23 Aprel 2020 20:53
847
Təhsil
A- A+

Təhsil naziri canlı proqramda uşaqları təbrik edib


Təhsil naziri Ceyhun Bayramov 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə Yunus Əmrə İnstitutunun təşkil etdiyi canlı proqrama qatılıb. Təhsil naziri bu günün yalnız Türkiyə Respublikasının deyil, bütün dünyanın uşaqlarına hədiyyə edilən bir gün olduğunu deyib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin inkişaf etdiyini vurğulayıb, qarşılıqlı əlaqələrin daha da yaxşılaşdırılması istiqamətində iki ölkə arasında hüquqi bazanın möhkəmləndirildiyini bildirib. Bu gün onlarca "Qardaşlaşmış məktəblər”in mövcudluğunu qeyd edən Təhsil naziri universitetlərin müxtəlif birgə və ikili diplom proqramlarının qurulması üzərində səylərini davam etdirdiyini diqqətə çatdırıb.

Ceyhun Bayramov bu günlərdə uşaqların təhsildən kənarda qalmaması üçün Azərbaycan və Türkiyə dövlətlərinin yaratdığı imkanları vurğulayıb və uşaqları bu gün münasibətilə bir daha təbrik edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video