Alternative content

01:54 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:36 02.06.2020 Qədim türk inancları
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hicran Hüseynova: Biz ailə, xalq və dövlət olaraq birlikdə güclüyük
Hicran Hüseynova: Biz ailə, xalq və dövlət olaraq birlikdə güclüyük
ANA SƏHİFƏ / Elm və texnika
15:03 14.04.2020
 
Azərbaycan koronavirusla bağlı məsələyə çox ciddi və şəffaf yanaşma ortaya qoyub. İstər tibbi maarifləndirmə, istər informasiya mübadiləsi, istərsə də sanitar-gigiyenik nöqteyi-nəzərdən çevik və effektiv iş mexanizmi formalaşdırılıb.

Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində ölkədə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atılıb. Məhdudlaşdırıcı tədbirlər yaranmış şəraitə uyğun aparılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi aprelin 20-dək dayandırılıb. Bütün kütləvi tədbirlər təxirə salınıb və ya ləğv edilib. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilib. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılıb. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunur. Məhz bu tədbirlərin nəticəsidir ki, kütləvi yoluxmanın sayı digər inkişaf etmiş dövlətlərlə müqayisədə o qədər də çox deyil. Eyni zamanda, koronavirus xəstələri üçün xəstəxanaların hazır vəziyyətə gətirilməsi, yeni xəstəxanaların tikilib istifadəyə verilməsi və lazımı avadanlıqla təchiz olunması, ölkəyə testlərin gətirilməsi həm xəstələrin müəyyən olunması, həm də müalicəsi üçün imkanlar yaradır. Hazırda hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib. O qeyd edib ki, hər il Azərbaycanda 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir. Buna hətta inkişaf etmiş ölkələrdə də rast gəlinmir. Bu isə dövlətin vətəndaşa olan münasibətdən irəli gəlir.

H.Hüseynova vurğulayıb ki, Azərbaycan koronavirus infeksiyasının yayıldığı ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Ekspert missiyasının hazırladığı hesabatda əksini tapmış tövsiyələr aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınır. Azərbaycanda koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən qayğının təzahürüdür. On beş mindən çox Azərbaycan vətəndaşı müxtəlif ölkələrdən dövlətimizin hesabına təşkil olunmuş çarter reysləri vasitəsilə təxliyə edilib. Ölkəyə qayıtmış bütün vətəndaşlar dövlət hesabına 4 və 5 ulduzlu mehmanxanalarda, xüsusi karantin zonalarında yerləşdirilib. Eyni zamanda, birinci Avropa Oyunları zamanı açılmış Atletlər kəndində də karantinə alınmış şəxslər yerləşdirilir.

Hazırda dünyada tibbi ləvazimatların və avadanlıqların alınması problemə çevrilib. İstehsal olunan avadanlıqlar və ləvazimatların satılması dövlətlər tərəfindən məhdudlaşdırılıb. Daxili tələbatı ödəmək üçün aprel ayının əvvəlindən ölkəmizdə operativ şəkildə tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başlayıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilib və Fondun vəsaitlərinin xərclənməsinə nəzarət üçün İctimai Nəzarət Şurası da yaradılıb. Dövlət vəsaiti ilə yanaşı, ayrı-ayrı şəxslərin, sahibkarların və təşkilatların Fonda ianəsi, eyni zamanda, böyük rəmzi məna daşıyır. Bu, Azərbaycan cəmiyyətində olan həmrəyliyin nümunəsidir.

Deputat diqqətə çatdırıb ki, bu çətin günlərdə Azərbaycan daha bir nümunəvi addım ataraq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Həmin Zirvə görüşü bir daha göstərdi ki, türkdilli dövlətlərin həmrəyliyi nümunəvi xarakter daşıyır və bu dövlətlər təkcə xoş günlərdə deyil, çətin günlərdə də bir-birinin yanındadır. Zirvə görüşünün Yekun Bəyannaməsi həm əməkdaşlığa, həm də koronavirus pandemiyası ilə mübarizəyə əhəmiyyətli töhfədir.

Koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına zərbə vurub. Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 2,5 milyard manat və ya təqribən 1,5 milyard dollar vəsait ayrılıb. Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti Tədbirlər Planı hazırlayıb və təsdiqləyib. Ümumilikdə dövlət sektoru üzrə 900 mindən çox işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılacaq. Qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələrə başlanılıb.

Sosial təcrid tədbirləri nəticəsində əhali tərəfindən elektrik enerjisi sərfi artıb. Bunu nəzərə alaraq kommunal ödəmələrə güzəşt edilib. Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır. Bu gün artıq dövlət postpandemiya dövrü üçün proqramlar hazırlayır ki, vətəndaşlar itirdiklərini tez bir zamanda cəmləyə bilsinlər.

H.Hüseynova deyib: "Lakin əfsuslar olsun ki, biz bəzən vətəndaşlarımızın hələ də bu təhlükəni ciddi hesab etmədiklərini görürük. Bir insanın laqeyd hərəkəti, bu təhlükəyə qeyri-ciddi münasibəti nə qədər insanın xəstələnməsinə, hətta ölümünə gətirib çıxara bilər. Lakin biz hər gün ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarına məhəl qoymayan, onları pozan onlarla, yüzlərlə insanın cərimə olunduğunun şahidiyik. Eyni zamanda, ailələrdə yaranmış vəziyyət də bizi narahat edir. Çünki bildiyimiz kimi, istənilən böhranlı vəziyyətdə, o cümlədən də pandemiyalar zamanı ailə daxilində məişət zorakılıqları baş verir, boşanmalar artır, münaqişəli vəziyyət çoxalır. Doğrudur, aidiyyəti dövlət qurumları bununla bağlı işlər görürlər, lakin bu gün hər birimiz sosial və mənəvi bir məsuliyyət daşıyırıq. İnsanlar hər zaman vaxtın çatışmazlığını əsas gətirərək, ailəsinə, övladlarına, nəvələrinə diqqət ayıra bilmədiklərindən gileylənirlər. Bu gün isə yaranmış bu fürsətdən maksimum istifadə etməklə bir-birimizə qayğı göstərməliyik. Biz bir daha vətəndaşları bu çətin günlərdə bir-birinə münasibətdə qarşılıqlı anlaşmaya, valideynə, böyüyə ehtiram, uşaqlara qayğı göstərməyə çağırırıq. Çünki biz ailə, xalq və dövlət olaraq birlikdə güclüyük!”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM