Alternative content

12:45 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
03:04 01.06.2020 “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 72-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 21 avqust tarixli 814 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 25 dekabr tarixli 902 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
03:01 01.06.2020 “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 71-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 25 dekabr tarixli 206 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövrümüzün ölümcül mərəzləri
Dövrümüzün ölümcül mərəzləri
ANA SƏHİFƏ / Səhiyyə
01:43 12.04.2020


Tarixin, bəşəriyyətin bütün dövrlərində Yer üzündə minlərlə, milyonlarla insanın həyatına son qoyan müxtəlif xəstəliklər olub. Hər sivilizasiya tarixin fərqli dönəmlərində öz ölümcül mərəzini yaradıb. Hər əsrdə yeni, insanlığa məlum olmayan epidemiyalar yaşanıb. Lakin dəhşətli epidemiyalar müasir tibbin xeyli irəli getdiyi XX və XXI əsrlərin də bəlasına çevrilib. Elm bir çox ciddi xəstəliyin peyvəndini kəşf etmiş olsa da, yeni üzə çıxan viruslar qarşısında çarəsiz qalıb. Necə ki, aylardır yeni tip koronavirus, COVID-19 adlı bəla önündə acizdir.

Bu yazıda sizə müasir dövrdə koronavirusdan da öncə planetimizi sarsıdan epidemiyalar barədə məlumat verəcəyik.


Hər il 2 milyon can alan xəstəlik


QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromuna ilk yoluxma halı 1920-ci illərdə hazırkı Konqo Demokratik Respublikasının paytaxtı Kinşasanın yerləşdiyi ərazidə baş verib. Tədqiqatçılar belə bir nəticəyə 1959-cu ildə götürülmüş qan nümunələrindəki virus genlərinin təhlilindən sonra gəliblər. Virusun köklərinin Afrikada olması elmə artıq məlumdur. Hərçənd ki, onun yaranmasının daha dəqiq yeri və vaxtı barədə xeyli mübahisələr aparılıb. Belçikadakı Leuven və Britaniyanın Oksford universitetlərinin alimləri ilk virusun yarandığı ərazini müəyyən etmək üçün İİV-in (İnsanın İmmun çatışmazlığı Virusu - infeksiyanın ən son mərhələsində QİÇS-ə yol açır) genealoji sxemini yaratmağa cəhd ediblər. Bunu etmək üçün tədqiqatçılar virusdakı mutasiyalara diqqət yetiriblər. Araşdırma göstərib ki, İİV şimpanzelərdə rast gəlinən virusun mutasiyaya məruz qalmış formasıdır. Virusun insanlara şimpanzelərin qanı vasitəsilə ötürüldüyü güman edilir.

1981-ci ildən 2012-ci ilə qədər QİÇS-dən 36 milyon insan vəfat edib, 35,3 milyon insan isə İİV daşıyıcısı kimi həyatına davam etməkdədir.

Virusun tam müalicəsi hələ yoxdur. Yoluxduqdan sonra ehtiyat tədbirləri görmək və ömür boyu dərman müalicəsi tətbiq etmək lazımdır. Son illər dünya səviyyəsində aparılan təbliğat kampaniyaları nəticəsində virusun əvvəlki sürətlə yayılmasının qarşısı alınıb. Yeni növ dərman preparatlarının kütləvi istifadəyə verilməsi də virusun profilaktikasında yeni ümidlər yaratmaqdadır. Bütün bunlara baxmayaraq, QİÇS hər il 2 milyondan çox insanın ölümündə əsas səbəb kimi olmaqda qalır və təəssüf ki, onlardan 270 mindən çoxu uşaqlardır.

1988-ci ildən etibarən hər il dekabrın 1-i Ümumdünya QİÇS günü kimi qeyd olunur.


İspan, Asiya, Honq-Konq qripləri


İspan qripi - 1918-1920-ci illərdə yayılmış, 500 milyon insanın yoluxduğu "H1N1” qrip virusu dünyada təxminən 40-50 milyon insanın ölümünə səbəb olub. Bu rəqəm Birinci və İkinci Dünya müharibələrində ölənlərin ümumi sayından dəfələrlə çoxdur. Epidemiya Birinci Dünya müharibəsinin son aylarında İspaniyadan dünyaya yayılmağa başlayıb və ilk aylarda 8 milyon adam virusun daşıyıcısına çevrilib. Onların arasında o dönəmin İspaniya kralı XIII Alfons da olub.18 ay müddətində dünyada 550 milyon adam, yəni planet əhalisinin 29,5 faizi bu qripə yoluxub. İspan qripi bəşər tarixinin ən böyük qrip pandemiyasıdır. 1933-cü ilə qədər bu qripə qarşı effektiv peyvənd olmayıb.

Asiya qripi - Çində başlayan virusun ördəklərdə formalaşaraq insana keçdiyi düşünülür. 1957-1958-ci illərdə baş verən Asiya qripi pandemiyası zamanı dünyada 2 milyon insan həyatını itirib. İspan qripindən nisbətən zəif olan Asiya qripinin qarşısı peyvəndlə müəyyən qədər alındı. Bir ildə bu virusla əlaqədar olaraq 40 milyon insan peyvənd edildi. Asiya qripi kütləvi peyvəndin əhəmiyyətini və təsirini göstərən ən vacib nümunələrdən birinə çevrildi.

Honq-Konq qripi - Honq-Konqdan dünyaya yayılan bu qrip H3N3 virusu olaraq bilinir. 1968-1969-cu illərdə ilk dəfə Honq-Konqda təsbit edilib. Dünyada 1 milyon insanın ölümünə səbəb olub. Elm adamları tərəfindən XX əsr pandemiyaları arasında ən zəifi sayılır. Bunun səbəbi Honq-Konq virusunun Asiya qripi virusuna bənzəməsidir. Bu virusun törətdiyi infeksiyalara qarşı insanlarda müəyyən immunitet yarandığından həmin xəstəliyi nisbətən yüngül keçirdilər.


"Bəşər tarixinin ən qəddar virus xəstəliyi”


SARS - İngiliscə "Severe Acute Respiratory Syndrome” sözlərinin baş hərflərindən ibarət olan SARS dilimizə Şiddətli Kəskin Respirator Sindrom kimi tərcümə olunur. Koronavirus virusunun səbəb olduğu SARS Asiya mənşəlidir. Xəstəlik ilk dəfə 26 fevral 2003-cü ildə Hanoyda 46 yaşlı iş adamında kəskin atipik sətəlcəm və tənəffüs çatışmazlığı kimi ortaya çıxıb. SARS haqda ilk dəfə məlumat verən həkim Karlo Urbaninin özü də 29 martda bu xəstəlikdən həyatını itirib. Lakin xəstəliyin Çinin Quandun bölgəsində 2002-ci ilin noyabr ayından etibarən ortaya çıxdığı bildirilir. Virus 2003-cü ildə bir neçə həftə ərzində Honq-Konqdan 37 ölkəyə yayılıb. Nəticədə 8422 şəxs bu virusa yoluxub və 916 nəfər ölüb. Ümumdünya Səhiyyə Təşkilatı SARS epidemiyasında ölüm nisbətini 10,9 faiz olaraq açıqlayıb.

Ebola virusu - Müasir dövrümüzün qorxulu epidemiyalarından biridir. Bu virusa ilk yoluxma faktı 1976-cı ildə qeydə alınıb. Həmin il Sudanın Nzara bölgəsində və ozamankı Zairin Yambuku rayonunda (indiki Konqo Demokratik Respublikası) ilk virusa yoluxma halları aşkar edilib. Yeni epidemiyaya Yambuku yaxınlığındakı Ebola çayının adı verilib. Epidemiya əsasən Mərkəzi və Qərbi Afrikanın tropik meşələrə yaxın kənd ərazilərində yayılmağa başlayıb. O zaman virus 28616 nəfərə yoluxmuşdu. Bunlardan 4877 nəfəri həyatını itirmişdi.

2007-ci ildə virus Konqoda 187, 2012-ci ildə Uqanda və Konqoda 57 nəfərin həyatına son qoyub. 2013-2014-cü illər aralığında yayılan zaman bu virusun qarşısını almaq üçün dünyanın bir çox ölkələrindən yardımlar edilib. Virusun ən son yayılması 2018-ci ilin avqust ayında Konqo Demokratik Respublikasında qeydə alınıb.

Ebola virusu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "bəşər tarixinin ən qəddar virus xəstəliyi” adını alıb. DST Ebolanın beş müxtəlif tipinin olduğunu və ona yoluxanların həyatda qalma şansının 25-90 faiz arasında dəyişdiyini açıqlayıb.


"Quş taunu”, "donuz qripi”


Tarixin nisbətən yeni olan təhlükəli epidemiyaları "quş qripi” və "donuz qripi” adlandırılan virus növlərilə bağlı olub.

İndi "quş qripi” kimi məlum olan xəstəlik yüz il əvvəl İtaliyada aşkarlanıb, lakin o vaxtlar bu xəstəlik həkimlərdə elə bir ciddi narahatlıq doğurmamışdı. "Quş qripi” yoluxucu xəstəlikdir, adi insan qripinin oxşarı olan A tipli qrip virusu ştamlarının birindən əmələ gəlir. Bu xəstəliyə müxtəlif ölkələrdə bir-birindən fərqli adlar verilib. İtalyan alimi Perronçita 1880-ci ildə ilk dəfə olaraq elmi dildə onu "Toyuq tifi” kimi qələmə alıb. Sonralar Avropada onu "Quş taunu” adlandırıblar. 1901-ci ildə Çentani bu xəstəliyin virus təbiətli olduğunu müəyyənləşdirib. Alimlər onu ilk dəfə 1971-ci ildə "quş qripi” xəstəliyi adlandırıblar. Xəstəliyin yüksək patogenliyi özünü XX əsrin sonlarında Meksikada, Çində büruzə verməyə başlayıb. İnsanların "quş qripi”nə yoluxmasının ilk təsdiqlənmiş halları 1997-ci ildə Honq-Konqda baş verib. O vaxt 6 nəfər ölüb. 2003-2004-cü illərdə cənub-şərqi Asiyada 120-dən çox adam virusa yoluxub və onların yarısı həyatını itirib.

Xəstəliyin əsas yayılma mənbəyi xəstəliyə tutulmuş quşlardır. Virusa yoluxmuş quşlar aerogen, ağız suyu, kal kütləsi və digər ifrazatlarla virusu xarici mühitə yayırlar. Xəstəlik hava axını, insanlar, nəqliyyat, milçək, böcək və ölü quşlar vasitəsilə yoluxur. Yoluxmuş quşlar 14-25 gün ərzində virusu xarici mühitə yaymaqla yanaşı, bundan sonra 2-3 ay müddətində virusun daşıyıcısı olurlar. Hətta sağalmış quşlar həftələrlə onun daşıyıcısı ola bilər. "Quş qripi” insana keçdikdə və vaxtında müalicə edilmədikdə ölümlə nəticələnir. Bəzi insanlar onun daşıyıcısı kimi uzun müddət yaşaya bilirlər.

"Quş qripi” virusunun 15 yarımtipi arasında H5N1 virusu Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrində daha çox narahatlıq doğurur. Bu, yüksək patogenli virusdur və insanlar üçün təhlükəlidir. Lakin virusun insandan insana keçməsi halları hələlik məlum deyil. Əgər "quş qripi”nin insan qripinə mutasiyası baş versə, Yer kürəsi əhalisinin 80 faizi ölə bilər.

"Donuz qripi” - Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, virus "donuz qripi” adlansa da, əslində müxtəlif H1N1 viruslarının qarışığından yaranıb - "donuz qripi”, "quş qripi” və insan qripi. Bu üzdən viruslara həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Virus quşlardan donuzlara, donuzlardan isə insanlara keçib. Və məhz insanlara donuzlardan keçdiyi üçün "donuz qripi” kimi tanınır.

"Donuz qripi”nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beşyaşlı Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700-dən çoxu dünyasını dəyişib. "Donuz qrip”indən qorunmağın ən yaxşı üsulu peyvəndlərdir.

Bəli, hər ötən illərdə dünya yeni, təhlükəli, ölümcül epidemiyalarla tanış olur. Son bir neçə aydır ki, bəşəriyyət yeni tip koronavirusla savaşa qalxıb. Mütəxəssislərin də sözlərindən çıxarılan nəticə budur ki, bütün növ viruslarda insanın ən güclü silahı immunitetidir. İmmunitetiniz nə qədər güclü olarsa, istənilən virusla mübarizədən bir o qədər az zərərlə və qalib kimi çıxa bilərsiniz. İmmunitetinizin güclü olması diləyi ilə...

Xəyalə MURADLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM