Alternative content

10:06 03 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tomas Bax: Tokio Olimpiya Oyunlarının başqa tarixə keçirilməsi BOK-a bir neçə yüz milyon dollara başa gələcək
Tomas Bax: Tokio Olimpiya Oyunlarının başqa tarixə keçirilməsi BOK-a bir neçə yüz milyon dollara başa gələcək
ANA SƏHİFƏ / İDMAN
17:25 13.04.2020

Tokio Olimpiya Oyunlarının tarixinin 2021-ci ilə keçirilməsi Beynəlxalq Olimpiya Komitəsinə (BOK) bir neçə yüz milyona başa gələcək. Almaniyada çıxan "Frankfurter Allgemeine Zeitung” qəzeti bildirir ki, bu barədə BOK-un prezidenti Tomas Bax öz şərhində deyib.

AZƏRTAC xəbər verir ki, Tokio Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus infeksiyası pandemiyası səbəbindən Oyunlar bir il təxirə salınıb və 2021-ci il iyulun 23-dən avqustun 8-dək olan dövrdə təşkil olunacaq.

"Yarışların tarixinin dəyişdirilməsi xərci hələ hesablanmalıdır. Lakin BOK üçün əlavə xərclərin bir neçə yüz milyon dollara bərabər olacağını artıq indidən demək mümkündür”, - deyə Bax bildirib.

BOK 2020-ci il Olimpiadasının başqa vaxta keçirilməsinə uzun müddət razılıq vermirdi. Buna səbəb böyük maliyyə itkiləri ilə qarşılaşmamaq arzusu idi. Ən böyük ziyan Yaponiyaya dəyib: bu ölkə Olimpiya Oyunlarına hazırlıq tədbirlərinə azı 12 milyard dollardan artıq vəsait xərcləyib. Ekspertlərin hesablamalarına görə, Oyunların başqa tarixə keçirilməsi reklam verənlərə təxminən 1 milyard dollara başa gələ bilər. Milli olimpiya komitələrinin və iştirakçı ölkələrin özlərinin itirdikləri vəsaiti isə hələ hesablamaq lazımdır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM