22 Aprel 2020 14:23
614
DÜNYA
A- A+

Almaniya və Rusiyada məişət zorakılığı artır

Koronavirusun pandemiyası fonunda Almaniyada məişət zorakılığının artması müşahidə edilir. Bu barədə Ailə, Qadın və Gənclər Məsələləri Nazirliyinin rəsmi nümayəndəsi Frantsiska Giffay məlumat vermişdir.

Giffay qeyd etmişdir ki, ötən həftə "Qadınlara qarşı zorakılıq” ümumalman telefon xəttinə məişət zorakılığı ilə əlaqəli müraciətlərin sayı iki həftə əvvəllə müqayisədə 17,5 faiz artmışdır. Halbuki o vaxtadək 2020-ci ildə müraciətlərin sayı 2019-cu ilin eyni dövründə olduğu kimi idi.

Son dövrdə qadınlara qarşı zorakılıq hallarının sayının artması Rusiyada da nəzərə çarpır. Məlumata görə, keçən ay qadınlar üçün ümumrusiya etimad telefonuna edilmiş zənglərin sayı fevral ayına nisbətən 24 faiz artmışdır (2537 zəngə qarşı 2050). Dövlət Dumasının bir qrup qadın deputatı Baş Nazirin müavini Tatyana Qolikovadan zorakılıq qurbanlarını müdafiə etmək üçün təxirəsalınmaz tədbirlər görməyi xahiş etmişdir. Məişət zorakılığı qurbanları üçün kifayət qədər sığınacaqların təmin edilməsi, polis işçilərinin məişət zorakılığı barədə hər hansı məlumata dərhal reaksiya verməsi, zorakılıq qurbanlarınn koronovirusla mübarizə ilə əlaqədar karantin tədbirlərini pozmasına görə məsuliyyətə cəlb ediməməsi təklif olunmuşdur.

;mso-ansi-language:AZ-LATIN'>

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video