20 Aprel 2020 18:09
634
DÜNYA
A- A+

Berlin əcnəbilərin müalicə haqqını öz üzərinə götürür


Digər dövlətlərin koronavirusa yoluxmuş 200-ə yaxın vətəndaşının müalicəsi Almaniya xəzinəsinə təxminən 20 milyon avroya başa gələ bilər.

AZƏRTAC xəbər verir ki, xərclərin Almaniya tərəfinin ödəməsi barədə qərarı hökumət ötən həftə qəbul etsə də, buna dair məlumat aprelin 20-də açıqlanıb. Yaranmış vəziyyəti istisna fövqəladə hal kimi qəbul etdiyini vurğulayan ölkə hakimiyyəti öz qərarını vergiödəyicilərinə "Avropa həmrəyliyi”, həmçinin qonşu ölkələrin daxili imkanları hesabına öz vətəndaşlarını müalicə etmək gücünə malik olmaması ilə izah edib.

Bundan əvvəl Berlin xarici vətəndaşların müalicəsi üçün çəkdiyi xərclərin hesabını onların mənsub olduğu dövlətlərə təqdim edirdi. Lakin COVID-19 ilə bağlı məsələdə bu qayda alman hökumətinin son qərarı ilə ləğv olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video