23 Aprel 2020 13:50
497
DÜNYA
A- A+

Səudiyyə Ərəbistanı neftin qiymətinin ucuzlaşması fonunda bəzi layihələri təxirə salıb


Səudiyyə Ərəbistanı neftin qiymətinin ucuzlaşması fonunda bəzi layihələri təxirə salıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Maliyyə naziri Məhəmməd əl-Cedan koronavirusun yeni növünün yayılması səbəbindən neftin qiymətinin ucuzlaşması fonunda səyahət və müvəqqəti təyinat xərclərinin azaldıldığını və layihələrin təxirə salındığını açıqlayıb.

O, böhranı aradan qaldırmaq və kəsiri nəzarət altında saxlamaq üçün lazımi maliyyə resurslarına sahib olduqlarını və hökumətin xərcləri azaltmaq üçün əlavə tədbirlər görməyi düşündüyünü bildirib.

"COVID-19 pandemiyasından əvvəl ölkənin borcalma həcminin 120 milyard riala (32 milyard dollar) çatacağı gözlənilsə də, hazırda bu göstəricinin 220 milyard riala (59 milyard dollar) yüksələcəyi proqnozlaşdırılır. İlk dəfə qeyri-neft sektorunda mənfi artım gözləyirik. Sağlamlıq şərtləri imkan verərsə, iqtisadiyyatı canlandırmaq üçün çox çalışırıq”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti neftin qiymətinin düşməsi ilə əlaqədar 2020-ci ilin büdcəsini 50 milyard rial (13,3 milyard dollar) azaltmaq barədə qərar verib. Büdcə xərcləri 272 milyard dollar, gəlirlər isə 222 milyard dollar nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video