Alternative content

12:31 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
03:04 01.06.2020 “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 72-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 21 avqust tarixli 814 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 25 dekabr tarixli 902 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
03:01 01.06.2020 “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 71-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 25 dekabr tarixli 206 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xeyirxahlıq nümunəsi
Xeyirxahlıq nümunəsi
ANA SƏHİFƏ / SİYASƏT
00:52 14.04.2020


Bu gün koronavirus (COVID-19) pandemiyası bəşəriyyətin gündəmini zəbt edib. Çünki yeni virus can almaqda davam edir. Azərbaycanda da dövlətin və cəmiyyətin diqqəti koronavirusa qarşı mübarizə tədbirlərinə yönəlib.

Ancaq bu gərgin günlərdə unudulması yolverilməz olan məqamlardan biri də odur ki, bir sıra ağır xəstəliklərdən əziyyət çəkən insanlar da vardır. Onlar hər zamankı kimi tibbi müdaxilələrlə, müalicələrlə yanaşı, cəmiyyətin qayğısına da möhtacdırlar. Digər tərəfdən koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda mütəxəssislər xəbərdarlıq edirlər ki, immuniteti zəif və qanı normadan aşağı olan insanların bu infeksiyaya yoluxma ehtimalı daha yüksəkdir.

Qeyd edək ki, ölkəmizdə koronavirusla əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, həmçinin leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin əməkdaşları aprelin 11-də keçirilən qanvermə aksiyasında iştirak ediblər. Qanvermə aksiyasının keçirilməsində məqsəd qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım göstərmək və cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etməkdir.

Birinci vitse-prezident Mehriban Əliyeva "Facebook” səhifəsində bununla bağlı etdiyi paylaşımda bildirib: "Şəfqət, mərhəmət, humanizm, səxavət, xoş əməllər etmək, köməyə ehtiyacı olanın yanında olmaq kimi keyfiyyətlər həmişə bizim ən mühüm həyati dəyərlərimiz olmuşdur və bu gün də belədir.

Bütün dünyanı sarsıtmış koronavirus pandemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxtda xalqımızın həmrəy olmaq, insansevərlik nümayiş etdirmək, diqqət və qayğı göstərmək bacarığı hər birimizə ancaq qürur hissi yaşadır. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı tərəfindən keçirilmiş qanvermə aksiyasında könüllü olaraq iştirak edən Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin əməkdaşlarına təşəkkürümü bildirirəm. Siz bu nəcib əməlinizlə bir insan həyatının xilaskarı olursunuz. Bu, ən yüksək qiymətə layiqdir! Əminəm ki, sizin təşəbbüsünüz bu məsələyə laqeyd yanaşmayan və ölkəmizin yaxşılıq etməyə hazır olan bütün vətəndaşları tərəfindən dəstəklənəcəkdir! Çox sağ olun!”

Azərbaycanda 1500-ə yaxın insanın irsi qan xəstəliyindən əziyyət çəkdiyini bildirən Milli Hematologiya və Transfuziologiya Mərkəzinin direktoru Valeh Hüseynov həmçinin cərrahi müdaxilələr və digər əməliyyatlar zamanı da qan lazım olduğunu vurğulayıb: "Bildiyiniz kimi, hazırda koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejimi tətbiq olunur. Bununla əlaqədar qan banklarında qan azlığı yaranıb. Hər zaman olduğu kimi xalqımız yenə də çətin günlərdə həmrəylik, birlik nümayiş etdirir. Belə ki, çoxsaylı aksiyalar keçirilir və vətəndaşlar ölkəmizdəki irsi qan xəstələrinə, o cümlədən qan ehtiyacı olan insanlara öz qanlarını verirlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva problemin həlli üçün təşəbbüs irəli sürüb. Təşəbbüsə əsasən Heydər Əliyev Mərkəzində qanvermə aksiyası təşkil olunub. Digər qurumları da bu aksiyalara qoşulmağa dəvət edirik.”

Qeyd edək ki, Heydər Əliyev Fondu talassemiya problemi ilə bağlı ölkədə mühüm tədbirlər, o cümlədən 2005-ci ildən "Talassemiyasız həyat naminə” layihəsini həyata keçirir. Bu sahədə ixtisaslaşdırılmış tibb ocağının və qan bankının təşkili, yüksəkixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri, eləcə də tibbi xidmətlə təmin olunması məqsədi ilə fondun təşəbbüsü əsasında Talassemiya Mərkəzi yaradılıb. Talassemiyalı xəstələr bu mərkəzdə daimi müalicə alır, həmçinin müvafiq tədbirlər nəticəsində qan və onun komponentləri ilə təmin olunurlar.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM