21 Aprel 2020 19:34
736
Təhsil
A- A+

Dərslərin iki ay olmaması o demək deyil ki, şagirdlərin mövzuları mənimsəməsində problem yaranır


Mart-aprel aylarında nəzərdə tutulan imtahanlara aid bütün proqramlar noyabr-dekabr ayında elan olunub. Bu gün isə şagirdlər həm onlayn dərslərdə iştirak edir, həm də teledərsləri dinləyirlər. Eləcə də Dövlət İmtahan Mərkəzi tərəfindən bütün fənlər və siniflər üzrə resurslar iki ildir ki, "YouTube” kanalımıza yerləşdirilir.

AZƏRTAC xəbər verir ki, bu fikri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aprelin 21-də keçirdiyi onlayn mətbuat konfransında söyləyib. O bildirib ki, təkcə karantin rejimi zamanı 200-ə yaxın yeni dərs portala yerləşdirilib. "Bu dərslərin özəlliyi nədən ibarətdir? Kimsə hər hansı mövzunu vaxtında keçməyibsə, həmin dərsdə olmayıbsa, "YouTube” kanalımızda o mövzuya baxa bilər. Hər mövzu 7-10 dəqiqəni əhatə edir. Ola bilər ki, kiminsə "YouTube” portalına imkanı yoxdur. Lakin vətəndaşların 90 faizində telefon var. DİM-in "YouTube” kanalına telefon vasitəsilə də qoşulmaq mümkündür. Dərsliklər də hamıya məktəbdə verilib. Dərsliklərdən əlavə, müxtəlif vəsaitlər var. Dərslərin iki ay olmaması, təbii ki, psixoloji cəhətdən şagirdlərə təsir edib. Amma bu o demək deyil ki, onların dərslərini mənimsəməsində problem yaranır. Biz imtahan proqramını elan edəndə Təhsil Nazirliyi ilə razılaşdırmışdıq. Yenisi tərtib olunanda da Təhsil Nazirliyi ilə razılaşdırılacağıq. Yəqin ki xüsusilə biologiya fənnindən imtahanlara koronavirusla bağlı suallar da əlavə olunacaq. Dövlət İmtahan Mərkəzi tərəfindən hətta "COVID-19 haqqında məlumatlılıq” testi hazırlanıb. Virusdan özünü qorumaqla bağlı sualı biz gənclərə ünvanlayırıq. Bir sözlə, yeni imtahan proqramı ilə bağlı məsələlər yenə də müzakirə olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video