Alternative content

12:47 30 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan həkimlərinə…
Azərbaycan həkimlərinə…
ANA SƏHİFƏ / Səhiyyə
00:54 17.04.2020


Can qoyub, can yaşadan şərəfli peşə sahiblərinə


Çətin, sınaqlarla dolu ağır günlər yaşayırıq. İstər-istəməz sabahımız, gələcəyimizlə bağlı narahatçılıq içərisindəyik. Doğrudanmı mənşəyi bəlli olmayan koronavirus, COVID-19 adlı bir təhlükə insanlığı məhv etmək gücündədir?! Haradan gəlib bu bəla, göydənmi, yerdənmi? Bəlli deyil...

Hələlik cavabı məlum olmayan bu suallar arasında vurnuxuruq. İnstinktiv olaraq hər birimiz ölüm xofu, bu dünyadan vaxtsız-vədəsiz köçmə qorxusu yaşayırıq...

Amma ümidimiz də tükənməyib, əminik ki, bu sınaqdan da üzüağ çıxacağıq. Məhz onların, həyatlarını riskə ataraq koronavirusla mübarizəyə başlayan həkimlərin, tibb işçilərinin sayəsində...

Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizədə bu peşə sahibləri ön cərgədə dayanırlar. Gecə-gündüz gərgin əmək sərf edərək bütün xəstələrə yaşam şansı qazandırmağa çalışırlar.

Hər dəqiqə öz həyatlarının təhlükədə olduğunu bilsələr də, vəzifə borclarını yerinə yetirməkdən usanmır, insanları yaşatmaq kimi müqəddəs bir missiyanın daşıyıcıları olduqlarının fərqindədirlər...

Həkimlər ən yüksək qiymətə layiqdirlər

Martın 28-də Prezident İlham Əliyev Bakıda "Yeni klinika” tibb müəssisəsinin açılışındakı çıxışı zamanı bu mübarizədə əsas yükün həkimlərin üzərinə düşdüyünü vurğuladı: "Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək. Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan "Alov qüllələri”ndə də həkimlərə bizim münasibətimiz öz əksini tapacaq”.


"Onlar bizim həmvətənlərimizin - təhlükəli virusa yoluxan insanların həyatını xilas edirlər”


Birinci vitse-prezident Mehriban Əliyeva da bu çətin günlərdə tibb işçilərinin göstərdiyi rəşadəti yüksək qiymətləndirərək onlarla bağlı paylaşım etdi: "Bir çox ölkələr kimi, Azərbaycan da fövqəladə tədbirlər görmək, sərhədləri bağlamaq, ciddi karantin rejimi tətbiq etmək məcburiyyətindədir. Görünməz təhlükə ilə mübarizə bu gün müxtəlif istiqamətlərdə aparılır. Bu mübarizə müxtəlif peşə sahibləri olan bir çox insanlardan gərgin əmək, çətin və məsuliyyətli qərarlar tələb edir. Amma ən vacib və ən mürəkkəb vəzifəni bu gün bizim tibb işçilərimiz, bizim həkimlərimiz, tibb bacılarımız, texniki heyət, alim və laborantlarımız yerinə yetirirlər. Epidemiya ilə mübarizədə ön cəbhədə olan məhz onlardır. Onların hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir. Bu günlərdə biz həkim peşəsinin niyə müqəddəs missiya adlandırıldığını yenidən dərk edirik. Bu peşə həqiqətən də həmişə dərin zəka və yüksək bacarıq tələb edib. Amma bu gün bizim tibb işçilərimizdən həm də böyük şəxsi cəsarət tələb olunur. Onlar bu çətin sınaqdan şərəflə çıxırlar. Epidemiya ilə mübarizəyə tibb işçilərimizdən ibarət böyük ordu qoşulub. Onların sırasında kişilər və qadınlar, təcrübəli həkimlər və hələ çox gənc olanlar, görkəmli xadimlər və bu peşəyə yenicə qədəm qoymuş ali təhsil müəssisələrinin məzunları, tibb bacıları, texniklər və sanitarlar var. Onlar bizim həmvətənlərimizin - təhlükəli virusa yoluxan insanların həyatını xilas edirlər”.


Hər gün koronavirusun çəngindən yüzlərlə insan alırlar


Bu günümüzün qəhrəmanlarıdır onlar. Hər gün dünyada koronavirusun çəngindən çəkib aldıqları yüzlərlə insana həyat verirlər. Gecə-gündüz yorulmadan, usanmadan çarəsiz, ağrıdan, nəfəssizlikdən qıvrılan insanların qulluğunda dayanırlar...

Öz yorğunluqlarını, istirahətlərini unudaraq, ailələrinə, övladlarına olan həsrətlərini sinələrinə çəkərək şərəfinə and içdikləri bu peşəni ləyaqətlə həyata keçirirlər.

Onlar həyatlarını təhlükəyə ataraq koronavirus adlı bir bəlayla savaşırlar...

Onlar bizim yaşamağımız üçün öz canlarını heçə sayıb fədakarlıq edirlər...

Onlar insanlığın faciəsi yaşanan xəstəxanalarda ölüm-dirim savaşının mərkəzindədirlər. İnsan taleyi ilə bağlı ən ümidverici məqamların da, ən ağrılı sonucların da şahididirlər...

Azmı görürük ekranlardan koronavirus səbəbindən doğmalarından, əzizlərindən uzaqda tənha can verən insanların son anında onlara həmdəm olan həkimlərin naümid göz yaşlarını...

Azmı şahid olduq virusa yoluxanların inanılmaz çoxluğundan ağır seçim qarşısında qalan, çarəsizlikdən yaşam şansı az olanları ölümlə baş-başa buraxmağa məcbur qalan həkimlərin ürəkparçalayan hönkürtülərinə...

Bəli, bunlar reallıqdır, bu faciələr dünyanın super dövlətlərində yaşanır və nə yazıq ki, hələ də bitməyib...

Bu gün bütün dünyanın minnətdarlığı, duası məhz həkimlərə, tibb işçilərinədir. Bu gün səslənən bütün alqışlar da onların ünvanınadır...


Minnətdarıq sizə, Azərbaycan həkimi, sevgimiz, sayğımız, dualarımız sizədir...


Qürurvericidir ki, onların cərgəsində Azərbaycan həkimləri də mübarizə aparır, xalqımızın yüzlərlə nümayəndəsinə həyat şansı tanıyırlar...

Və dövlətimizin dəstəyi, zəhmətlərinin ən ali səviyyədə təqdir edilməsi koronavirusla savaşan həkimlərimizə əlavə dəstək, ruh yüksəkliyi verir.

Biz də evdə qalaraq həkimlərə bu mübarizədə yardım etməli, yoluxmanın sayını azaldaraq işlərini yüngülləşdirməliyik. Sadəcə bir koronavirus xəstəsinin sağalmasında onlarca həkim zəhmət çəkir. Evdə qalaraq həkimlərimizi, bütün tibb işçilərimizi mənəvi ağrılardan, ruhi sarsıntılardan, ailə özləmindən, can təhlükəsindən qurtara bilərik...

Həkimlər bizim üçün ölümün mərkəzinə yollanıblar, biz də onlar üçün evdə qalmalıyıq...

Minnətdarıq sizə, Azərbaycan həkimi, sevgimiz, sayğımız, dualarımız sizədir...

Nə etsək də, nə desək də haqqınız ödənməz...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM