22 Aprel 2020 14:33
591
DÜNYA
A- A+

Almaniyada koronavirusa qarşı peyvəndin ilk klinik sınaqları təsdiqlənib


Paul Ehrlich adına Vaksin və Bioloji Təbabət Preparatları İnstitutu Almaniyada koronavirusa qarşı vaksinin ilk klinik sınaqlarına icazə verib.

AZƏRTAC bu barədə alman mətbuatına istinadla xəbər verir.
"İcazə vaksinin namizədə potensial faydası və riskinin dəqiq qiymətləndirilməsi nəticəsində verilib. Preparatı hazırlayan BioNTech ilə ilkin intensiv elmi müzakirələr sayəsində Paul Ehrlich adına institut prosesi dörd günə yekunlaşdıra bilib”, - deyə institutun mətbuat xidməti bildirib.
Məlumatda qeyd olunur ki, potensial vaksinin insanlar üzərində test edilməsi ölkə əhalisi və bütün dünya üçün COVID-19 əleyhinə təhlükəsiz və effektiv preparatın hazırlanmasında mühüm mərhələdir.

Klinik sınaqların ilk mərhələsində 18-55 yaş arası 200 sağlam könüllü iştirak edəcək. Onların hər biri yüngül modifikasiya olunmuş bir neçə vaksin variantından biri ilə peyvənd olunacaq. Könüllülər bir müddət nəzarət altında saxlanılacaq və ardınca sınaqların ikinci mərhələsi başlayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video