Alternative content

09:47 03 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Qran-Prisinin promouteri builki Formula 1 yarışını tamaşaçısız keçirməyi düşünmür
Azərbaycan Qran-Prisinin promouteri builki Formula 1 yarışını tamaşaçısız keçirməyi düşünmür
ANA SƏHİFƏ / İDMAN
11:51 24.04.2020

"Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti (BŞH) davam edən COVID-19 qlobal pandemiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınan Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı son vəziyyətə aydınlıq gətirib.

AZƏRTAC BŞH-yə istinadla xəbər verir ki, builki çempionatın ilkin yarış cədvəlində iyunun 5-7-də keçirilməsi nəzərdə tutulan Formula 1 Azərbaycan Qran Prisinin təxirə salınması barədə qərar Azərbaycan hökuməti, Formula 1 rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən uzun müddət aparılan üçtərəfli danışıqlardan sonra qəbul edilib.

Hazırda Formula 1 dünya çempionatının bütün iştirakçıları mövcud vəziyyəti izləməkdə davam edirlər. Əməliyyat şirkəti bütün işçi, azarkeş və komandalarla yanaşı, Azərbaycan xalqının sağlamlığı və rifahına təhlükə yaradacaq addım atmaqdan çəkinir və bəyan edir ki, vəziyyət sabitləşməyənədək, həmçinin karantin tədbirləri tam aradan qaldırılmayanadək Formula 1-in Bakı yarışı üçün dəqiq tarixin edilməsi mümkün olmayacaq.

Azərbaycan Qran-Prisinin promouteri yarışı izləyicisiz keçirməyi məqsədəuyğun hesab etmir və ümid edir ki, bu il iyunun sonundan etibarən Bakıda Formula 1 komandalarını və azarkeşlərini qəbul edə biləcək təhlükəsiz şərait tam bərpa olunacaq.

Regionun iqlim şəraitinin nəzərə alınmasının vacibliyini qeyd edən əməliyyat şirkəti ilə Formula 1 rəhbərliyi Bakı yarışının oktyabrın ortalarınadək keçirilməsinin məqsədəuyğun olacağı barədə həmfikirdir.

Qeyd edək ki, Formula 1-in Bakı yarışı paytaxtın mərkəzi küçələrində keçirilir və yarış trekinin qurulması üçün azı 12 həftə tələb olunur. Bu baxımdan, builki Azərbaycan Qran-Prisinin yeni tarixi barədə yekun qərarın iyul ayının ilk həftəsindən gec olmayaraq qəbul edilməsi zəruridir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM