Alternative content

03:01 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
02:25 01.06.2020 BİLDİRİŞ
02:25 01.06.2020 BİLDİRİŞ
02:24 01.06.2020 ELAN
02:23 01.06.2020 BİLDİRİŞ
02:23 01.06.2020 E L A N
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə
ANA SƏHİFƏ / Qanunlar
02:44 15.04.2020


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq, "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun və "Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1336-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

1. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 115; 2004, № 9, maddə 665; 2006, № 3, maddə 207, № 11, maddə 909; 2007, № 10, maddə 928; 2009, № 10, maddə 761, № 12, maddə 944; 2011, № 6, maddə 459, № 8, maddə 749; 2014, № 7, maddə 757; 2016, № 4, maddə 655; 2018, № 11, maddə 2184, № 12 (I kitab), maddə 2480) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.8-ci maddənin birinci cümləsində "və ya yenidən baxılmasına” sözləri ", ləğv edilməsinə və ya qanunlarda dəyişikliklər edilməsinə” sözləri ilə əvəz edilsin;

1.2. 9.2-ci maddədə "göstərilmədikdə” sözü "və imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadıqda” sözləri ilə əvəz edilsin;

1.3. 9.3-cü maddədə "edilə bilər” sözləri "edilir” sözü ilə əvəz edilsin;

1.4. 10.1-ci maddənin birinci abzasında "edə bilər” sözləri "edir” sözü ilə əvəz edilsin;

1.5. 10.2-ci maddədə, 12.1-ci maddənin ikinci cümləsində, 12.2.2-ci, 13.1-ci maddələrdə, 13.2.1-ci və 13-1.5-ci maddələrin birinci cümlələrində "gün” sözü "iş günü” sözləri ilə əvəz edilsin;

1.6. 12.4-cü maddədə "apara bilər” sözləri "aparır” sözü ilə əvəz edilsin;

1.7. 12.6-cı maddənin ikinci cümləsində "gün də uzadıla bilər” sözləri "günədək uzadılır” sözləri ilə əvəz edilsin və üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:

"Şikayətçinin yazılı müraciəti ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda şikayətə baxılma müddəti 30 günədək uzadılır.”;

1.8. 13.2-ci maddənin birinci abzasında "keçirə bilər” sözləri "keçirir” sözü ilə əvəz edilsin;

1.9. 13.2.1-ci maddənin ikinci cümləsində "edə bilər” sözləri "edir” sözü ilə əvəz edilsin.

2. "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 69; 2016, № 10, maddə 1600; 2018, № 7 (I kitab), maddə 1396, № 12 (I kitab), maddə 2513; 2019, № 5, maddə 809) 73.6-cı maddəsinə "layihəsi” sözündən sonra "müvafiq oxunuşda baxılmasına azı 5 gün qalmış” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 mart 2020-ci il




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM