Alternative content

06:05 04 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
02:17 04.06.2020 BİLDİRİŞ
02:17 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:12 04.06.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV MDB və Avrasiya onkoloq və radioloqlarının XI qurultayı videobağlantı formatında keçirilib
MDB və Avrasiya onkoloq və radioloqlarının XI qurultayı videobağlantı formatında keçirilib
ANA SƏHİFƏ / Səhiyyə
01:39 25.04.2020


Aprelin 23-də MDB və Avrasiya Ölkələri Onkologiya, Rentgenoradiologiya Mərkəzləri və İnstitutları Direktorları Assosiasiyasının təşkilatçılığı ilə onkoloqlar və radioloqların videobağlantı formatında XI qurultayı öz işinə başlayıb.

Açılış mərasimində Rusiya Federasiyasının Səhiyyə naziri Mixail Muraşko Rusiya Prezidenti Vladimir Putinin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

AZƏRTAC xəbər verir ki, ilk dəfə olaraq onlayn rejimdə keçirilən qurultay bu sahələrin alim və mütəxəssislərinin təcrübə mübadiləsi üçün əsl müzakirə meydanı olmuşdur. Qurultayın gedişini 10 ölkədən 7000-dən artıq iştirakçı izləyib.

Qurultayın plenar iclasında nümayəndələr təmsil etdikləri ölkələrdə onkologiya və rentgenoradiologiya sahəsində görülən işlərdən, qabaqcıl təcrübədən, qarşıya çıxan problemlərdən ətraflı şəkildə bəhs ediblər. Qurultayın ilk iş günündə müxtəlif ölkələrin mütəxəssislərinin təqdim etdikləri məruzələr dinlənilib. Bu məruzələr arasında Azərbaycanda onkoloji xidmətin təşkili və uğurlarından bəhs edən hesabat böyük maraqla qarşılanıb.

Azərbaycan onkoloqlarının qurultay iştirakçılarına süd vəzi xəstəlikləri, urologiya, proktologiya, baş-boyun və digər onkoloji cərrahiyyə sahələri üzrə 10-a yaxın məruzəsi, 30-dan artıq tezisi təqdim olunacaq. Qurultaya böyük mütəxəssis qrupu ilə qatılan Milli Onkologiya Mərkəzi dünyada gedən onkoloji araşdırmaların aktual problemləri, koronavirus pandemiyası dövründə onkoloji xəstələrin müalicə və müayinəsi ilə bağlı tövsiyə və mülahizələrini plenar iclaslarda müzakirələrə çıxarmağı planlaşdırır.

Qurultayda dünya şöhrətli cərrah-onkoloq, uzun illər Rusiya Elmi Onkoloji Mərkəzinə rəhbərlik etmiş akademik Nikolay Trapeznikov adına yeni medalın təsis edilməsi haqqında məlumat verilib. Qeyd edilib ki, Assosiasiyanın Rəyasət Heyətinin qərarı ilə bu medalla dünyada onkoloji xəstəliklərin profilaktikası, müalicəsi və elmi araşdırmaları sahəsində yüksək nailiyyətlər qazanmış alim və mütəxəssislər təltif ediləcəklər.

Rusiya Federasiyasının Səhiyyə naziri Mixail Muraşko qurultay iştirakçılarına bildirib ki, akademik Nikolay Trapeznikov adına yeni medalın yekdilliklə Azərbaycan Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyevə verilməsi qərara alınıb. Qurultay iştirakçıları bu qərarı alqışlarla qarşılayıblar.

Akademik C.Əliyev onun fəaliyyətinə verilən yüksək qiymət üçün M.Muraşkoya, assosiasiyanın rəhbərliyinə, həmçinin bütün qurultay iştirakçılarına öz dərin minnətdarlığını bildirib.

Qurultay aprelin 25-nə qədər davam edəcəkdir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM