23 Aprel 2020 00:37
731
Təhsil
A- A+

Bakı Ali Neft Məktəbi MBA proqramına qəbul elan edir


Bakı Ali Neft Məktəbi (BANM) MBA (Biznesin idarəedilməsi) proqramına qəbul elan edir.

Ali məktəbin mətbuat xidmətindən verilən məlumata görə BANM-in MBA proqramında tələbələr idarəetmə və biznesin müxtəlif sahələri üzrə bilik və bacarıqlar əldə edirlər. Kurslar olduqca praktik və əhatəlidir. Ali məktəbdə MBA proqramını tədris edənlər iri yerli və transmilli şirkətlərdə çalışan rəhbər vəzifəli şəxslərdir ki, bu da tələbələrə yalnız nəzəri deyil, eyni zamanda real təcrübələr haqqında biliklərə yiyələnməyə imkan verir.

Tədris proqramına strateji idarəetmə, marketinq, statistika, investisiya və digər fənlər daxildir.

Kurikulum və dərs vəsaitləri dünyaca tanınmış akademik heyət tərəfindən yalnız Bakı Ali Neft Məktəbi üçün hazırlanıb. Proqrama qəbul olan tələbələr öncədən xüsusi hazırlanmış dərsliklər və digər köməkçi vəsaitlərlə təmin edilirlər.

Bakı Ali Neft Məktəbinin MBA proqramına qəbul Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları əsasında aparılır.

Dərslər həftə içi 3 gün olmaqla, axşam saatlarında təşkil edilir. Bütün dərslər yalnız ingilis dilində tədris edilir. Proqramın müvəffəqiyyətlə mənimsənilməsi üçün ingilis dilini bilmək əsas şərtdir. Belə ki, Dövlət İmtahan Mərkəzinin imtahanlarından uğurla keçən və BANM-in MBA proqramına qəbul olan tələbələrin qeydiyyat zamanı ingilis dili bilikləri daxili imtahan və ya müsahibə yolu ilə test edilir. Əgər tələbə ilkin bakalavr və ya magistr təhsilini tam olaraq ingilis dilində bitiribsə və ya uzun müddət əsas danışıq dilinin ingilis dili olduğu şirkətdə çalışıbsa bu zaman daxili imtahan keçirilməyə bilər.

BANM-in MBA mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək səviyyəli menecerlər yetişdirməkdir. Bunun üçün dünyada qəbul edilən əsas istiqamətlər müəyyənləşdirilib. Buraya "Maliyyənin idarəolunması”, "Biznes və iqtisadiyyat üçün statistika”, "Marketinq konsepsiyaları”, "Menecerlər üçün mühasibat”, "İdarəetmə və təşkilati davranış”, "İstehsalın və əməliyyatların idarəolunması”, "Strateji idarəetmə: nəzəriyyə və praktika”, "İdarəetmənin iqtisadiyyatı”, "İnformasiya texnologiyalarının idarəolunması”, "Kapital qoyuluşu və maliyyə strategiyaları”, "Xərclərin strateji idarəolunması”, "Strateji idarəetmə və biznes siyasəti”, "Bazarın öyrənilməsi və beynəlxalq biznes” daxildir.

BANM MBA tələbələri üçün müxtəlif sahələrdə biliklərini genişləndirmək və maraq sahəsini seçmək imkanı yaradır:

* Tədqiqat metodologiyası

* İnsan resurslarının idarəolunması

* Beynəlxalq idarəetmə

* Risklərin idarəolunması və sığortalama

* Beynəlxalq maliyyə menecmenti

* Biznes münasibəti

* Beynəlxalq biznes qanunu

* Layihələrin idarəolunması

* Beynəlxalq əlaqələr

MBA-də əldə olunan bilik və bacarıqlar müxtəlif şirkətlərdə təcrübə proqramlarında uğurla iştirak etməyə və tələbələrin özlərini yeni sahələrdə sınamağa imkan verəcək. İllik təhsil haqqı 5000 AZN kimi müəyyən edilib. Əlavə məlumat üçün (+99450) 843-30-58 nömrəli telefon və [email protected] e-poçtu vasitəsilə əlaqə saxlamaq mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video