Alternative content

11:04 03 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Göstərdiyiniz qayğı və diqqətə görə Sizə səmimi-qəlbdən təşəkkür edirik”
“Göstərdiyiniz qayğı və diqqətə görə Sizə səmimi-qəlbdən təşəkkür edirik”
ANA SƏHİFƏ / SİYASƏT
01:16 17.04.2020


Vətəndaşların dövlət başçısına ünvanladıqları məktublarda minnətdarlıqla yanaşı, mövcud siyasi kursa sədaqət ifadə olunur


İlham Əliyevin siyasi kursunda insan amilinin prioritet təşkil etdiyini koronavirusla mübarizə çərçivəsində verilən qərarlar bir daha təsdiq etdi. Məsələ ondadır ki, son iki ayda Azərbaycan hökumətinin Prezidentin tapşırıq və göstərişləri ilə həyata keçirdiyi tədbirlər təkcə bu qlobal infeksiyanın yayılmasının qarşısının alınması və vətəndaşların təhlükəsizliyi deyil, həm də onların sosial rifahı ilə bağlı məsələləri əhatə etdi.

Bütün bunları layiqincə qiymətləndirən vətəndaşlarımızın İlham Əliyevə göndərdikləri təşəkkür məktublarının ardı-arası kəsilmir. Ağdam rayonunun Əfətli kəndindən Şəmsəddin Əhmədov dövlət başçısına məktubunda yazır: "Son bir neçə aydır ki, dünyanı bürüyən koronavirus pandemiyasına qarşı Sizin tərəfinizdən ölkəmizdə həyata keçirilən qətiyyətli tədbirlər biz, cəbhə kəndində mənfur düşmənlə üz-üzə yaşayan vətəndaşlarınızı da ürəkdən sevindirir. Biz bu ağır günlərdə bir daha əmin olduq ki, Prezidentimiz, çox hörmətli İlham Əliyev cənabları hər zaman öz xalqının yanındadır.

Möhtərəm Prezidentimiz, bu çətin günlərdə xalqımıza dəstək olduğunuz üçün Ağdam gəncləri adından Sizə minnətdarlığımızı bildiririk”.

İsmayıllı rayonundan Əhmədağa Ələkbərov, Sevda Qasımova, Mətanət Abbasova, Humay Talıbova, Brilyand MursalovaÇingiz Muradlı da ölkə rəhbərinə məktub yazaraq təşəkkürlərini bildiriblər.

Bu gün bütün dünyanın birnömrəli bəlasına çevrilmiş koronavirus pandemiyasının bizim ölkədən də yan keçmədiyini bildirən məktub müəllifləri yazırlar: "Əminliklə deyə bilərik ki, Sizin uzaqgörən və düşünülmüş siyasətiniz bütün azərbaycanlıların dərin rəğbətini qazanmışdır. Qeyd etdiyiniz kimi, əgər vaxtında doğru və qətiyyətli addımlar atılmasaydı, əgər çox ciddi koordinasiya aparılmasaydı, bu gün Azərbaycanımız daha böyük problemlərlə üzləşə bilərdi. Necə ki, dünyanın güclü dövlətləri hesab edilən ölkələr bu gün pandemiya qarşısında acizliklərini etiraf etmək məcburiyyətində qalıblar. Bir rəhbər olaraq Azərbaycana, xalqımıza, ən kiçiyindən ən yaşlısına qədər bəslədiyiniz səmimiyyət və sevgi hissləri açıq-aydın duyulur”.

Məktubda Prezidentə xitabən qeyd olunur ki, "Biz birlikdə güclüyük!” deməklə xalqımızı bir yumruq halında birləşdirə bildiniz: "Elə bunun nəticəsidir ki, bu gün xalqımız həm özünü, həm də dövlətini düşünərək bir-birinə dəstək olur, tezliklə bu ümumbəşəri bəladan üzüağ, alnıaçıq çıxmaq yolunda səfərbər olub. Biz, İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin pedaqoji kollektivi hər zaman olduğu kimi, Sizin bu sahədə də siyasətinizi dəstəkləyir və qürurla qeyd edirik ki, hər zaman Sizin yanınızdayıq. Azərbaycanımıza, xalqımıza verdiyiniz dəyərə, göstərdiyiniz qayğı və diqqətə görə Sizə səmimi-qəlbdən təşəkkür edirik”.

Masallının Xanalion kəndinin sakini Mirəsgər Bağırzadə təhsil işçisidir. Onun məktubunda deyilir: "Bildiyimiz kimi, koronavirus bəlası tibbin ən inkişaf etmiş ölkələrində belə can almaqda davam edir. Ölkəmizdə isə vəziyyətin Sizin nəzarətinizdə olması virusun sürətlə yayılmasının qarşısını almağa kömək edib. Respublikamızda vaxtında elan olunmuş karantin rejimi, dezinfeksiya işlərinin aparılması və digər təxirəsalınmaz tədbirlərin görülməsi bir daha onu göstərir ki, Siz həmişə xalqımızı düşünürsünüz. Sizin göstərişinizlə ölkədə tibbi maska çatışmazlığının da qarşısı alındı. Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı oldu və Siz açılışda şəxsən iştirak etdiniz”.

Mirəsgər Bağırzadə görülən işlərə görə Masallı rayonunun təhsil işçiləri, bütün müəllim və şagird kollektivləri adından Prezidentə təşəkkür edərək minnətdarlığını çatdırıb.

Ölkə ictimaiyyəti bu çətin günlərdə bir daha yanında öz liderini, onun qayğısını, dəstəyini gördü. Hər zaman olduğu kimi, Prezident İlham Əliyev xalqımızın və dövlətimizin bu qlobal təhlükədən alnıaçıq çıxması və insanların çətinlik çəkməməsi üçün nə lazımdırsa etdi. Ona görə də vətəndaşların məktublarının hər birində səmimi minnətdarlıqla yanaşı, xalqımızın milli həmrəyliyi və İlham Əliyev siyasətinə sədaqət ifadə olunur.

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM