25 Aprel 2020 19:18
1154
Mədəniyyət
A- A+

Feyzavər Turan Alpsar - Azərbaycan sevgisi ilə bir əsr döyünən ürək


Doğma vətənə sonsuz sevgi ilə bağlı olan Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin Türkiyədə yaşayan qızı, tanınmış rəssam Feyzavər Turan Alpsar yüz yaşında dünyasını dəyişdi. Feyzavər xanımım əziz xatirəsi Azərbaycanda hər zaman hörmət və ehtiramla anılacaq. Çünki o, bir sənət adamı olaraq yüz illik ömür yolunda qardaş Türkiyədə, dünyanın çox yerində sevilsə də, heç vaxt ata yurdunu unutmadı.

Prezident İlham Əliyev Feyzavər Turan Alpsarın vəfat etməsi xəbərini dərin kədər hissi ilə qarşıladığını bildirərək, Əli bəy Hüseyzadə kimi böyük mütəfəkkirin ədəbi-elmi irsinin qorunub saxlanmasında onun mühüm rolunu xüsusi vurğulayıb.

AZƏRTAC ürəyi bir əsr boyunca Azərbaycan sevgisi ilə döyünən Feyzavər xanımın həyat yoluna qısaca nəzər salır.

Feyzavər Turan Alpsar 1919-cu dekabrın 31-də İstanbul şəhərində anadan olub. Əli bəy Hüseynzadə professional rəssam olduğundan qızı da kiçik yaşlarından bu sənətə maraq göstərib. İstanbulda Memar Sinan adına Gözəl Sənətlər Universitetini bitirən Feyzavər xanımın Türkiyədə dəfələrlə sərgiləri keçirilib. 2015-ci ilin aprelində İstanbul Aydın Universitetində, həmin ilin dekabrında İstanbulun Əl Sənətləri Qalereyasında təşkil olunan rəsm sərgiləri böyük maraqla qarşılanıb.

2017-ci ildə onun təşəbbüsü ilə Əli bəy Hüseynzadənin irsinə aid 161 ədəd eksponat ölkəmizə hədiyyə olunub. Onların arasında atasının rəsm əsərləri, fotoşəkli, şəxsi əşyaları, orden, medal və nişanları, eləcə də ipək üzərində çap olunmuş "Həyat” qəzeti var. 2017-ci il iyunun 9-da Mədəniyyət Nazirliyi və Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə Muzey Mərkəzində həmin eksponatların sərgi-təqdimatı keçirilib. Hazırda həmin əsərlər İstiqlal Muzeyində qorunub saxlanılır.

Feyzavər xanımın Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Dostluq” ordeni və "Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video