Alternative content

09:45 03 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vətəndaş sağlamlığının və təhlükəsizliyinin keşiyində
Vətəndaş sağlamlığının və təhlükəsizliyinin keşiyində
ANA SƏHİFƏ / SİYASƏT
03:38 15.04.2020


Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevə təşəkkür edir


Respublikamızda koronavirusla mübarizə istiqamətində atılan bütün addımlar ictimaiyyət tərəfindən təqdir olunaraq böyük razılıqla qarşılanır. Ölkənin hər yerindən vətəndaşlar Prezident İlham Əliyevə məktub ünvanlayaraq həyata keçirilən tədbirləri yüksək qiymətləndirir, dövlət başçısına dərin təşəkkürlərini ifadə edirlər.


Fəttah Heydərov: "Yorulmaz fəaliyyətiniz ağsaqqallarda möhtəşəm qürur hissi yaradır”


"Bu gün Siz dünyanı bürümüş koronavirus pandemiyasına qarşı mübarizə sahəsində yorulmadan fəaliyyət göstərirsiniz. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ölkəmizdə karantin rejiminin tətbiq edilməsi, sərhədlərin bağlanması, dövlət dəstəyi proqramlarının hazırlanması və onların icrası üçün lazımi vəsaitin ayrılması, tez bir zamanda Azərbaycanda maska istehsalı müəssisəsinin yaradılması, koronavirusa yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə modul tipli xəstəxanaların quraşdırılması, bir sözlə, pandemiya ilə mübarizə çərçivəsində atdığınız bütün qətiyyətli və humanist addımlar xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına böyük əminlik yaradır”. Bu fikirlər Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərovun dövlət başçısına təşəkkür məktubunda yer alıb.

Fəttah Heydərov daha sonra Prezident İlham Əliyevə xitabən yazır: "Hər bir vətəndaşımızın, xüsusilə də yaşlı insanlarımızın sağlamlığını, rifahını düşünərək həyata keçirdiyiniz bu tədbirlər, yorulmaz fəaliyyətiniz hamı kimi biz ağsaqqallarda da möhtəşəm qürur hissi yaradır, Sizin daim xalqımızın yanında olduğunuzu sübut edirsiniz. Hazırda respublikamızın bütün ağsaqqalları, xüsusilə də yetişməkdə olan gənc nəsil də bu fikirlə yekdildirlər ki, Siz Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Azərbaycanın ən vətənpərvər, ən mərhəmətli, ən qətiyyətli və ən müdrik rəhbərisiniz.

Möhtərəm cənab Prezident, qısa müddət ərzində bütün qurumları səfərbər edərək, vətəndaşlarımızın bu xəstəlikdən etibarlı müdafiəsini təşkil etmək üçün həyata keçirdiyiniz təsirli və qabaqlayıcı tədbirlər ölkə ictimaiyyəti ilə yanaşı, bir çox dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də böyük rəğbətlə qarşılanır. Elə bu günlərdə Sizin təşəbbüsünüz və yüksək təşkilatçılığınızla Türk Şurasının videokonfrans vasitəsilə keçirilən və koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunan fövqəladə Zirvə görüşü bizə Dədə Qorqud dastanında deyildiyi kimi, el-obanı şad gündə şənliyə, dar gündə təhlükəyə qarşı mübarizəyə, birliyə səsləmək üçün qalanan tonqalları xatırlatdı. Sizin sayənizdə dünya xalqları bir daha şahidi oldular ki, yurdumuzun ocağı hər zaman gur yanır. Qədim tarixlərdən və qardaşlıq əlaqələrindən güc alan türkdilli dövlətlər yaxşı günlərində də, dar günlərində də daim birlikdədirlər, bir-birilərinə dayaqdırlar.

Hörmətli cənab Prezident, bütün xalqımız kimi, biz ağsaqqallar da Sizin və bu çətin günlərdə insanlara doğma ana, bacı kimi can yandıran Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər birimizə olan daimi diqqət və qayğısını yüksək qiymətləndirir, ölkə vətəndaşlarının sağlamlığının qorunması üçün yorulmadan həyata keçirdiyiniz fədakar fəaliyyətinizi, apardığınız qətiyyətli siyasəti ürəkdən bəyənərək və dəstəkləyərək, bu şərəfli və məsuliyyətli işinizdə Sizə uğurlar diləyirik. Biz əminik ki, Azərbaycan bundan sonra da Sizin rəhbərliyinizlə bütün bəlalardan qorunaraq əmin-amanlıq şəraitində inamlı inkişaf yolu ilə gedəcək, müdrik, düşünülmüş və uzaqgörən siyasətiniz yeni-yeni uğurlara imza atmaqla ölkəmizi daha xoşbəxt və sağlam gələcəyə qovuşduracaqdır. Allah Sizi və Azərbaycan xalqını qorusun”.


"Siz hər zaman Azərbaycan vətəndaşını qoruyursunuz”


Gəncə şəhərindən professor Həsənbala Sadıqov, Əməkdar elm xadimi Xəlil, Yusifli, eləcə də Sadiq Allahverdiyev, Sahilə Hüseynova, İlhamə Qurbanova insanlığa təhlükə törədən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə dünyanın əksər ölkələrinin aciz qalaraq kömək istəməyə məcbur olduğunu qeyd edərək yazırlar: "Sizin uzaqgörən siyasətiniz, vaxtında verdiyiniz qərarlar nəticəsində ölkəmiz bu gün pandemiyadan ən az zərər çəkən ölkə kimi nümunə göstərilir. Çünki Sizin müdrik idarəçiliyiniz sayəsində ölkəmizdə bu bəlaya qarşı səmərəli tədbirlər görüldü, xalqın rifahı naminə mühüm addımlar atıldı. Siz hər zaman Azərbaycan vətəndaşını qoruyursunuz, əsl rəhbər kimi hər birimizə dayaq, dəstək olursunuz”.

Məktub müəllifləri Azərbaycanın davamlı inkişafı və ölkəmiz üçün taleyüklü məsələlərin həllində Prezident İlham Əliyevə bütün gəncəlilər adından uğurlar, ən əsası, möhkəm cansağlığı arzulayırlar.

Daşkəsən rayonunun Bayan kəndindən Firdovsi Rəcəbov, Bayraməli Orucov və Sakit Əhmədov da vətəndaşlara göstərdiyi dəstəyə görə dövlət başçısına təşəkkürlərini bildirirlər. Onların məktubunda deyilir: "Sizin təşəbbüsünüzlə görülən işlər səmərəsini göstərdi. Apteklərdə, ticarət obyektlərində süni qiymət artımına yol verilmədi, ortaya çıxan hər bir çətinlik vaxtında aradan qaldırıldı. Rayonumuzda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görülür. Əminik ki, bu tədbirlər tezliklə müsbət nəticə verəcəkdir. Sağlamlığımızın qayğısına qaldığınıza görə Sizə minnətdarlığımızı bildiririk”.

"Dünyanı cənginə almış koronavirus pandemiyasının təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə mühüm addımlar atılıb”. Bunu isə Masallıdan Günay Babayeva yazır. Onun sözlərinə görə, dövlətimiz bütün imkanlarını epidemiyanın qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib və bütün bunlar sübut edir ki, yürüdülən siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Günay Babayeva bütün bu işlərə, diqqətə və qayğıya görə dövlət başçısına dərin minnətdarlığını bildirir.

Dünyanın ən güclü ölkələrinin belə koronavirus pandemiyası ilə mübarizədə aciz qaldıqları halda ölkəmizdə qabaqlayıcı tədbirlərin görüldüyünü, xalqın rifahı və sağlamlığı üçün mühüm addımlar atıldığını qeyd edən Bakının Nərimanov rayon sakini Nicat Ağayev bu qayğı üçün Prezident İlham Əliyevə təşəkkür edir.


"Dövlətimiz Sizin müdrik rəhbərliyinizlə inkişaf yolunu davam etdirəcək”


Bakının Xətai rayonundan Hüseyn Hüseynov Prezidentə təşəkkür məktubu göndərib. Məktubda yazılır: "Hazırda koronavirus pandemiyası dünyaya və insanlığa meydan oxuyur. İnanırıq ki, məhz Sizin yorulmaz fəaliyyətiniz, bu məsələ ilə bağlı iradəniz xalqımızı bu bəladan qorumağa imkan verəcək və dövlətimiz qısa zamanda bu ağır sınaqdan üzüağ çıxacaq. Siz hər bir vətəndaşın sağlam qalması, ölkəmizin bu böhranlı vəziyyətdən maksimum az itki ilə xilas olması üçün bütün imkanları səfərbər edirsiniz. Biz vətəndaşların vəzifəsi isə Sizin qərarlarınıza əməl etməkdir. İnanıram ki, Vətənini, millətini, dövlətini sevən hər bir Azərbaycan vətəndaşı evdə qalacaq, tezliklə bu qara buludlar başımızın üstündən çəkiləcək və dövlətimiz Sizin müdrik rəhbərliyinizlə tutduğu inkişaf yolunu davam etdirəcəkdir”.

Hüseyn Hüseynov daha sonra yazır ki, müraciət etməyinin əsas səbəbi böyük zəhmət və məhəbbətlə qurulan, uğurla inkişaf etdirilən respublikanın vətəndaşları kimi həmişə Prezidentin yanında olduğunu bəyan etmək, bundan qürur və şərəf duyduğunu bildirməkdir.

"Bütün dünyanı sarsıdan koronavirus pandemiyası bir müddətdir Azərbaycanda da əsas müzakirə mövzusudur. Şükürlər olsun ki, bir çox dövlətlərdən fərqli olaraq, Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan infeksiyanın yayılmasına qarşı tez reaksiya göstərdi. Pandemiyanın təsirinin azaldılması istiqamətində mühüm addımlar atıldı, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, ölkə daxilində xüsusi karantin rejimi tətbiq edildi”. Bu fikirlər Ağsu sakini Vəfadar Əfəndiyevin məktubundandır.

2-ci qrup əlil olduğunu bildirən V.Əfəndiyev Prezident İlham Əliyevin yürütdüyü sosial siyasəti, həmçinin koronavirusla bağlı görülən işləri bəyəndiyini və dəstəklədiyini, xalqımızın sağlam və firavan gələcəyi naminə hər cür fədakarlığa hazır olduğunu yazır.

Füzulidən Solmaz Məmmədova ölkəmizin bu çətin anlarında, COVID-19 pandemiyasının yayıldığı bir vaxtda görülən qabaqlayıcı tədbirlər, aztəminatlı ailələrə edilən yardımlar, şagirdlərimizin dərsdən qalmamaları üçün onlayn dərslərin təşkili və digər çoxsaylı xeyirxah əməllərinə görə Füzuli rayon müəllimləri adından Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirir. "Cənab Prezident, Siz həmişə bizimlə olduğunuz kimi, biz də hər zaman Sizinləyik”, - deyə o yazır.


"Tezliklə bu bəladan xilas olacağıq”


Abşeron rayonundan Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək İctimai Birliyinin Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi üzrə filialının sədri Məzahir Əhmədov, Tuqay Quliyev və şəhid ailəsi üzvü Gülər Abdullayeva dövlət başçısının epidemiyanın ölkəmizdə geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyi tapşırıqların layiqincə yerinə yetirildiyini, vətəndaşlara diqqət və qayğı göstərildiyini yazırlar: "Açılışında iştirak etdiyiniz "Yeni klinika” tibb mərkəzini pandemiyaya qarşı mübarizə məqsədilə xalqımızın xidmətinə verməyiniz əhalinin sağlamlığının qorunmasına yüksək diqqətinizin bariz nümunəsidir. Hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasət bu reallığı tam əks etdirir. Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri də məhz liderlə xalq arasında olan bağlılıqdır. Lider ən kritik məqamlarda öz xalqının, vətəndaş isə öz liderinin yanındadır. Bir vətəndaş olaraq əminik ki, Sizin müdrik rəhbərliyinizlə tezliklə bu bəladan xilas olacağıq. Ölkə vətəndaşlarının sağlamlığının qorunması istiqamətində gördüyünüz işlərə görə bir qrup Qarabağ müharibəsi əlilləri və şəhid ailələri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Allah Sizi, ailənizi və xalqımızı qorusun”.

Göygöl rayonunun Hacməlik qəsəbəsindən İlkin Həsənov da ölkə Prezidentinə təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir: "Sizin millətimiz və xalqımız üçün səylə çalışmağınız bizi fərəhləndirir. Ölkə vətəndaşlarının sağlamlığını düşünərək, böyük dövlət xadimi kimi koronavirusla mübarizə sahəsində atdığınız addımlar, gördüyünüz tədbirlər Sizə olan rəğbətimizi və sevgimizi daha da artır. Çox şükürlər olsun ki, Sizin kimi Prezidentimiz var. Biz Sizinlə fəxr edir, qürur duyuruq. Tanrı bütün işlərinizdə köməyiniz olsun”.


"Narahat günlərimiz Sizin sayənizdə tezliklə tarixin yaddaşına köçəcək”


Sumqayıtda məskunlaşan Laçın rayonundan olan məcburi köçkün Allahverdi Əliyev dövlət başçısına yazır ki, Sizin hər zaman xalqımızın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasət insan amilinə verdiyiniz önəmi tam əks etdirir. "İnanırıq ki, koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, xalqımızın rifahının yaxşılaşdırılması üçün Sizin rəhbərliyinizlə səmərəli tədbirlər davam etdiriləcək. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da hər çətin günümüzdə olduğu kimi, bu dəfə də öz analıq missiyasını layiqincə davam etdirir. Biz laçınlılar Sizin "Evdə qal!” çağırışınızı dəstəkləyir və buna hamılıqla qoşuluruq. Evdə qalaq, sağlam olaq. Cənab Prezident, Allah Sizi və ailənizi qorusun. Bir daha Sizə təşəkkür edirik”, - deyə məktubda bildirilir.

Prezident İlham Əliyevə Bakıdan təşəkkür məktubu ünvanlayanlardan biri də Sovetnaz Quliyevadır. Məktubda yazılır: "Koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan bir qrup məhkumu, o cümlədən məni əfv etməklə bizə və ailə üzvlərimizə sonsuz sevinc bəxş etdiniz. Bu sərəncamla bir daha sübut etdiniz ki, Siz daim humanizm prinsiplərinə əsaslanırsınız.

Mənim yaşım 65-i ötüb. Törətdiyim əməldən peşmançılıq hissi keçirirdim. Sağlamlıq vəziyyətimi nəzərə alaraq ünvanladığım əfv haqqında müraciətimə baxdığınıza, məni cəzamın çəkilməmiş hissəsindən azad etdiyinizə görə Sizə özümün və ailə üzvlərimin dərin minnətdarlığını çatdırıram. Sizə və ailənizə möhkəm cansağlığı arzulayır, işlərinizdə uğurlar diləyirəm.

Əminəm ki, Allahın köməyi, Sizin zəngin təcrübəniz, bacarığınız sayəsində ölkəmiz bu pandemiyanın da öhdəsindən gələcək, birgə səylərlə xalqımız bu bəladan üzüağ çıxacaqdır. Əfv olunan ahıl şəxslərin duaları Sizinlədir, cənab Prezident!”

Sumqayıtdan yazan Namiq Baxşəliyev dünyada geniş yayılan, bəşəriyyət üçün bəlaya çevrilən koronavirus pandemiyasının qarşısının alınması sahəsində ölkəmizdə görülən misilsiz işlərə, əhaliyə və iqtisadiyyata dəyən zərərin qarşılanması üçün qəbul edilən mühüm qərarlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü bildirir.

"Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizədə zəhmət çəkən tibb işçilərinin məvaciblərinin artırılması dövlət tərəfindən hər bir vətəndaşın əməyinin vaxtında qiymətləndirilməsinin, ona dəyər verilməsinin daha bir nümunəsidir”. Bu barədə isə Salyan rayon sakinləri Elşad Qafarov, Səfalı Bunyatov və Rafil Kərimovun məktubunda qeyd olunur. "Bütün dünyada yayılan koronavirus artıq bir sıra ölkələrdə böyük problemlərə səbəb olub. Amma bu sahədə zəhmət çəkən, əziyyəti olan insanların əməyinin dövlət tərəfindən qiymətləndirilməsi nümunəsi Azərbaycandan başqa heç bir ölkədə yoxdur. Buna görə Sizə təşəkkür edirik. Hər zaman ən çətin məqamlarda vətəndaşların yanında olduğunuzu atdığınız addımlarla, imzaladığınız sənədlərlə bu günlərdə bir daha göstərdiniz.

Cənab Prezident, inanırıq ki, narahat günlərimiz Sizin sayənizdə tezliklə tarixin yaddaşına köçəcək və doğma ölkəmizdə həyat yenidən öz axarına düşəcəkdir”, - deyə məktubda deyilir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM