23 Aprel 2020 22:35
590
DÜNYA
A- A+

Türkiyədə koronavirusdan sağalananların sayı 18 mini ötüb


Yeni növ koronavirus (COVID-19) infeksiyası Türkiyədə daha 115 nəfərin həyatına son qoyub. Bununla da ölənlərin sayı 2 min 491-ə çatıb. Aprelin 23-də ölkə üzrə virusdan müalicə olunanlardan 2 min 14 nəfər sağalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə son rəqəmləri nazir Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Nazir bildirib ki, bu gün ümumilikdə 40 min 962 nəfər üzərində müayinə aparılıb. Onlardan 3 min 116-da infeksiya aşkarlanıb.

Ümumi hesabda, bugünədək ölkə üzrə 791 min 906 nəfər testdən keçirilib. İnfeksiyadan müalicəyə cəlb olunanların sayı 101 min 790 nəfərə çatıb. Onlardan 1816 şəxs reanimasiyada, 982 xəstə süni nəfəs aparatına qoşulmuş haldadır. İndiyə qədər 18 min 491 nəfərin müalicəsi müsbət nəticə verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video