Alternative content

13:05 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
03:04 01.06.2020 “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 72-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 21 avqust tarixli 814 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 25 dekabr tarixli 902 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
03:01 01.06.2020 “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 71-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 25 dekabr tarixli 206 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Beynəlxalq Valyuta Fondu Azərbaycanı pandemiyadan ən az zərər çəkəcək ölkələr sırasında görür
Beynəlxalq Valyuta Fondu Azərbaycanı pandemiyadan ən az zərər çəkəcək ölkələr sırasında görür
ANA SƏHİFƏ / SİYASƏT
01:32 26.04.2020


Prezident İlham ƏLİYEV: "Bu vəziyyətdən şərəflə çıxmağımız bir daha göstərəcək ki, biz bütün addımlarımızı xalqımızın, dövlətimizin maraqlarına uyğun atırıq”


Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna əsasən, pandemiya nəticəsində qlobal iqtisadiyyat 2020-ci ildə 3, Orta Şərq və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin iqtisadiyyatı 3,9 faiz azalacağı halda, Azərbaycan iqtisadiyyatı cəmi 2,2 faiz kiçiləcək. Bu o deməkdir ki, Orta Şərq və Mərkəzi Asiyanın neft-qaz ixrac edən 11 ölkəsinin içərisində Azərbaycan iqtisadiyyatı pandemiyadan ən az zərər çəkənlərin ilk üçlüyündədir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan da OPEC+ çərçivəsində neft hasilatını azaldır və aşağı neft qiymətlərindən itirir, sadəcə, Prezident İlham Əliyevin rəhbərliyilə qeyri-neft sənayesinin sürətli artımı və hökumətin səmərəli antiböhran tədbirləri hesabına ölkəmizdə iqtisadi tənəzzülün qarşısı alınır. "Təkcə onu demək kifayətdir ki, postsovet məkanında pandemiyadan əvvəl və sonra BVF-nin verdiyi iqtisadi artım proqnozları arasındakı ən az fərq olan ölkələrdən biri Azərbaycandır, yəni pandemiya başqalarına nisbətən bizim iqtisadi artıma daha az təsir edib. Çünki ölkəmizdə pandemiya ilə mübarizə büdcəsi təxminən 3,5 milyard manat təşkil edir və vaxtında antiböhran tədbirləri müəyyənləşdirilib, eyni zamanda, manatın sabitliyi üçün 3 milyard manatdan artıq vəsaitlə valyuta bazarına müdaxilə edilib. Postsovet məkanında yeganə olaraq Azərbaycan hökuməti milli valyutanın sabitliyini təmin etməklə əsas riskləri öz üzərinə götürüb və makroiqtisadi sabitliyi qoruyub. Yeri gəlmişkən, pandemiyanın təsirilə neft ixrac edən və tam üzən rejimə malik bütün ölkələrin valyutası devalvasiyaya uğramışdır”, - deyən iqtisadçı onu da bildirib ki, pandemiyanın iqtisadiyyata təsiri ilə mübarizədə iki mərhələ olacaq. Hazırda böhranın dərinləşməsinin qarşısı alınır və sabitlik qorunur, ikinci mərhələdə iqtisadiyyatın bərpası başlayacaq.

Hazırda dünyadakı suveren fondlara təsirlərin üç istiqamətdə olduğunu deyən ekspertin fikrincə, aşağı neft qiymətləri suveren fondların gəlirlərini azaldır.

JPMorgan-ın hesablamalarına görə, qlobal pandemiyanın təsiri ilə dünyadakı suveren sərvət fondları təxminən 1 trilyon dollar dəyərində kapital itkisinə məruz qalıb. Körfəzdəki suveren fondların aktivlərinin bu ilin sonuna qədər 296 milyard dollar azalacağı proqnozlaşdırılır. Dünyanın ən iri suveren fondu - Norveçin Pensiya Fondu bu ilin ilk rübündə 113 milyard dollar, başqa sözlə, Azərbaycanın Dövlət Neft Fondunun həcmindən az qala üç dəfəyə qədər böyük dəyər itirmişdir. Qlobal şoklar nəticəsində bu ilin ilk rübündə Azərbaycanın Dövlət Neft Fondunun aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq isə 2,1 milyard manat olmuşdur. Dövlət Neft Fondunun investisiya portfelinin 80 faizindən çoxunu likvid və sabit gəlirli alətlər təşkil etdiyindən qlobal şokların fondun aktivlərinə təsirini minimuma endirmək mümkündür. Eyni zamanda fondun investisiya portfelinin 66 faizinin ABŞ dollarında olması və bu valyutanın real effektiv məzənnəsinin cari ilin əvvəlindən 8,5 faiz bahalaşması aktivlərin dəyəri üçün əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, Dövlət Neft Fondunun vəsaitlərinin 22,8 faizinin saxlandığı avronun da real effektiv məzənnəsi bu ilin əvvəlindən 3 faiz bahalaşıb.

"Dövlət Neft Fondunun istiqrazlar və pul bazarı alətlərinin 37,8 faizinin yerləşdirilmə müddətinin 1 ilə qədər olması imkan verir ki, likvidlik ehtiyacları qısa zamanda ödənilsin. İstənilən halda, Azərbaycanda xarici borclanmaya və devalvasiyaya getmədən böhranla daxili imkanlar hesabına mübarizə aparılması postpandemiya dövründə iqtisadi bərpa prosesinə müsbət təsir edəcək”, - deyə icraçı direktor bildirib.

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM