Alternative content

12:53 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
03:04 01.06.2020 “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 72-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 21 avqust tarixli 814 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 25 dekabr tarixli 902 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
03:01 01.06.2020 “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 71-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 25 dekabr tarixli 206 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xalqımızın liderinə inamı və sədaqəti tükənməzdir
Xalqımızın liderinə inamı və sədaqəti tükənməzdir
ANA SƏHİFƏ / SİYASƏT
01:28 26.04.2020


Bunu Azərbaycan Prezidentinə ünvanlanan təşəkkür məktublarından aydın görürük


Azərbaycan xalqı taleyüklü məsələlərin həllində daim dövlətin və hökumətin yanında olub. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində dövlət müstəqilliyini bərpa edərkən xalq üzləşdiyi siyasi, iqtisadi, humanitar böhranla əlaqədar Ulu Öndər Heydər Əliyevi köməyə çağırdı. Əlbəttə, xalq yaxşı bilirdi ki, məhz çətin günlərdə Ümummilli Liderin siyasi iradəsi, qətiyyəti istənilən problemi həll edə bilər. Ömrünü-gününü, eləcə də ictimai-siyasi fəaliyyətini xalqın rifahına həsr edən Ulu Öndər Heydər Əliyev həmin inamı, etibarı bütünlüklə fəaliyyəti boyu qazanmışdı.

Bu gün də xalqımızın və dövlətimizin müvəqqəti çətin günləridir. Baxmayaraq ki, hərtərəfli inkişaf etmiş Azərbaycan nəinki regionda, hətta Avropada da söz sahibidir, həmçinin bir sıra beynəlxalq enerji və nəqliyyat-kommunikasiya layihələrinin müəllifidir. Hazırda bütün dünya sanki COVID-19 koronavirus pandemiyasının qarşısının alınması kimi bir sınağa çəkilib. Gizli deyil ki, dövlətimizin bu pandemiyadan az itki ilə çıxması üçün hər cür mümkün vasitələrdən istifadə edilir.

Azərbaycan Prezidenti İlham Əliyev xalqının ona olan güvəni qarşısında mətinliklə, əzmkarlıqla dayanaraq, onu "göydən gələn bəla”dan - koronavirus (COVID-19) pandemiyasından xilas etmək üçün ön sırada mübarizə aparır, yollar arayır. Şükürlər olsun ki, vaxtında görülən qabaqlayıcı tədbirlər də artıq öz müsbət və ürəkaçan nəticələrini verməyə başlayıb: hər gün yoluxanların sayı azalmaqda, sağalanlarınkı isə artmaqda davam edir. Bu da imkan verəcək ki, ölkə iqtisadiyyatına mənfi təsir göstərən karantin rejiminin qaydaları və qadağaları yavaş-yavaş yumşalsın, nəhayət, may ayında xalq bu bəladan uzaqlaşsın və milli müstəqilliyinin bərpasının növbəti ildönümünə hazırlaşsın.


Xalq dövlətinə və onun başçısına güvənir


Dövlət başçısı İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciətlərinin cavabsız qalmamasının birmənalı şəkildə xalq-hakimiyyət birliyinin növbəti dəfə təcəssümü olduğunu dünya gördü, hətta təqdir edildi, təşəkkürlər eşidildi.

Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına respublikanın hər yerindən gələn təşəkkür dolu məktublar isə yalnız səmimiyyətin etirafı deyil, həm də dövlət başçısının hər sözünün xalq üçün daim qanun olmasından soraq verir. Həmin məktublardan sətirlər də bir daha təsdiqləyir ki, xalq dövlətinə və onun başçısına güvənir və inanır. Bu bəladan tezliklə çıxacaq, birlikdə həmrəylik nümayiş etdirərək iqtisadiyyatın bütün sahələrinə dəyən zərəri aradan qaldırılacaq.

Azərbaycan Prezidentinin ünvanına təşəkkür məktubu yazanların arasında Gəncədə məskunlaşmış kəlbəcərli gənclər də var. Kəlbəcər Rayon Gənclər və İdman İdarəsinin rəisi Musa Məmmədovun, eləcə də Raul Məmmədovun, Ələkbər Sadıqzadənin, Xəyal Məmmədzadənin, Tural Abdullazadənin, Qədir İsmayılovun, Yaşar İsgəndərovun, Vüsal Nadirovun və digərlərinin imzaladığı məktubda deyilir: "Hörmətli Prezident! Bəşəriyyətin koronavirusun törətdiyi problemlə üz-üzə dayandığı bir zamanda Siz əvəzolunmaz addımlar atdınız. Belə ki, Azərbaycanda vəziyyətin nəzarət altına alınması üçün vaxtında sosial izolyasiya tədbirləri ilə yanaşı Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birillik əmək haqqınızı həmin fonda ianə etməyiniz, pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün maliyyə vəsaitinin ayrılması və həssas təbəqənin də maddi təminatı ilə bağlı verdiyiniz qərarlar bir daha göstərdi ki, Prezident öz xalqının daim yanındadır.

Cənab Prezident! Koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində atdığınız qətiyyətli addımlara, göstərdiyiniz diqqət və qayğıya görə biz - kəlbəcərli gənclər Sizə minnətdarlığımızı və sonsuz sevgimizi bildiririk. Allah Sizi və ailənizi qorusun! Bu çətin günlərdə ölkəmizi düşdüyü ağır vəziyyətdən az itkilərlə çıxaracağınıza inanırıq”.


"Azərbaycanın bugünkü inkişafı bədxahlarımızı rahat buraxmır”


Xocalı əhalisinin bir hissəsi Göygöl rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik yeni qəsəbədə məskunlaşıb. Doğulduqları yurdları yerlə-yeksan olunduqdan sonra burada məskunlaşmış xocalılıların ömrünün ixtiyar çağlarını yaşayanlardan biri də Kosalar kəndində dünyaya göz açmış Kamran Məmmədovun ailəsidir. Xocalının işğalına kimi onun müdafiəsində dayananlardan biri kimi tanınan Kamran Məmmədov mərhum komandir Əlif Hacıyevin döyüş yoldaşlarından biridir. Dünyanı bürümüş koronavirus pandemiyasının Azərbaycanda qarşısının alınmasında dövlətin və hökumətin apardığı məqsədyönlü sosial siyasəti ürəkdən bəyəndiyini və hər kəsin tətbiq olunan karantin qayda-qanunlarına əməl etməyinin vacibliyini bildirən Kamran Məmmədov məktubunda yazır: "Cənab Prezident! Bu gün də Sizin xalqa, dövlətə hansı məhəbbətlə bağlı olduğunuzu görürük. Oğlum Aqil Məmmədov da həkimdir. Bu gün həkimlərimizin gecə-gündüzü yoxdur. Onlar xalqımızın sağlamlığı uğrunda özlərini hər an təhlükə ilə üz-üzə qoyurlar. Onların və eləcə də dövlət başçısının xalqımızı bu bəladan sağ-salamat qurtarması üçün fədakarlıqlarını görməmək nadanlıq olardı.

Hörmətli Prezident! Siz dövlət başçısı olandan həyatınız daim mübarizələrdə keçib. Ulu Öndər Heydər Əliyevin də həyatı sərt siyasi mübarizələrdə keçərək qranitləşmişdi. Azərbaycanımızın bu gün dünyada pandemiyaya qarşı mübarizədə ön sıralarda olması heç də təsadüfi deyil. Dünyada iqtisadiyyatına görə bizim dövlətdən də güclü, ölkələr var. Lakin onların istər qaçqınların yerləşdirilməsi, məskunlaşdırılması, istərsə də sosial həyat tərzinin bərpasında necə aciz qaldıqlarını gördük. Avropa qaçqınları qəbul edə bilmir, dəryalarda batırır, yaxud da onlar özləri səfalət içində aclıqdan məhv olurdular. Azərbaycan dövləti isə bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə biganə qalmayaraq, hər cür sosial infrastrukturla təmin olunan 100-dən artıq yeni yaşayış məntəqələri tikərək onları məskunlaşdırdı. Həmçinin həyat şəraitimizin tam təminatı üçün lazım olanı dövlət bu gün də edir.

Möhtərəm cənab Prezident! Sizin bu günlərdə televiziya çıxışlarınızın birində qeyd etdiyiniz kimi, Azərbaycanımızın bugünkü inkişafı bədxahlarımızı rahat buraxmır. Xaricdən ölkəmizə uzanan qara niyyətli əllər daxildə çaxnaşma salmağa çalışır, dövlət başçısının göstərdiyi inamlı mübarizəni görməməzliyə vurur, xalqımızı hakimiyyətə qarşı itaətsizliyə səsləyirlər. Bu, bir Azərbaycan vətəndaşı, xocalılı məcburi köçkün, nəhayət, ömrünün səksəninci fəslini yola salmış el ağsaqqalı olaraq məni hiddətləndirir! Bu gün bütün siyasi partiyalar ölkəmizdə bir araya gələrək dövlətin gördüyü tədbirləri alqışladığı halda nankorlar bundan da sui-istifadə etməyə çalışırlar”.


"Dünya xalqlarının həsədlə izlədiyi ölkəmizdəki müsbət nəticələr hər birimizi sevindirir”


Kamran Məmmədov məktubunda onu da qeyd edir ki, dünyada geniş yayılan koronavirus infeksiyası, təəssüf ki, Azərbaycanımızdan da yan keçmədi. Ən güclü ölkələr belə koronavirus pandemiyası ilə mübarizədə aciz qaldı: "...Şükürlər olsun ki, bir çox dövlətlərdən fərqli olaraq, Sizin siyasətiniz sayəsində Azərbaycan infeksiyanın yayılmasına qarşı tez reaksiya göstərdi: pandemiyanın təsirinin azaldılması istiqamətində mühüm addımlar atıldı, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, ölkə daxilində xüsusi karantin rejimi tətbiq edildi. Xalqın rifahı və sağlamlığı üçün atdığınız mühüm addımlar artıq müsbət nəticəsini verməkdədir. Bu qayğınız üçün Sizə təşəkkür edirəm!”

Abşeron rayonundan Səlimə Rüstəmovanın məktubundan bəzi sətirlər: "Hörmətli cənab Prezident! Bir azərbaycanlı olaraq Sizə təşəkkür edirəm. Hazırda 200-dən çox ölkədə yayılmış koronavirusun bir çox dövlətlərdə qarşısının alınması çətinləşib. Belə bir vəziyyətdə Sizin operativ qərarlarınız və dövlətimizin göstərişləriniz əsasında gördüyü işlər sayəsində bu "gözəgörünməz ölüm”ə qarşı güclü mübarizə aparılır. Azərbaycanda yaşayan insanlara və xaricdə təhsil alan vətəndaşlarımıza olan qayğı və diqqətiniz üçün minnətdarıq. Biz Sizə inanırıq. Bir zaman Ulu Öndər Heydər Əliyev xalqımızı xilas etdiyi kimi, Siz də bizi Allahın izni ilə bu bəlalardan qoruyursuz. Bir gənc vətənpərvər olaraq Sizinlə qürur duyuruq”.

Azərbaycan Prezidentinə ünvanlanmış məktublardan birinin müəllifi Bakı şəhər Yasamal rayonunda yaşayan Şahin Əliyevdir. Özünü gənc vətənpərvər kimi təqdim edən məktub müəllifi yazır: "Hörmətli cənab Prezident, koronavirus pandemiyasının dünyada geniş yayıldığı bir dövrdə Sizin rəhbərliyinizlə hazırlanan xüsusi qabaqlayıcı tədbirlər planı xalqımızın bu pandemiyadan mümkün qədər az can itkisi vermək və rifah halının qorunması məqsədini daşıyır. Bu, artıq öz bəhrəsini verməkdədir. Çünki dünya xalqlarının həsədlə izlədiyi ölkəmizdəki müsbət nəticələr hər birimizi sevindirir”.

Məktubda daha sonra deyilir: "Güclü rəhbəri olan xalq heç zaman məğlub olmaz” misrası məhz Azərbaycan xalqına aiddir. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması ondan da çətindir. Siz, cənab Prezidentimiz, bu çətin vəzifəni öz çiyinlərinizdə daşıyır, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını beynəlxalq tribunalardan tələb edirsiniz.

Əziz Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə müstəqil Azərbaycan Respublikasının vətəndaşı olaraq Sizə təşəkkür edirik, dövlətimizin bundan sonra da çiçəklənməsi və inkişafı uğrunda gələcək işlərinizdə nailiyyətlər arzulayırıq!”


"Bu, müdrik atanın öz övladları üçün etdiyi böyük fədakarlıqdır”


Bakı şəhərinin Yasamal rayonundan daha bir məktub var. Mahirə Ələkbərova da gəncdir. Məktubunda qeyd edir ki, şəxsən mən və ailəm adından, cənab Prezident, Sizin bütün fəaliyyətinizi alqışlayır və dəstəkləyirik. Sizin son vaxtlar gəncliyə göstərdiyiniz diqqət, onların potensialından istifadəni ön plana çıxarmağınız xalqımızın ürəyincədir: "Axı gənclik enerji, pozitivlik simvolu və nümunəsidir. Gələcəyin gənclərə əmanət olması heç də təsadüfi deyilməyib. Bu gün gənclər dövlət və hakimiyyət strukturlarında yetərincə təmsil olunur. Sizin xalqımız üçün etdiyiniz şücaətləri hər zaman dəstəkləyirik. Nəinki mən, bütün Azərbaycan xalqı, o cümlədən də gənclik Sizin icra etdiyiniz və edəcəyiniz işlərin dəyərini çox gözəl anlayır və Sizə güvənir.

Hazırda Yer kürəsini öz çənginə alan COVID-19 virusu ilə bağlı ölkəmizdə hərtərəfli mübarizə təbliğatı aparılır. Bu, hörmətli Prezident, Sizin uzaqgörən siyasətinizdir. Əlbəttə, aparılan qabaqlayıcı tədbirlər və xalqın Sizə inamı sayəsində, "Biz birlikdə güclüyük” nidası altında bu pandemiyaya qalib gələcəyik.

Bir gənc olaraq iftixar və qürur hissi ilə demək istəyirəm ki, cənab Prezident, müasir Azərbaycan gəncliyinin formalaşması üçün həyata keçirdiyiniz ardıcıl və sistemli tədbirlər nəticəsində onlar hər bir sahədə inamla irəliləyir və mühüm addımlar atırlar. Möhtərəm Prezident, uca Yaradan Sizi, ailənizi və xalqımızı qorusun!”

"Mən Mərdanova Aytac Asəf qızı oxuduğum Odlar Yurdu Universitetinin gəncləri, özümün, dostlarımın, həmçinin də ailəmizin adından, hörmətli Prezident, Sizə təşəkkürümü bildirirəm”.

Bu cümlələrlə başlayan məktubda daha sonra göstərilir ki, Azərbaycanın inkişafı, xalqımızın həyat səviyyəsinin daha da yaxşılaşması üçün dövlət başçısının apardığı uzaqgörən və strateji əhəmiyyət daşıyan çevik, praqmatik siyasət gəncləri də çox sevindirir: "Sizin biz gənclərə göstərdiyiniz yüksək atalıq qayğısı hər birimizdən daha böyük məsuliyyət tələb edir. Biz gənclər həmişə çalışırıq ki, Sizdən öyrənək, Sizin ətrafınızda daha sıx birləşək, bir sözlə, Sizə və Azərbaycanımıza layiq olaq! Cənab Prezident, həmişə Sizinləyik! Biz Sizin zirvələrə ucaltdığınız Azərbaycan gəncləriyik!

Bu gün dünyanı saran koronavirus təhlükəsinin ölkəmizdə yaradacağı ağır vəziyyətin qarşısını almaq üçün necə böyük işlər gördüyünüzü unutmaq mümkün deyil. Bu, müdrik atanın öz övladları üçün etdiyi böyük fədakarlıqdır. Bu xalqa olan böyük rəhbər sevgisidir. Allah Azərbaycan xalqını bu sevgidən məhrum etməsin! Allah Sizi, gözəl ailənizi qorusun! Biz gənclər Sizinləyik!”

İsmayıllı rayonundan Amin Məmmədov məktubunda yazır: "Hörmətli cənab Prezident! Mən bir gənc olaraq çox şadam ki, respublikamıza Sizin kimi alicənab, müdrik, uzaqgörən siyasi xadim rəhbərlik edir. Sizin rəhbərliyinizlə son zamanlar ölkəmizdə gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində iri addımlar atılır, vətənpərvər, dövlətçiliyə bağlı, yüksək intellektli və geniş dünyagörüşünə malik gənc nəsil formalaşır. Biz Sizə güvənir, Sizin gördüyünüz işlərin dəyərini çox yaxşı bilir və ürəkdən bəyənirik.

Son vaxtlar dünyada geniş yayılmış COVID-19 pandemiyası əfsus ki, Azərbaycanda da yayılmağa başlayıb. Ölkəmizdə Sizin diqqətiniz və rəhbərliyiniz altında bu pandemiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan sistemli addımlar göz önündədir. Biz xalq olaraq bu çətinliyin öhdəsindən birgə gələcəyimizə inanırıq. Vətəndaşların sağlamlığını düşünərək qabaqlayıcı tədbirlərin görülməsi, vəziyyətə uyğun lazımi addımların atılması, insanların sosial müdafiəsinin bütövlükdə təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə İsmayıllı gəncləri adından Sizə təşəkkür edir, bu məsuliyyətli və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq. Allah Sizin və ailənizin timsalında bütün Azərbaycan xalqını qorusun, amin!”

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanovdan gələn məktubda deyilir: "Əziz Prezidentimiz, xalqımızın dünyanı bürüyən koronavirus bəlasından xilas olması üçün göstərdiyiniz səylər, verdiyiniz tapşırıqlar, vətəndaşlara infeksiyadanqorunmaqla bağlı etdiyiniz müraciətlər bizi çox sevindirir. Koronavirusdan əziyyət çəkən ölkələrin əksəriyyətindən fərqli olaraq, Azərbaycanda iqtisadi böhranın yaşanmaması, hətta yeni sosial layihələrin icrası bir daha respublikamızın iqtisadi və maliyyə dayanıqlığının sübutudur”.

Məktubda daha sonra Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı kollektivinin koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə xalqın qayğısına bu qədər qalaraq işdən azad olunmaması, ixtisara salınmaması, əməkhaqlarının saxlanılması, işsiz kimi qeydiyyata alınmış şəxslərə 190 manat məbləğində vəsaitin ayrılması, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, kommunal ödənişlərdə güzəştlərin nəzərdə tutulması, digər sosial müdafiə üzrə ciddi addımların atılması barədə Prezident İlham Əliyevin qətiyyətli tapşırıqlarının dəstəkləndiyi bildirilir, dövlət başçısının ətrafında daha sıx birləşərək bu bəladan xilas olunacağı qeyd edilir. Əminliklə o da vurğulanır ki, müdrik və uzaqgörən siyasət, xalq-iqtidar birliyi sayəsində bu tarixi sınaqdan da uğurla çıxaraq dövlətimizin qüdrətini dünyaya bir daha sübut edəcəyik.

Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün dövlət başçısının tapşırıqlarına əsasən çalışdığı müəssisəyə olunan maddi yardıma görə dərin minnətdarlığını bildirən "AzərGeoMaş” Elmi İstehsalat Müəssisəsinin kollektivi adından Əli Əliyev yazır: "20 ildən çox fəaliyyətimiz dövründə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, daha sonra möhtərəm Prezident, Sizin sahibkarlara göstərdiyiniz qayğı və diqqəti hər zaman hiss etmişik. İqtisadiyyatımızın belə çətin günlərində bizi unutmadığınıza görə Sizə minnətdarıq”.


"Şükürlər olsun: yoluxanlar az, sağalanlar isə gündən-günə artmaqdadır”


Azərbaycan Prezidentinin ünvanına təşəkkür məktubu yazan Samir İsmayılov Bakı şəhər Sabunçu rayonunun Maştağa qəsəbəsinin sakinidir. O, səmimi salamlarını çatdırmaqla yanaşı, qeyd edir ki, koronavirus pandemiyası 200-dən artıq ölkəni öz çənginə almış və bu bəla bizim ölkədən də yan keçməmişdir: "Ancaq çox sevindirici haldır ki, koronavirus pandemiyası respublikada ciddi yoluxmaya və çoxsaylı insan tələfatına səbəb olmamışdır. Bu da məhz ölkəmizdə qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı aidiyyəti orqanlara verilən tapşırıqlar və bununla bağlı xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədardır. Hörmətli Prezident! Ölkəmizdə koronavirusun geniş yayılma sürətinin qarşısının alınması bizi çox sevindirir. Siz daim Azərbaycan xalqının yanında olmusunuz. Bu çətin günlərdə də xalqımız bir daha bunun şahidi oldu. Mən də öz növbəmdə Sizə dərin minnətdarlığımı bildirirəm və birliyimizin daha da möhkəm olmasını diləyirəm”.

Balacayev İsmayıl Mustafa oğlu, İsmayılova Aişənur Rafiq qızı, Cəmilova Sevda Əşrəf qızı, Əsədullayev Zaur Ələddin oğlunun imzaladığı məktub Şəki şəhərindən gəlib. Məktubda qeyd edilir: "Möhtərəm Prezident, xalqımıza, millətimizə daim göstərdiyiniz isti münasibət və qayğıya görə Sizə minnətdarlıq etməyi özümüzə borc bilirik…Görünməyən təhlükəli düşmənlə mübarizədə atdığınız addımlar xalqımızı çox məmnun edir. Böyük ölkələrin bacara bilmədiyi işlərin öhdəsindən Azərbaycan Sizin sayənizdə məharətlə gəldi. Bu çətin günlərdə atılan qətiyyətli addımlar nəticəsində, çox şükürlər olsun ki, itkilərimiz minimum səviyyədədir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən tədbirlər də xüsusi alqışlara layiqdir. Həssas qrupa aid olan xəstələr üçün qanvermə aksiyasını çox müsbət qarşılayırıq.

Cənab Prezident, bu ağır günlərdə işləməyən insanlara birdəfəlik müavinətlərin verilməsi təqdirəlayiqdir. Onların sayının 600 min nəfərə çatdırılması isə Sizin humanist addımlarınızdan biridir. Allah Sizdən razı olsun. Bir vətəndaş olaraq daim Sizi dəstəkləyirik. Allah Sizi və gözəl ailənizi qorusun”.

"Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunmuş, hazırda həyatımıza təsir edən koronavirus bu gün bütün ölkələri bürüyüb”.

Bu fikirlər Azərbaycan Prezidentinə ünvanlanan çoxminli oxucu-vətəndaş məktublarından götürülən həyəcan dolu sətirlərdəndir. Həyat şəraitinə və inkişaf səviyyəsinə görə qabaqcıl hesab edilən ölkələrdə virusa yoluxanların və xəstəlikdən həyatını itirənlərin sayının artması hər gün müşahidə olunduğu halda bizdə isə tamamilə əksinədir: yoluxanlar az, sağalanlar, həyata qaytarılanlarımız isə gündən-günə artmaqdadır.

Azərbaycanın isə iqtisadi, siyasi, mədəni və beynəlxalq sahələrdə yürütdüyü düzgün və məqsədyönlü siyasət, Ümummilli Lider Heydər Əliyev ideyalarından bəhrələnən idarəçilik təcrübəsi, xalqımızın hər bir təbəqəsinə göstərilən sistemli və ardıcıl diqqət və qayğı nəticəsində biz bu bəladan, inşallah, az itkilərlə çıxmağı bacaracağıq. Bu, əlbəttə, təqdirəlayiqdir, dövlət başçısının xalqa olan məhəbbəti və sevgisinin parlaq təzahürüdür.


Prezident-xalq birliyinin təcəssümü


Bakı şəhərindən dövlət başçısına ürək sözlərini yazan Hüseyn Əlixanovun məktubunda hər cümlə səmimiyyətdən soraq verir. Bu da xalq-iqtidar vəhdətinin nümunəsidir. Məktub müəllifi yazır: "Dünyanın bir parçası olaraq, ölkəmizin bu bəlanı yaşadığı ilkin dövrdə gördüyünüz təxirəsalınmaz təsirli tədbirlər, cənab Prezident, öz nəticəsini verməkdədir. Heç də təsadüfi deyil ki, insanların həyat və rifahının Sizin üçün ən önəmli olduğu barədə çıxışlarınızda dəfələrlə etdiyiniz qeydlər reallıqla üst-üstə düşür. Vaxtında verdiyiniz göstərişlər və qəbul etdiyiniz qərarlar sayəsində xalqımız bəzi Avropa ölkələrinin qarşılaşdığı faciəvi halla üzləşmədi.

Qonşu ölkələrlə sərhədlərdə gediş-gəlişin maksimum dərəcədə məhdudlaşdırılması, xarici ölkələrdən vətənə qayıtmaq istəyən vətəndaşlarımızın xüsusi reyslərlə sistemli və ardıcıllıqla daşınmasının təmin olunması, minlərlə şəxsin karantində saxlanmaqla testdən keçirilməsi, Azərbaycanın bütün şəhər və rayonlarında xüsusi karantin rejiminin tətbiqi, hər kəs tərəfindən bu qaydalara riayət olunmasına ciddi nəzarətin təşkili, yoluxmaya meyilli risk qrupuna aid insanlara, o cümlədən tək yaşayan yaşlılara fərdi qaydada zəruri xidmətlər və yardımların göstərilməsi, küçələrin, eləcə də fəaliyyəti zəruri hesab edilən idarə, müəssisə və təşkilatların yerləşdiyi binaların dezinfeksiya olunması və çoxsaylı digər tədbirlər virusdan yoluxma hallarının artmasının qarşısını aldı”.

Məktubun diqqətçəkən məqamı: "Virusun ən çox yayıldığı ölkələrin bayraqlarının həmrəylik simvolu olaraq Heydər Əliyev Mərkəzinin binasının üzərində möhtəşəm formatda nümayiş olunması Sizlərin simasında Azərbaycan xalqının bütün dünya ilə həmrəyliyinin təcəssümüdür. Xalqımızın Sizin "Biz birlikdə güclüyük!” çağırışınıza qoşulması alqışa layiqdir.

Möhtərəm cənab Prezident, Sizin dərin məzmunlu çıxışlarınız və tövsiyələriniz xalqımızın əhvali-ruhiyyəsini yüksəklərə qaldırır, koronavirus deyilən bu bəlaya qısa müddətdə qalib gələcəyimizə zəmin yaradır. Ailəmiz adından Sizə dərin minnətdarlığımızı ifadə etməklə, xalqımızın rifahı və xoşbəxt gələcəyi naminə möhkəm cansağlığı, daha böyük uğurlar arzu edirik. Biz Sizinlə "birlikdə güclüyük!”

Bəli, məktublardan da görünür ki, bu çətin günlərdə hər birimizin sağlamlığının qorunması üçün bütün zəruri tədbirləri reallaşdıran dövlət başçısının, öz həyatlarını risk altında qoyaraq koronavirusa yoluxmuş xəstələrin müalicəsinə çalışan fədakar həkimlərimizin, eləcə də hələ özlərinə və özgələrinə laqeyd qalaraq küçələrdə maskasız və əlcəksiz gəzən və haqlı olaraq cərimələnən yaşlı, qoca və cavanlara vəziyyətin ciddiliyini aşılayarkən belə təhqir və təhdidlərə məruz qalan polislərimizin fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir!

Karantindəki şəxslərin saxlanma şəraitinin yüksək səviyyədə olması bir qədər də optimistliyə stimul verir. Xaricdə olan tələbələrimizin, müəyyən səbəblərdən orada qalmış vətəndaşlarımızın ölkəyə gətirilməsi, onlara diqqət və qayğı birbaşa Azərbaycan dövlətinin başçısı İlham Əliyevin adı ilə bağlıdır.

Nəhayət, Prezident-xalq birliyinin təcəssümü bu gün özünü daha qabarıq şəkildə koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınmasında həyata keçirilən tədbirlərin dəstəklənməsi ilə bağlı vətəndaşların dövlət başçısına ünvanladığı ürək sözlərindən ibarət məktublarda da öz əksini tapır.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM