21 Aprel 2020 12:43
692
Təhsil
A- A+

Bakı Ali Neft Məktəbinin tələbələri ilə onlayn görüş keçirilib


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov V kurs tələbələri ilə onlayn görüş keçirib. "Microsoft Teams” platforması üzərindən təşkil olunan görüşdə 100-dən çox tələbə iştirak edib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi Ali Məktəbdə təlim-tədris prosesi və tələbələrin qarşısına çıxan çətinliklərin birgə həlli yollarını müzakirə etmək olub.

Görüşdə rektor tələbələrin final imtahanları, "Məzun günü”, istehsalat təcrübəsi, karyera imkanları və digər vacib məsələlərə dair suallarını cavablandırıb.

Tələbələrlə distant dərslərin effektlivliyi də geniş müzakirə olunub. Rektor Elmar Qasımov bildirib ki, ölkəmizdə ilk dəfə geniş formada tətbiq olunan distant təhsil Bakı Ali Neft Məktəbinin akademik heyəti və tələbələri üçün də uğurlu təcrübə olub.Tətbiq edilən müasir kommunikasiya metodları fonunda qlobal səviyyədə geniş miqyas alan koronavirus (COVID-19) pandemiyasının təhsil sektoruna mənfi təsirləri minimallaşdırılıb. Bunun nəticəsidir ki, Bakı Ali Neft Məktəbi də tədris prosesini vaxtında yekunlaşdırmağa və imtahanları onlayn qaydada uğurla təşkil etməyə nail olub.

Tələbələr də öz növbəsində onlayn tədris sisteminə vaxtında keçidin faydalı olduğunu diqqətə çatdırıblar.

Sonda tələbələrin hər birinin ayrı-ayrılıqda sualları cavablandırılıb. Qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq kafedra və şöbələrə tapşırıqlar verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video