24 Aprel 2020 20:07
1021
Mədəniyyət
A- A+

Mədəniyyət naziri vətəndaşlar üçün növbəti videoqəbul keçirib


Aprelin 24-də Mədəniyyət naziri Əbülfəs Qarayev Bakı şəhəri üzrə vətəndaşlar üçün videoqəbul keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətləri dinlənilib, sualları cavablandırılıb.
Videoqəbulda Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, nazirliyin digər məsul əməkdaşları iştirak ediblər.
Əbülfəs Qarayev əvvəlcə vətəndaşlara müraciət edərək bu günlərdə ölkəmizin mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işlərin, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, videodərslərin keçirilməsi, muzeylərə və qoruqlara virtual turların, onlayn kitabxana xidmətlərinin təşkili, eləcə də digər mədəniyyət müəssisələrinin bu istiqamətdə həyata keçirdikləri tədbirlərin əhəmiyyətini qeyd edib.

Sonra vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib.

Qəbul zamanı mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, mədəniyyət müəssisələrinin təhsil ocaqları ilə əməkdaşlığı, musiqi və incəsənət məktəblərinin, teatrların fəaliyyəti ilə bağlı təklif və müraciətlər səsləndirilib, "Cəngi” estrada-folklor kollektivinə lazımi avadanlıqların, Bakı kamera orkestrinə səhnə geyimlərinin verilməsi xahiş olunub. Həmçinin musiqi və incəsənət məktəbləri şagirdlərinin hesabat konsertlərinin təşkili, tədris proqramları ilə bağlı müraciətlər, fəxri adların verilməsi və digər məsələlər haqqında xahişlər diqqətə çatdırılıb.

Vətəndaşların bütün müraciətləri dinlənilib, qaldırılan məsələlər qeydə alınıb. Bəzi xahişlər həll edilib, digər müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması üçün müvafiq tapşırıqlar verilib.

Əbülfəs Qarayev sonda bir daha videoqəbulun keçirilməsinin əhəmiyyətini vurğulayaraq, vətəndaşlarla birbaşa görüşlərlə yanaşı, bu formada ünsiyyətin də gələcəkdə davam etdirilməsinin vacibliyini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video