Alternative content

00:17 14 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ombudsman parlamentdə məruzə etdi
Ombudsman parlamentdə məruzə etdi
ANA SƏHİFƏ / PARLAMENT
20:37 24.04.2020


Milli Məclis adından Türkiyə Böyük Millət Məclisinə yaranmasının 100 illiyi ilə bağlı təbrik məktubu ünvanlanıb


Aprelin 24-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Əvvəlcə deputatlar cari məsələlərlə bağlı fikirlərini bildirdilər.


Heydər Əliyev azərbaycanlıları sovet illərində soyqırımından xilas etmişdi


İlk söz alan deputat Məlahət İbrahimqızı respublikamızda könüllülər həftəsinin və şəhidlər həftəsinin keçirilməsi təklifi ilə çıxış etdi. O cümlədən qanunvericilikdə xeyriyyəçilik fəaliyyətinin təşviq olunması ilə bağlı dəyişiklik edilməsini məqsədəuyğun saydı.

Deputat Tahir Kərimli 24 aprel qondarma erməni soyqırımı ilə bağlı fikirlərini bildirdi. Sovet hakimiyyəti illərində Ulu Öndər Heydər Əliyevin soydaşlarımızı soyqırımı təhlükəsindən xilas etdiyini qeyd etdi. Tahir Kərimli bir qrup qadının Bakıda keçirmək istədiyi icazəsiz aksiyaya "Amnesty İnternational” təşkilatının münasibətini də kəskin tənqid etdi.

"Pandemiyaya qarşı mübarizədə xalqımızın vahidliyini və birliyini xüsusi olaraq qeyd etdiyimiz bir zamanda biz eləcə də ideologiyasından və hakimiyyətə münasibətindən asılı olmayaraq, son 20 ildə ilk dəfə olaraq iqtidar, müxalifət və müxtəlif partiyalar arasında formalaşan anlaşma, dialoq və gələcəyə birgə baxış ətrafında böyük dəyişiklikləri görürük”. Bu barədə danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc daha sonra dedi ki, mövcud dəyişiklikləri cəmiyyətimiz üçün də xatırlatmaq çox vacibdir: "Bu, ilk növbədə, Prezident tərəfindən Administrasiyada partiyalarla iş üzrə xüsusi şöbənin yaradılmasında özünü göstərdi. Daha sonra biz iqtidara münasibəti nəzərə alınmadan bütün partiyalarla başlanan dialoqun şahidi olduq. Siyasi radikalizm və qarşılıqlı inkarçılığın aradan götürülməsində bunun böyük faydası vardır”.

Bu cərgədən kənarda dayanan kiçik bir qrupun proseslərə kölgə salmağa çalışdığını deyən Zahid Oruc dövlətin partiyaların inkişafını istədiyini diqqətə çatdıraraq, bütün partiyaları bu prosesi müsbət qiymətləndirməyə çağırdı.


Ermənistanın xarici işlər nazirinin son bəyanatı ilk təxribat deyil


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Ermənistanın xarici işlər nazirinin bəyanatı ilə bağlı fikirlərini bildirdi. "Qarabağ Azərbaycandır və nida işarəsi. Bu, sadəcə sözlər deyil. Bu, bir fəlsəfədir, azərbaycançılıq mövqeyidir”, - deyən Səməd Seyidovun sözlərinə görə, Ermənistanın xarici işlər nazirinin son bəyanatı ilk təxribat deyil.

Ermənistan həmişə əlindən gələni edib ki, status-kvo qalsın. Səməd Seyidov qeyd etdi ki, ermənilər prezidentlərini devirib, parlamentlərini güllələyib və insanlığa qarşı bütün cinayətləri ediblər ki, təki işğal olunmuş torpaqları saxlasınlar, yəni status-kvo dəyişməsin. "Bu da baş tutmayanda danışıqlardan qaçıblar. Parisdə Köçəryan danışıqlarda 5 dəqiqə fasilə istəyərək təyyarəyə minib qaçmışdı. Təəssüf ki, bu gün Paşinyan həmin cinayətkar siyasəti başqa yolla davam etdirir”.

Komitə sədri onu da bildirdi ki, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qanunsuz seçkilər dünyada tanınmayıb: "Azərbaycanın mərhələli həll yolu prinsipi qəbul ediləndən sonra Ermənistan danışıqları pozmağa çalışdı. Biz ATƏT-in Minsk qrupunu bununla bağlı münasibətini bildirməyə çağırırıq. Azərbaycan güclü dövlətdir. Prezident öz mövqeyini bəyan edib ki, Qarabağ Azərbaycandır, yəni Azərbaycanın ərazi bütövlüyü müzakirə oluna bilməz”.

Səməd Seyidov Xarici İşlər Nazirliyinin nümayəndələrinin dəvət edilməsini və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövzuda parlamentin komitələrində iclasların keçirilməsini də təklif etdi.

Milli Məclisin Sədri Sahibə Qafarova təklifin nəzərə alınacağını bildirdi.

İclasda parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan Sahib Alıyev, Rauf Əliyev, Jalə Əliyeva, Aydın Mirzəzadə, Razi Nurullayev, Bəhruz Məhərrəmov və Vahid Əhmədov müxtəlif məsələlərlə bağlı fikirlərini bildirdilər.


Ötən il insan hüquqlarının müdafiəsi baxımından da uğurlu olub


Daha sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsi dinlənildi.

Səbinə Əliyeva qeyd etdi ki, 2019-cu il uğurlu olub və bütün sahələrdə inkişaf təmin edilib. Ötən il iqtisadi islahatların həyata keçirilməsi, vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində 100-dən çox fərman və sərəncam imzalanıb. 4,2 milyon vətəndaşı əhatə edən sosial paket həyata keçirilib. Bütün bu faktlar bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində ölkə vətəndaşlarının dayandığını təsdiq edir.

Ombudsman bildirdi ki, ötən il insan hüquqlarının etibarlı müdafiəsi baxımından da uğurlu olub. Məruzədə bu barədə qeyd olundu ki, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, icmalar və beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlıq şəraitində fəaliyyətini davam etdirən ombudsman Konstitusiya Qanunu ilə verilmiş səlahiyyətlər çərçivəsində insan hüquqlarının müdafiəsi sahəsində əhatəli iş aparmış, müxtəlif tədbirləri həyata keçirmişdir.

2019-cu il ərzində ombudsmanın ünvanına 25.500 müraciət daxil olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 25 faiz çoxdur. Ombudsman və əməkdaşlar tərəfindən aparatda, regional mərkəzlərdə, habelə respublikanın müxtəlif şəhər və rayonlarında, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə əhali qrupları ilə görüşlər, həmçinin cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, qanunsuz miqrantların saxlanma mərkəzlərinə, hərbi hissələrə, hauptvaxtlara, eyni zamanda uşaqlar, pensiya yaşına çatmış, habelə əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, internatlara, səhiyyə və təhsil müəssisələrinə baxışlar və başçəkmələr zamanı ümumilikdə 3013 şəxs qəbul edilmişdir.

Məruzədə ombudsmanın mülki və siyasi, iqtisadi-sosial və mədəni hüquqların, əhali qruplarının hüquqlarının müdafiəsi ilə bağlı, o cümlədən insan hüquqları sahəsində maarifləndirmə, elmi-analitik iş, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq sahəsində gördüyü işlər də öz əksini tapıb.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan Məlahət İbrahimqızı, Əli Məsimli, Tahir Kərimli, Aydın Mirzəzadə, Naqif Həmzəyev, Qüdrət Həsənquliyev, Azər Badamov məruzə ilə bağlı fikirlərini bildirdilər, habelə sual və təkliflərlə çıxış etdilər.

Müzakirələr zamanı qeyd olunan məsələlərə münasibət bildirən spiker Sahibə Qafarova dedi ki, Türkiyə Böyük Millət Məclisinin yaranmasının 100-cü ildönümü münasibəti ilə Azərbaycan Milli Məclisi adından onlar təbrik edilib. Sahibə Qafarova qeyd etdi ki, Türkiyə parlamentinin sədri ilə telefonla danışıb və Milli Məclis adından təbrik edib.

Müzakirələrdən sonra məruzə səsə qoyularaq qəbul edildi.

Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, gündəlikdəki 10 məsələ (2-11-ci məsələyədək) parlamentə bir paketdə daxil olub. Bu layihələrə nəzərdə tutulan dəyişikliklər "Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır. Yəni bu sənədlərin hər biri ayrı-ayrılıqda müzakirə edilərək bir oxunuşda qəbul ediləcək.


Baytarlıq və fitosanitar nəzarəti xidmətlərinin özəlləşdirilməsinə icazə verilir


İlk məsələ - "Torpaq icarəsi haqqında” və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verdi. Bildirdi ki, layihəyə əsasən baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin "Torpaq icarəsi haqqında” qanunda icarəyə verilən dövlət torpaqları siyahısından, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda isə özəlləşdirilməsi qadağan edilən dövlət mülkiyyətində saxlanılan əmlak növləri siyahısından çıxarılması təklif edilir. Qanun layihəsi baytarlıq və fitosanitar nəzarəti sahəsində həyata keçirilən islahatlar nəticəsində həmin xidmətlərin müstəqil qurum kimi ləğv edilməsi (baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin mövcud olmaması) ilə əlaqədar hazırlanıb. Hazırda baytarlıq və fitosanitar nəzarəti sahəsində fəaliyyətlər öz səlahiyyətləri daxilində Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmət Agentliyi tərəfindən həyata keçirilir.

Layihə səsverməyə çıxarılaraq qəbul edildi.

İclasda həmçinin "Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun tətbiqi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə, "Ətraf mühitin mühafizəsi haqqında” və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, həmçinin "Ətraf mühitin mühafizəsi haqqında”, "Ovçuluq haqqında” qanunlarda və Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinə edilən əlavələr təsdiqləndi.


Elmi müəssisələrin akkreditasiyası ali attestasiya komissiyası tərəfindən həyata keçiriləcək


"Elm haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat verərək bildirdi ki, qüvvədə olan qanuna əsasən elmi müəssisələrin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Elmi müəssisələrin akkreditasiya qurumu müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnaməyə uyğun olaraq, ictimai əsaslarla fəaliyyət göstərir. Layihəyə əsasən elmi müəssisələrin (təşkilatların) akkreditasiyası ali attestasiya orqanı tərəfindən həyata keçiriləcək.

Layihədə elmi təşkilatlara yeni hüquq verilməsi də əksini tapıb. Dəyişikliyə əsasən elmi təşkilatlar dünya elmi məkanında tanınmaq və reytinqini yüksəltmək məqsədilə beynəlxalq akkreditasiyadan keçmək hüququna malik olacaq.

Müzakirədən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edildi.

"Təhsil haqqında” və "Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında da Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat verdi. Komitə sədri vurğuladı ki, dəyişikliyə əsasən yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulacaq.

Digər dəyişikliyə əsasən isə yaradılması və fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında dəyişiklik edilir. Layihəyə əsasən dövlət peşə, orta ixtisas, ali və əlavə təhsil müəssisələrinin yaradılması və fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinin sırasından çıxarılır.

Deputatlar dəyişikliyə müsbət münasibət bildirdilər.

İclasda həmçinin "Elm haqqında” və "Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, "Nəqliyyat haqqında”, "Aviasiya haqqında”, "Avtomobil nəqliyyatı haqqında” və "Dəniz limanları haqqında”, həmçinin "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Məktəbəqədər təhsil haqqında” və "Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də səsverməyə çıxarılaraq qəbul edildi.


Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri azaldılır


Gündəlikdəki Cinayət-Prosessual Məcəlləsində və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Sənədə əsasən hüquqi şəxslər barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi qaydası dəyişir. Bu maddəyə təklif edilən əlavəyə əsasən hüquqi şəxsin yenidən təşkil edilməsinin və ya ləğv olunmasının qadağan edilməsi barədə məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına göndəriləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edildi.

"Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə ölkədə və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri azaldılır. Təklif edilən dəyişikliyə əsasən ümumvətəndaş pasportlarının alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə dövlət rüsumu 55 dollardan 25 dollara, ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu 40 dollardan 10 dollara, vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə dövlət rüsumu 150 dollardan 60 dollara qədər azaldılır.

Digər rüsumlara görə də azalma nəzərdə tutulur. Sənəd bir sıra konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələrinin sosialyönümlülük prinsiplərinə uyğun olaraq azaldılması məqsədilə hazırlanıb.

Dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edildi.


Milli Məclisin komitəsi Operativ Qərargaha da müraciət edəcək


Gündəlikdəki "İstehsalat və məişət tullantıları haqqında”, "Heyvanlar aləmi haqqında”, "Ekoloji təhlükəsizlik haqqında”, "Bələdiyyələrin su təsərrüfatı haqqında” və "Ətraf mühitə dair informasiya almaq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı bələdiyyələrin fəaliyyəti ilə bağlı fikirlər səsləndi.

Öncə sənədi təqdim edən parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev dedi ki, dəyişikliyə əsasən bələdiyyənin vəzifələri sırasına tullantı sularını təmizləyərək təkrar dövriyyəyə yönəltmək, bu, mümkün olmadıqda zərərsizləşdirərək istehsal sahələrindən, şəhər və qəsəbələrdən kənara axıdılmasını təşkil etmək vəzifəsi qoyulur.

Müzakirələrdə çıxış edən deputat Kamran Bayramov 9 minə qədər bələdiyyə qulluqçusu və işçisinin maaşlarının bir hissəsinin dövlət tərəfindən verilməsini təklif etdi.

Bələdiyyələrin hazırda vergi yığa bilmədiyini söyləyən parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bildirdi ki, bələdiyyələr maaşlarının verilməsinə görə dövlət büdcəsindən maliyyələşmirlər. Bələdiyyələrə dövlət tərəfindən dotasiyalar verilir. Bununla bağlı Regional məsələlər komitəsi Nazirlər Kabineti yanında Operativ Qərargaha da müraciət edəcək.

Sənəd səsverməyə çıxarılaraq qəbul edildi.

İclasda "Yol hərəkəti haqqında”, "Sosial sığorta haqqında”, "Tibbi sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında”, "Məşğulluq haqqında”, "Dövlət rüsumu haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Ətraf mühitin mühafizəsi haqqında”, "Baytarlıq haqqında”, "Fitosanitar nəzarəti haqqında” və "Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) təsdiqləndi.

Deputatlar həmçinin iclasda Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş), Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş), "Dövlət rüsumu haqqında” (ikinci oxunuş), "Dövlət satınalmaları haqqında” (ikinci oxunuş), "Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə (ikinci oxunuş) müsbət münasibət bildirdilər.


Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri seçildi


Gündəlikdəki üç sənəd - Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi və "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov geniş məlumat verdi.

Müzakirələr zamanı çıxış edən deputatlardan Fazil Mustafa, Qüdrət Həsənquliyev, Tahir Kərimli, Aydın Hüseynov, Rəşad Mahmudov, Arzu Nağıyev, Razi Nurullayev çıxış edərək öz fikir və təkliflərini bildirdilər və sənədlər ayrı-ayrılıqda səsverməyə çıxarılaraq qəbul edildi.

Gündəliyin sonuncu məsələsi Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında sənəd idi. Milli Məclisin qərar layihəsinə əsasən 82 işçi qrupuna yeni rəhbərlər seçilib. Qərar (qəzetimizin bugünkü nömrəsində dərc edilib) səsverməyə çıxarılaraq qəbul edildi və bununla da Milli Məclisin plenar iclası başa çatdı.

Rəşad CƏFƏRLİ,

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM