Alternative content

12:25 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
03:04 01.06.2020 “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 72-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 21 avqust tarixli 814 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 25 dekabr tarixli 902 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
03:01 01.06.2020 “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 71-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 25 dekabr tarixli 206 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Professor Kamran İmanov Ümumdünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə ictimaiyyətə müraciət edib
Professor Kamran İmanov Ümumdünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə ictimaiyyətə müraciət edib
ANA SƏHİFƏ / Elm və texnika
14:28 22.04.2020

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov 23 Aprel - Ümumdünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə ictimaiyyətə müraciət edib.

AZƏRTAC müraciətin mətnini təqdim edir: "23 aprel – 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilmiş Ümumdünya Kitab və Müəllif Hüquqları Günüdür və bu il həmin bayramın 25 illik yubileyi qeyd olunur. Azərbaycan 1997-ci ildən başlayaraq bu əlamətdar tarixi qeyd edir.

UNESCO kitabları və müəllif hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir.

UNESCO-nun Baş direktoru xanım Odre Azulenin məktubunda deyilir: "Bu çətin dövrümüzdə kitablar insan dühasının rəngarəngliyinin təcəssümü və bəşəriyyətin zəngin təcrübəsinin saxlanc yeridir, həyatın mənasının axtarışına və özünüifadəyə doğru ümumi səylərimizi əks etdirir, bu səylər isə bütün cəmiyyətlərimizi irəliyə hərəkət etməyə vadar edir. Kitablar ümumi gələcəyin qurulması naminə bəşəriyyətin ümumi keçmişə, tarixə və mədəni irsə malik olan vahid ailədə birləşməsinə kömək edir, bu cür ümumi gələcəkdə isə insan səylərinin möhtəşəm xorunda hər birimizin səsi aydın eşidiləcəkdir”.

Hər il aprelin 23-də bu günü qeyd edərkən biz kitabların – bəşəriyyətin ən gözəl ixtirasının sehrli qüvvəsini və onların yaradıcılarının – bilik xaliqlərinin müəllif hüquqlarını tanıyırıq. Məhz kitablar və əsər müəllifləri keçmişlə gələcək arasında əlaqəni formalaşdırır, nəsillər və mədəniyyətlər arasında körpülər qurur, məkan və zaman çərçivələrindən kənarda ideya mübadiləsini təmin edir. 23 aprel tarixini qeyd edərkən biz ideya və biliklərin yayıcılarına – naşirlərə, kitab ticarətçilərinə və kitabxanalara da lazımi qiymət veririk.

Xanım Odre Azulenin qeyd etdiyi kimi: "Biz kitaba lazımi qiymət verməklə, sayəsində insan ucaldığı və özünü reallaşdırdığı fəaliyyət növlərini – yazını, qiraəti, tərcüməçilik və nəşriyyat işini hiss edirik, eləcə də, mahiyyət etibarilə onlar üçün zəruri olan azadlıqları təşviq edirik...”

Həqiqətən də kitablar, müəlliflər və ümumilikdə kitab işi insanın əsas azadlıqlarının kəsişməsində yerləşir, bu azadlıqlardan ən mühümləri ifadə azadlığı və nəşriyyat fəaliyyətinin azadlığıdır. Bu azadlıqlar kifayət qədər kövrəkdir, çünki müəllif hüquqlarına və mədəni müxtəlifliyə qəsddən tutmuş müəllif və naşirlərin məruz qaldıqları təhdid və təhqirlərə, eləcə də əlyazmaların və kitabların məhv edilməsinə kimi çoxsaylı problemlərə rast gəlinir. Saxtakarlıq və plagiat, qəsdən çap edilən yalan və saxta əsərlər bu azadlıqlara yeri doldurulmaz ziyan vurur. Əxlaqi baxımdan çirkin və hüquqi cəhətdən qanuna zidd olan bu hərəkətlər fiziki şəxslər, ayrı-ayrı fərdlər tərəfindən yerinə yetirilə bilər və bunlar müəllif hüquqlarını pozan və ya saxtakarlıq naminə özünüifadə azadlığından sui istifadə edən müxtəlif ölkə vətəndaşları, söhbət sənaye mülkiyyətindən getdikdə isə, həm də hüquqi şəxslər ola bilər.

Geniş mənada bu cür əməllər mədəni plagiat və ya mədəni dələduzluqdur. Söhbət intellektual oğurluqlardan və etnosun mədəni irsinin saxtalaşdırılmasından, onun mədəni ənənələrinin mənimsənilməsindən və ya yanlış inkar edilməsindən, başqa xalqın sərvətinə iddialardan getdikdə isə plagiatçılıq və saxtalaşdırma məsələsi xüsusi əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, müasir mədəniyyət, ilk növbədə, qorunub saxlanması ali prioritet kimi qəbul edilən mədəni müxtəliflikdir və mədəniyyətlərin dialoqunu və qarşılıqlı fəaliyyətini nəzərdə tutur. Yəqin ki, mədəniyyətlərin tolerantlığının və bərabərhüquqluluğunun qarşılıqlı tanınmasında multikulturallığın əsası qoyulmuşdur. Eyni zamanda, bir mədəniyyətin digərini əxz etməsi həmin mədəniyyətin zənginləşməsindən başqa bir şey deyildir. Bu, həm ayrı-ayrı fərdlər səviyyəsində, həm də müxtəlif etnoslar, xüsusən də bir coğrafi arealda yaşayan xalqlar səviyyəsində baş verir. Hər zaman müəllif adına həssas və diqqətli olan dünya, eyni zamanda, iqtibaslara imkan vermişdir. Bu cür nümunələr həddən artıq çoxdur. Şekspiri xatırlamaq olar, onun əsərlərində, bir sıra səhnələr iqtibas olunmuşdu və Şekspir bəyan edirdi ki, "bu mənim palçıqda tapdığım və ali dünyaya daxil etdiyim bir qızdır”. Müəlliflikdə prioritetə dair məsələ ilə bağlı Turgenev və Qonçarovun mübahisələrini yada salmaq, bəzi iqtibasları özünə rəva bilən Volteri də xatırlatmaq olar.

Nəhayət, yada salmaq olar ki, fenomenal dərəcədə bilikli, məşhur Anatol Frans plagiatın paradokslarını araşdıraraq, hətta "Plagiatın anatomiyası” əsərini yazmışdır.

Söhbət, əgər belə demək mümkünsə, hansısa xalqın müəllifliyindən gedirsə, deməli, bu, ilk növbədə ona məxsus olan mədəniyyətin (folklorun) ənənəvi ifadəsi və ənənəvi biliklər, başqa sözlə, qeyri-maddi mədəni irsdə öz əksini tapmış mədəni ənənələrdir. Bunlar "elə bir keçmiş olan ənənələr deməkdir ki, onlar olmadan bu günün gələcəyi yoxdur”. Məhz burada məhv edilməsi arzuolunmaz nəticələrə gətirib çıxara bilən mədəni identiklik də başa çatıb.

Yuxarıda qeyd edildiyi kimi, etnik ənənələrin, eləcə də müəllif əsərlərinin elementləri təbiidir və onların əxz edilməsinə yol verilə bilər, çünki onlar bilik və yaradıcılıq təcrübəsi ilə zənginləşdirərək yeni yaradıcılığın və kreativliyin inkişafı üçün tramplin rolunu oynayırlar.

Beləliklə, etnik ənənələrin, eləcə də müəllif əsərlərinin elementlərinin biliklə zənginləşdirmə çərçivəsində əxz edilməsinə yol verilir, lakin bu cür mütləq şərtlə ki, onlar sizin əqli mülkiyyətinizə keçərkən əxzolunma mənbəyini və müəlliflik hüququ qaydaları (etik və hüquqi) çərçivəsində ona istinadı nəzərdə tutmalıdır. Əgər bu cür əxzetmə mənbəni və ya orijinalı nəzərə almadan mənimsənilməyə keçirsə, onda bu cür plagiat oğurluğa, yaradıcıların şərəf və ləyaqətinə xələl gətirən özünəməxsus uydurmaya çevrilir və mahiyyət etibarilə başqa xalqlardan oğurluq etməklə onların hüquqlarına xələl gətirir. Bu cür plagiat, həmçinin mənəvi terrordur, çünki o, həmin mənbələrin və onların yaradıcılarının mənəvi və psixoloji tapdanmasına, onların dəyərləri üzərində istehzaya, adət və ənənələrində təcəssüm olunmuş müqəddəs məfhumları üzərində təhqirlərə, onları mənimsəməyə və ya məhv etməyə gətirib çıxarır. Bu əməllərin həyata keçirilmə alətləri fiziki terror halında olduğu kimi fiziki zorakılıq vasitələri deyil, bir qayda olaraq, saxtalaşdırmalar, uydurmalar və aldatmalardır.

Bu gün "Azərbaycanın mədəni ənənələrinin mənimsənilməsi üzrə erməni ənənəsi” məhz bu cür xarakter almışdır. Bu ənənənin bu gün də yaşadılması və yeni mənasız ifadələrlə "zənginləşməsi” ilə əlaqədar intellektual oğrulara və saxtakarlara bunu xatırlatmaq yerinə düşərdi ki, müasir erməni ədəbiyyatının banisi Xaçatur Abovyan hələ XIX əsrdə yazırdı: "Qədim və yeni dilin [erməni] əsas fərqi danışıq tərzindən və sintaktik strukturdan ibarətdir. Bu baxımdan qədim erməni dili ["qrabar”] Avropa dilinə, yeni erməni dili isə ["aşxarabar”] türk [Azərbaycan] dillərinə bənzəyir” (X.Abovyan, Naxaşaviq, Yerevan, 1940-cı il, erməni dilində) (kursivlə yazılmış sözlər bizə məxsusdur). Bir sözlə, X.Abovyana görə, müasir türkləşdirilmiş (azərbaycanlaşdırılmış) erməni dili yaranıb. X.Abovyanın işinin davamçısı Qazaros Ağayan isə öz növbəsində həmin əsrdə yazırdı: "... Türklər [azərbaycanlılar] onu [Koroğlunu] türk [azərbaycanlı], kürdlər kürd, ermənilər isə azərbaycanlılaşmış erməni hesab edirlər. Onun nəğmələrini türk [Azərbaycan] və kürd dillərində ancaq ermənilər oxuyur, digər xalqlar isə öz dillərində oxuyurlar” (Q.Ağayan. Seçilmiş əsərləri, Yerevan, 1939-cu il, erməni dilində). Bir sözlə, Q.Ağayana görə bizim Koroğlu "azərbaycanlılaşmış erməni” olmuşdur. Bu da azərbaycanlılaşdırmanın erməni etnosuna və onun istifadə etdiyi dilə obyektiv təsiri olub, sonradan Azərbaycan xalqının yaradıcılığının mənimsəyici, subyektiv "erməniləşdirilmə”sinə çevrilib.

Yazılı şəkildə bütöv etnosun erməniləşdirilməsi ... rusların erməni elan edilməsi həyata keçirilir. Söhbət Suren Ayvazyanın 1997-ci ildə Moskvada nəşr edilmiş "Rusiyanın tarixi. Erməni izi” kitabından gedir. S.Ayvazyana görə belə məlum olur ki, "Vladimir Monomaxın oğlu Yuri ona görə "Dolqoruki” adlandırılır ki, "Baqratuni sülaləsindən olan erməni Dolqorukiləri ilə bağlıdır”.

S.Ayvazyan "sübut edir” ki, Baqratuni hökmdarlarının sülaləsi ... süqutundan əvvəl və sonra bir sıra qollara malik idi, ... Yurinin adı Georq idi ... Yuryev Polskinin, Moskvanın, Yaroslavlın, Dmitrovun, Kideşin, Zveniqorodun, Pereslavlın, Vladimir Rostovun əsasını qoymuş Gevorq Yerkanaybazuk”. Ümumiyyətlə, Ayvazyan bildirir ki, "Ariyalılar – ermənilər və ruslar Ermənistan yaylasında, Ararat dağının ətəyində doğulub boya-başa çatmışlar”. Bu da "sübut”: "erməni sözü olan "xay” – "hündür” deməkdir, rus etnonimi olan "rus” sözü də "ucaboy” mənasını verir, bundan əlavə, "proto-ruslar və proto-ermənilər” eyni dildə, əlbəttə ki, qədim erməni dilində danışırdılar!". Bunları şərh etməyə ehtiyac yoxdur.

Bu uydurmaları və mənimsənilməni mütləq qaydada müşayiət edən amillər də var. Hər şeydən əvvəl, bunlar, intellektual oğurluqlara "bəraət qazandırmaq” məqsədi daşıyan ərazi iddiaları və bununla yanaşı tarixi-coğrafi uydurmalar, region üzrə qonşularının tarixini paralel şəkildə təhrif etməklə öz yalan tarixini formalaşdırmaqdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasında çıxışında qeyd etmişdir ki: "...biz Azərbaycan həqiqətlərini çatdırmalıyıq. Xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalıyıq. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir: Ona görə bizim arqumentlərimizə qarşı Ermənistan tərəfi heç bir ciddi arqument qoya bilmir, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiya. Bu, əslində, onların xislətidir. Onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar. Bu da heç kimə sirr deyil. Belə olan halda onların tarixi saxtakarlığına elə bil ki, bəraət qazandırılır... Mən Münxendə Kürəkçay sülh müqaviləsi haqqında deyəndən sonra bilirəm ki, Ermənistanda indi bu müqaviləni əzbərləyirlər. Orada açıq-aydın göstərilir ki, bu müqaviləni kim bağlayıb, nə vaxt bağlayıb və erməni xalqı haqqında orada ümumiyyətlə, söhbət belə getmir... Rus imperiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir görəsən ki, orada indiki Ermənistan ərazisində toponimlərin əksəriyyəti Azərbaycan mənşəlidir...”.

Həqiqətlər bundan ibarətdir və bizim borcumuz onları hər imkan olduğu halda dünyaya çatdırmaqdan ibarətdir.

Məhz bu səbəblərdən Əqli Mülkiyyət Agentliyi 23 aprel ərəfəsində həm də görkəmli ispan yazıçısı Servantesin ölüm gününü anaraq, onun "Don bəzəyər də, ifşa edər də” devizi altında artıq ənənəyə çevrilmiş "Qədim mətnlər və klassik mənbələr ermənilərin saxtalaşdırılmalarını və uydurmalarını ifşa edir...” adlı konfrans keçirir.

Və bu ildə ümid edirik ki, bir qədər sonra, koronavirus pandemiyası imkan verdikdə biz bunu edəcəyik”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM