Alternative content

03:17 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:36 02.06.2020 Qədim türk inancları
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bəs onun qorxusu canımızdan çıxacaqmı?
Bəs onun qorxusu canımızdan çıxacaqmı?
ANA SƏHİFƏ / Səhiyyə
01:34 12.04.2020


Lənətə gəlmiş pandemiyanın qorxusundan qaçıb evdə gizlənsək də, o, bizdən burada da əl çəkmir. Bütün telekanallar, saytlar, sosial şəbəkə, hətta uzun-uzadı telefon söhbətlərinin mövzusu, "qəhrəman”ı koronadır. Eşitməkdən bezmişik - filan yerdə filan qədər yoluxdu, filan qədər öldü, filan qədər test aparıldı, pozitiv buradan gəldi, neqativ oradan getdi və s.

Başa düşürük, bir bəladır dünya çaşıb, əsir-yesir qalıb onun əlində. Onu da anlayırıq ki, 21 əsrdə - insanın yer-göylə əlləşdiyi bir vaxtda bəşəriyyətin sadə (lap olsun mürəkkəb) bir virusun əlində bu dərəcədə aciz qalması ağlabatan olmasa da, hələlik sirri sonacan bilinməyən acı və təəssüf doğuran reallıqdır. O reallıq ki, bütün ölkələr, o cümlədən Azərbaycan onun qarşısını almaq demirik, fəsadlarını mümkün qədər azaltmaq üçün ən sərt karantin, indiyəcən görünməmiş qadağalar, savaş dövrlərinin fövqəladə vəziyyətindən tutmuş digər ağlagəlməz tədbirlərəcən addımlar atırlar. Amma artıq üç aydır ki, davam edən bu qovhaqov, bu qaçaqaçın hələlik ümidverici nəticəsi yoxdur. Bütün bu işləri koordinasiya edən Ümumdünya Səhiyyə Təşkilatınınsa "hələ pik nöqtə qabaqdadır, evdə qalın” deyib 7,5 milyard insanın ürəyini qoparmaqdan savayı əlindən özgə bir iş gəlmir.

Yaxşı, biz razı. Görürük ki, hüceyrədən canlı qoyun, türklər demiş, yapan bioloqlar, bir insanın başını digərinin bədəninə köçürməyə hazırlaşan həkimlər hər cür elmi titullarına, uğurlarına və mükafatlarına baxmayaraq, koronanın öhdəsindən gələ bilmirlər. O üzdən qanun və qaydalara hörmət edən bir xalq kimi oturmuşuq evdə. Dövlətimiz də sağ olsun, işləyənin də, məcburən işləməyənin də əməkhaqqını verir. Deyir ki , evdə qalın, görək bu pandemiyanın axırı hara gedir.

Amma axırı olmasa da, indidən demək mümkündür ki, korona dünyaya ürəkaçan heç nə vəd etmir. Təbii ki, ekologiyanın rahat nəfəs almağa başlamasını, inkişaf etmiş ölkələri bezdirmiş miqrasiyanın səngiməsini, regional silahlı qarşıdurmalara demək olar son qoyulmasını, terror aktlarının sayının xeyli azalmasını və s. məsələləri nəzərə almasaq. Lakin bütün bunlar ötəri, müvəqqətidir, virus (yaşayış məntəqələrində bir ins-cins görməyib) rədd olub gedəcək və çox çəkməyəcək ki, dəymiş ziyanları bağlamaq üçün sahibsiz təbiətə əvvəlkindən daha artıq müdaxilə olunacaq, bir az da kasıblaşmış insanlar daha çox köç etməyə başlayacaq, susmuş silahlar yenidən gurlayacaq, qana susamışlar itirdiklərinin heyfini ikiqat almağa başlayacaqlar.

Bəlkə "koronavirusdan sonra dünya dəyişəcək” deyənlər bunları nəzərdə tutublar?! Əgər belədirsə, lazım deyil bizə bu cür yeni dünya. Necə lazım ola bilər ki, dünya iqtisadiyyatının dərin böhrana düşəcəyini yox, artıq düşdüyünü iki aydır dərsdən qalan şagirdlər də bilirlər. İqtisadi böhrandansa hətta pulunun üstünə pul gələnlər də xeyir görmürlər, o ki qaldı sadə camaat ola.

Bəs sərlövhədə vurğuladığımız qorxu sindromu? Korona söhbəti ortaya çıxandan həmin sindromu canımıza yeritməyə başlayıblar, özü də o dərəcədə ki, pandemiyanın təhlükəsi onun yanında toya getməlidir. Guya insanları koronavirusa münasibətdə başısoyuqluq etməməyə, onu ciddiyə alıb qoyulan qaydaları yerinə yetirməyə çağırırlar. Görəsən nə vaxtdan qorxutmaq, vahimədə saxlamaq maarifləndirmə sayılıb?!

Məhz bu cür "maarifləndirmə”nin nəticəsidir ki, indi əksəriyyət koronavirusu müalicə ilə sağalan xəstəlik yox, insanı məhv edən kabus kimi görür. Telekanallar gecə-gündüz COVID-19-dan sağalıb həyata qayıdan yüz minləri qoyub, belələrindən dəfələrlə az olan dünyasını dəyişənlərdən danışırlar. Ölüm statistikası təkcə xəbərlər proqramlarının deyil, digər verilişlərin də manşetinə çevrilib. Görəsən bunun fəsadlarını fikirləşən varmı?

Bir tanışımız deyir ki, 10 yaşlı nəvəsinin əlindən dezinfeksiya mayesi düşmür, uşaq gecə yatanda da onu yanına qoyur. Səhər isə atasının ayağına sarılıb yalvarır ki, işə getməsin və qayıdanacan da pəncərədən asılı qalır. İş yoldaşımız isə söyləyir ki, 4-cü sinif şagirdi olan övladı özünə virtual dost yaradıb və bütün günü onunla danışır, onunla oynayır. Sonra da əlavə edir ki, ölüm xəbərlərini eşitməkdənsə, elə olmayan "dost”la ünsiyyət etmək daha yaxşıdır.

Bəli, koronavirusun bir gün həyatımızı tərk edəcəyi şübhəsizdir, sadəcə, gec-tezi var. Amma naşılığımız üzündən öz əlimizlə canımıza hopdurulan qorxu virusunun bizi nə vaxt tərk edəcəyini demək çətindir, daha doğrusu, bizim üçün çətindir. Çünki bu, psixoloqların işidir. Qoy onlar gec də olsa həyəcan qaldırsınlar, böyüklü-kiçikli insanlar arasında qorxu toxumunu səpənlərə virusdan qorunmağın doğru yolunu göstərsinlər. Başa salsınlar ki, qorxu ilə hələ indiyəcən heç nəyə qalib gəlmək mümkün olmayıb. Anlatsınlar ki, korona virusunu korona əzrayıl kimi təqdim etməklə onlar "qaş düzəltmək əvəzinə göz çıxarmaq”la məşğuldurlar. Dərk etsinlər ki, hər hansı virusa yoluxmamaq üçün əhaliyə ölüm statistikasını əzbərlətmək əvəzinə, tibbi və indiki halda inzibati tələblərə əməl etməyi öyrətmək daha vacibdir. Əks halda yağışdan çıxıb yağmura düşə bilərik. Korona və qorxu viruslarına yoluxmamaq üçün ehtiyatlı olaq!

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM