22 Aprel 2020 14:23
713
DÜNYA
A- A+

Missuri ştatı Çini məhkəməyə verdi

ABŞ-ın Missuri ştatının hakimiyyət orqanları Çin hökumətini yeni tip koronavirus haqqında məlumatları gizlətməkdə günahlandıraraq məhkəməyə müraciət etmişdir. Bu barədə "Anadolu” agentliyi xəbər verir.

Missuri baş prokurorunun fikrincə, Çin hakimiyyət orqanları təhlükəli virus haqqında vacib informasiyanı gizlətməklə, məlumatlı şəxsləri həbs etməklə və virusun insandan insana keçməsi faktını etiraf etməkdən boyun qaçırmaqla dünya ictimaiyyətini uzun müddət aldatmışdır.

Məhkəmə iddiasında deyilir ki, Çinin hərəkətləri Missuri ştatında insanların ölümü ilə nəticələnmiş və ciddi iqtisadi problemlər yaratmışdır: "Çin hökuməti COVİD-19 təhlükəsi ilə əlaqədar dünyaya yalan danışmış və infeksiyanın yayılmasının qarşısını almaq üçün, demək olar ki, heç bir iş görməmişdir. Çin hökuməti bu hərəkətlərə görə məsuliyyət daşımalıdır”.

Bu arada Konqresin Nümayəndələr Palatasının 22 respublikaçı üzvü Prezident Donald Trampın administrasiyasına müraciət edərək BMT Beynəlxalq Məhkəməsində Çinə qarşı iddia qaldırmağı tələb etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video