Alternative content

12:27 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
03:04 01.06.2020 “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 72-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 21 avqust tarixli 814 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 25 dekabr tarixli 902 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
03:01 01.06.2020 “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 71-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 25 dekabr tarixli 206 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 94,7 faizlik inam və etimad ünvanı
94,7 faizlik inam və etimad ünvanı
ANA SƏHİFƏ / SİYASƏT
01:57 19.04.2020


Mütləq əksəriyyətin etibar etdiyi Prezident İlham Əliyev 17 illik bənzərsiz fəaliyyəti ilə ümumxalq sevgisini qazanıb


- 94.7 faiz Prezidentə etibar edir;

- 93 faiz koronavirusla bağlı həyata keçirilən tədbirləri müsbət dəyərləndirir;

- 92,8 faiz ictimai qınağa Prezidentin göstərdiyi reaksiya ilə həmrəydir;

- 91 faiz Prezidentin gənc kadrları vəzifəyə təyin etməsini alqışlayır;

- 89.2 faiz sağlamlığın qorunmasında dövlət siyasətini təqdir edir;

- 87.8 faiz sosial-iqtisadi islahatları alqışlayır;

- 87.8 faiz problemlə qarşılaşdığı zaman dövlətin dəstək göstərəcəyinə inanır;

- 85.6 faiz karantin məhdudiyyətlərinin tətbiq edilməsinə müsbət yanaşır;

- 84 faiz kütləvi tədbirlərin qadağan edilməsini dəstəkləyir;

- 82.4 faiz tədrisin dayandırılmasına müsbət yanaşır.

Bu, Azərbaycan reallığını əks etdirən sosioloji sorğunun nəticəsidir. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən açıqlanan sorğunun nəticələrindən də göründüyü kimi, ölkə əhalisinin mütləq əksəriyyəti Prezident İlham Əliyevin fəaliyyətini, onun qlobal təşəbbüslərini, həyata keçirdiyi sosial-iqtisadi, siyasi islahatları, daxili və xarici diplomatiyanı, o cümlədən dünyanı bürüyən koronavirus pandemiyası dövründə gördüyü qabaqlayıcı tədbirləri tam dəstəkləyir.

Cənab İlham Əliyevin son dövrdə ölkədə həyata keçirilən inqilabi islahatlarla bağlı cəmiyyətin ictimai rəyinə müstəsna əhəmiyyət verməsini nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzi 2019-cu ildən etibarən yeni formatlı sosioloji sorğulara start verib. Bu sorğular islahatlarla bağlı ictimai rəyin rüblük (3 aylıq) monitorinqi baxımından ölkədə bir ilk olmaqla yanaşı, həm də sosial proseslərin dinamikasını və ictimai rəydə dəyərləndirilməsini daha operativ izləməyə imkan verir.

Təqdim edilən növbəti hesabat 2020-ci ilin ilk rübünü (yanvar-mart) əhatə edir. Sosioloji sorğu əsaslı bu analitik hesabatın məqsədi bəhs edilən müddətdə dövlət başçısının daxili və xarici siyasətinin başlıca məqamları, ölkədəki ictimai-siyasi proseslərin vəziyyəti ilə bağlı xalqın rəyinin operativ öyrənilməsi, qanunverici, icraedici hakimiyyət və hüquq mühafizə sistemində gedən proseslərə cəmiyyətin münasibətini çevik dəyərləndirməklə ümumi mənzərənin göz önündə canlandırılması, müvafiq qərarların qəbulunda mötəbər mənbə kimi həm də ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.

Rəy sorğusunda dövlət başçısının həm daxili, həm də xarici siyasət sahəsində çoxşaxəli fəaliyyətini izləməyə imkan verən, siyasi təqvimdə tarixi əhəmiyyətə və xüsusi çəkiyə malik olan, rəsmi xronikada, eləcə də yerli və xarici mediada geniş işıqlandırılan hadisələr əksini tapıb.

Beləliklə, 2020-ci ilin birinci rübü ərzində Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyətə ictimai rəyin münasibətinin və dövlət başçısına inam indeksinin öyrənilməsi üçün keçirilən sorğunun nəticələri ən qısa şəkildə belə ifadə edilə bilər:

Dünyada neft qiymətlərinin aşağı düşməsi, beynəlxalq geosiyasi qarşıdurmaların kəskinləşməsi, II Dünya müharibəsindən sonra dünyada ilk dəfə ən dərin sosial, siyasi, iqtisadi böhran vəziyyətini yaradan yeni qlobal pandemiyanın sürətlə yayılması fonunda Prezident İlham Əliyevə cəmiyyətin inam və etibarı onun həyata keçirdiyi düzgün siyasət nəticəsində daha da artıb, xalqın rifahı və firavanlığının yaxşılaşmasına yönələn islahatlar kursuna dəstək yüksəlib.

Sorğuda iştirak edənlərin əksəriyyəti Prezidentin hərbi, siyasi və sosial-iqtisadi sahələrdəki fəaliyyətini çox müsbət dəyərləndirir. Prezidentin ordu quruculuğu və silahlı qüvvələrin modernləşdirilməsi sahələrindəki fəaliyyəti respondentlərin mütləq əksəriyyəti tərəfindən daha çox müsbət qiymətləndirilir.

Bu sorğu bir daha sübut edir ki, Azərbaycanda İlham Əliyev siyasi lider kimi, alternativsiz lider kimi xalqın inam ünvanıdır. Bunun izahı isə çox sadədir. Azərbaycan xalqı şahiddir ki, cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, uzaqgörən və ən əsası da, tam müstəqil siyasətlə Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır.

Son 17 ildə Azərbaycanın çevik və ağıllı dövlət siyasəti, yüksək idarəçilik və humanist siyasətlə inkişafı, milli maraqlarımızın yüksək səviyyədə qorunması və təmin edilməsi cənab İlham Əliyevin ali keyfiyyətləri sayəsində reallığa çevrilib.

Məhz bütün bunlar cənab İlham Əliyevə ümumxalq sevgisi qazandırıb və Azərbaycan öz qətiyyətli lideri ilə qüdrətli dövlətə çevrilir, parlaq gələcəyə doğru inamla addımlayır.

R.BAXŞƏLİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM