22 Aprel 2020 00:29
1811
Səhiyyə
A- A+

RAGB dünyanın bütün tibb işçilərinə minnətdarlıq edir


Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) könüllülər bölməsi dünyanın bütün tibb işçilərinə minnətdarlıq əlaməti olaraq videoçarx çəkib.

"Əziz həkimlərimiz, sizin əməyiniz çox dəyərlidir! Çox sağ olun!”. AZƏRTAC xəbər verir ki, RAGB-nin üzvləri bu çətin dövrdə insanların həyatı və sağlamlığı üçün mübarizə aparan bütün tibb işçilərinə belə müraciət edirlər. "Ətrafda virusun tüğyan etdiyi bir vaxtda, dünyada elə cəsarətli və alicənab insanlar var ki, onlar digərlərinə görə öz həyat və sağlamlıqlarını riskə ataraq, bütün vaxtlarını xəstəxana postunda keçirirlər. Həkimlər, tibb bacıları və bütün tibbi heyət - dövrümüzün qəhrəmanlarıdır. Bütün "sağ ol”ları məhz onlara ünvanlamaq , dünyanın bütün alqışlarını onlara həsr etmək istəyirsən. Buna baxmayaraq, onlar öz postlarını tərk etmir, virusla müharibədə ön mövqedədirlər. Onlar xəstələri ağır vəziyyətdə buraxmır və bu xəstələri xilas etməkdən ötrü əllərindən gələn hər şeyi edirlər. RAGB-nin könüllülər bölməsi bu kiçik videoçarxı dünyanın bütün tibb işçilərinə minnətdarlıq əlaməti olaraq hazırlayıb”, - deyə təşkilatın sosial şəbəkələrdəki səhifələrində yerləşdirilən videoposta olan şərhdə bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video