi təşəbbüsü barədə geniş məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, agentlik Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadla Zirvə görüşünün cari il mayın 4-də "COVID-19-a qarşı birlikdəyik” devizi altında keçiriləcəyini bildirib. Qeyd olunub ki, koronavirus pandemiyası şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsi, o cümlədən dövlətlərin və beynəlxalq təşkilatların səylərinin səfərbər edilməsinin vacibliyi fonunda Azərbaycan Prezidentinin təşəbbüsü Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib.

Məqalədə COVID-19 pandemiyasına qarşı beynəlxalq mübarizəyə Azərbaycanın verdiyi müsbət töhfələrdən bəhs olunaraq, cari il aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının sədri olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş fövqəladə Zirvə görüşünün əhəmiyyəti vurğulanıb. Həmçinin pandemiyaya qarşı mübarizədə beynəlxalq səyləri dəstəkləmək məqsədilə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının cavab tədbirləri fonduna 5 milyon ABŞ dolları dəyərində könüllü maliyyə ianəsi barədə məlumat oxucuların diqqətinə çatdırılıb.

Məqalənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq olar: https://www.bernama.com/en.

Məlumat üçün bildirək ki, Malayziyanın ən nüfuzlu rəsmi mətbuat orqanı olan BERNAMA agentliyi 1967-ci ildə təsis edilib və 1968-ci ildən fasiləsiz fəaliyyət göstərir. Yalnız Malayziyada deyil, eyni zamanda, Cənub-Şərqi Asiya regionunda aparıcı xəbər istehsalçılarından olan BERNAMA-nın materiallarına çoxsaylı yerli, regional və beynəlxalq kütləvi informasiya vasitələrində tez-tez istinadlar edilir.

BERNAMA ilə AZƏRTAC arasında həm ikitərəfli formatda, həm də beynəlxalq xəbər alyansları çərçivəsində sıx əməkdaşlıq var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video